Cəriməsi olan piyadalara bəd xəbər: Sürücülük vəsiqəsi və maşın alanda...

Cəriməsi olan piyadalara bəd xəbər: Sürücülük vəsiqəsi və maşın alanda...Azərbaycanda piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsi o qədər də yaxşı səviyyədə deyil. Bəziləri illərlə cəriməni ödəmir və düşünür ki, heç bir problem olmayacaq. Amma son vaxtlar piyadalara yazılan cərimələrin ödənilməsi üçün müxtəlif qaydalar tətbiq edilir. Evlərinə sahə müvəkkili tərəfindən xəbərdarlıq gəlir, iş yerinə məktub göndərilir və başqa bu kimi xəbərdarlıqlar edilir. "Yol hərəkəti haqqında" qanuna edilən son dəyişikliklər isə piyadalara qarşı daha bir məhdudiyyəti ortaya çıxarıb. Belə ki, qanuna edilən dəyişikliyə görə, şəxs yol hərəkəti qaydalarını pozduğu üçün barəsində tərtib edilmiş protokol üzrə cəriməni ödəməyibsə sürücülük vəsiqəsi alarkən, dəyişərkən, eləcə də avtomobili qeydiyyatdan və təkrar qeydiyyatdan keçirərkən cərimələrin ödənilməsi tələb olunacaq. Sürücülük vəsiqəsi o halda veriləcək ki, cərimə tam ödənilsin. Avtomobili o halda ada keçirmək mümkün olacaq ki, şəxs öz adına olan cərimələri ödəyib qəbzi təqdim etsin.

BiG.AZ xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirildi ki, qanunda edilən bu dəyişiklik piyadaların da üzərinə bəzi vəzifələri qoyur. Belə ki, piyada kimi cərimə edilən şəxs gələcəkdə sürücülük vəsiqəsi almaq istədikdə, yaxud, mövcud vəsiqəni dəyişmək üçün müraciət etdikdə cərimənin ödənilməsi tələb olunacaq. Bundan başqa, piyada kimi cərimə olunan şəxs cəriməni ödəməyibsə, həmin şəxs avtomobil alarkən onu öz adına keçirə bilməyəcək. Bu proses yalnız cərimə ödəndikdən sonra həyata keçirilə bilər.

DYP piyadaları nizam-intizamlı olmağa və tətbiq edilmiş cərimələri vaxtında ödəməyə çağırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1492   Tarix: 08 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 426
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 166
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 288
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 229
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 165
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 176
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 228
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 232
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 281