Kriminal avtoritetin qızı atasından danışdı - Evə qan içində gəlirdi

Kriminal avtoritetin qızı atasından danışdı - Evə qan içində gəlirdiQanqster mübahisələri, narkotiklər, qaçaqmalçılıq, asan yolla əldə edilmiş pullar - kriminal ailənin günləri bunlarla keçir.

İki dəfə həbsdə yatmış kriminal avtoritetin qızı doğulub böyüdüyü ailədə yaşananları anladıb.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, 21 yaşlı Valeriya Oleynikova Naro-Fominsk (Moskvanın cənub-qərbində şəhər) şəhərindəndir. İlk baxışda onun təminatlı həyatı var. Bu yaxınlarda tibb institutunu bitirib və işləmək üçün Moskvaya gedib. Lakin bir neçə il əvvəl hər şey başqa cür idi. Məsələ ondadır ki, Valeriya kriminal ailədə doğulub böyüyüb. Dəhşətli uşaqlıq xatirələrini o, böyük məmnuniyyətlə yaddaşından söküb atardı.

"Valideynlərim hələ mən anadan olana qədər qaçaqmalçılıqla məşğul olublar. Onlar xaricdən qanunsuz yollarla məişət cihazları, avtomobillər və digər şeylər gətirib satıblar. Biznesləri uğurlu olub və buna görə də biz yaxşı yaşamışıq, heç nədən korluq çəkməmişik. Pulumuz, villamız, şəxsi maşınımız olub, kurortlara dincəlməyə getmişik. Sonra atam kriminal aləmdəki bütün nüfuzlu dostları ilə dalaşdı və onlarsız yoluna davam etmək qərarı verdi. Və bizim qayğısız günlərimiz sürətlə başa çatdı" - deyə Valeriya bildirir.

Onların şəxsi evində təpədən-dırnağa cinayətkar olan silahlı adamlar meydan sulamağa başlayır. Onlar narkotik vasitələr gətirir, pulları balaca Leranın atası ilə bölüşdürür, qızcığaza isə şokolad verib tapşırırdılar ki, onların olduğu otağa girməsin.

"Mənim 4 yaşım olanda atam harasa yoxa çıxdı. O, uzun müddət evdə olmadı, sonra birdən ortaya çıxdı. Özünü evə çatdırıb dəhlizdə döşəməyə sərildi, anam isterika içində qışqırmağa, onu oyatmağa çalışdı. Bu, məni çox qorxutdu. Belə hallar ümumiyyətlə çox olub. Atam uzun müddət yoxa çıxandan sonra evə sərxoş halda dönürdü. Çox vaxt cinayətkar münaqişələrində iştirak etdiyindən, üst-başı qan içində olurdu" - deyə qız yadında qalan dəhşətli anları sadalayır.

Leranın 7 yaşı olanda atası ilk dəfə həbsxanaya düşür. Anası qızına deyir ki, atan xəstəxanadadır və tezliklə qayıdacaq. Amma bir gün televizorda Leranın atasının həbsindən bəhs edən süjet göstərirlər. Qızı məktəbdə buna görə incitməyə, gözümçıxdıya salmaya başlayırlar. O isə səmimi olaraq nə baş verdiyini anlamır.

"Digər qorxulu vaxtlar onun həbsindən sonra başlayan axtarışlar idi. Milislər gəldi, qonşuları və şahidləri topladı. Bütün dolabları alt-üst etdiklərini, nəsə axtardıqlarını və bütün bu vaxt ərzində dayanmadan qışqırıb-bağırdıqlarını bugünkü kimi xatırlayıram. Bu vaxta qədər biz bolluq içində yaşayırdıq, amma atamın həbsində sonra hər şey başa çatdı, hətta yemək almağa belə pulumuz olmadı. Anam saat 7-yə qədər işləyirdi, öz əşyalarını satırdı ki, yaxşı vəkil tutsun və borclarını ödəsin" - Valeriya deyib.

Kriminal avtoritet məhbəsdən qayıdanda artıq Leranın 10 yaşı vardı. Həyatları başdan-başa dəhşətə dönmüşdü: "O, həmişə mənim otağıma gəlir, öz həbsxana həyatından danışırdı. Anam isə otağın qapısını döyərək məni onun əlindən xilas etməyə çalışırdı. Atam mənə mənəvi cəhətdən çox təzyiq göstərirdi. Daim təkrarlayırdı ki, mən onun qızıyam və o, həmişə mənim yanımdadır. Lakin o, heç vaxt mənim yanımda olmayıb".

Bir müddətdən sonra atası başqa mənzilə köçür, arvadını və uşaqlarını ziyarət etmir. Qızı isə hər dəfə özünü daha pis aparan atası ilə nadir hallarda baş tutan görüşlərdən məmnun qalırdı.

"Atam məndən o dərəcədə uzaq idi, hətta o, yenidən şəhərimizə qayıdanda və onu küçədə görəndə mən dərhal qaçır, yaxud da gizlənirdim. Hər dəfə onunla telefonla danışmaq mənə əziyyət verirdi. O, sanki məndə özünə qarşı duyğu hissi oyandırmaq üçün nə demək lazım gəldiyini yaxşı bilirdi. Bunu sözlə başa salmaq çətindir və mən bunu indi dəhşətlə xatırlayıram ki, atam hər dəfə zəng edəndə məndə ailəmizin yenidən bir araya gələcəyinə ümid baş qaldırırdı. Atamın mənim həyatımda olduğuna dair illüziya yaranırdı. Mənə ata yalnız mənəvi cəhətdən lazım idi. Qardaşımı isə döyürdü. Qardaşım böyük idi və atam üçün yad idi. O, anamın birinci ərindən dünyaya gəlmişdi. Ona görə də, atam onu hər bir xırda əməlinə görə, yeri gəldi-gəlmədi, mənasiz şeylərin üstündə döyürdü. Hər dəfə anam araya girib onu xilas etməyə çalışırdı. Amma həmişə onu atamın qəzəbindən qorumağa imkanı çatmırdı" - deyə qız bildirir.

Lera hesab edir ki, zəif xarakterli atası həbsxanadan çıxandan sonra tamamilə başqalaşır. Oleynikovlar ailəsinin elə tanışları olub ki, onlar da nə vaxtsa həbsxanaya düşüblər, amma qayıdandan sonra əvvəlki kimi qalıblar. Yaxınları ilə mehriban davranıblar, öz həyatlarını yeni təmiz səhifədən başlayıblar.

"Mən uşaqlığımdakı çox şeyi dəyişmək istəyərdim. Təbii ki, atam sürüşkən yola qədəm basandan sonra ailəmiz dağılmağa başladı. Anam onun üçün mümkün olan nə varsa, elədi. Amma o, kriminal dünyada idi, biz isə evdə. Xəstələnirdik, darıxırdıq, ac qalırdıq" - deyə Lera izah edir.

Oleynikovlar ailəsini bir çox üzvləri kriminal dünyanın dəhşətlərindən keçməli olublar, hətta onları ölümdən bir tük qədər məsafə ayırıb. Valeriyanın böyük qardaşı və anası bir dəfə kriminalların atışmasının episentrinə düşüblər.

"Qardaşımın onda 10-11 yaşları olub. O, anam və atamla birlikdə şəhərə gedirmiş. Avtomobil qəfildən atəşə tutulub. Atam dönəndə görüb ki, onları bir neçə maşın müşayiət eləyir və maşınlardan tapançalarla onlara aramsız atəş açırlar. Bu, anamın həyatındakı ən qorxulu anlardan biri olub. Onda qardaşım maşının arxa oturacağında oturubmuş və oturacaqda ayaq üstə durub arxa şüşədən baxaraq qışqırırmış ki, "lap döyüş filmlərindəki kimidir" - deyə qız bildirib.

Atasını tezliklə yenidən dəmir barmaqlıqlar arasına salırlar. Amma onda artıq Oleynikovların həyatı nisbətən öz axarına düşmüşdü. Lera özü-öz ayaqları üzərində durmağı bacarırdı - farmasevt təhsili alır və şəkil çəkməklə gününü keçirirdi.

Kriminal avtoritet (qızının təhlükəsizliyi üçün yazıda atasının adı qeyd olunmur-red.) ikinci müddətini yatıb həbsxanadan çıxandan sonra ailə demək olar ki, mövcud olmayıb. Valeriyanın böyük qardaşı evi tərk edib. Qardaşlarından biri orduya gedib, digəri isə yaşamaq üçün qohumlarının yanına köçüb. Lera isə təkcə işləmək üçün deyil, həm də həyatını yenidən qurmaq, ağır xatirələrdən qurtulmaq üçün Moskvaya köçüb.

Amma bu qədər bəlalı valideyndən elə-belə xilas olmaq mümkün deyil: indi də o, onu "saymayan" yeganə qızının əlindən yaşadığı evi almaq istəyir.

"İndi atam mənə qarşı məhkəmə qarşısında iddia qaldırıb. Son illər ərzində onu ilk dəfə məhkəmədə gördüm. Uğursuz və pərişan halda idi. Məni qeydiyyatda olduğum evdən çıxarmaq istəyir. Evin onun mülkiyyəti olduğunu deyir. Bu da taleyin ironiyası" - deyə kriminal aləmdə ad çıxarmış, amma öz ailəsinin üz qarası olan avtoritetin qızı Valeriya bildirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3877   Tarix: 08 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193