Dünyanın müxtəlif ölkələrində "bomj"lar bu vəziyyətdə yaşayır - FOTOLAR

Dünyanın müxtəlif ölkələrində "bomj"lar bu vəziyyətdə yaşayır - FOTOLARQəribə səslənsə də "bomj" olmaq -yəni daimi yaşayı yeri olmayan, səfil həyat tərzi dünyanın bir çox ölkələrində həyat tərzi hesab olunur, bəzən hətta həmin şəxsə müəyyən üstünlüklər və hüquqlar verir. Bu gün sizə dünyanın müxtəlif ölkələrində yaşayan bomjların həyatı barəsində məlumat verəcəyik.

Yaponiyada "bomj" olmaq həyat tərzi, stil hesab olunur. Yapon "bomj"lar əsla oğurluq etmir, polislə mübahisə aparmır, ümumiyyətlə, ətrafdakılara mane olmurlar, dilənçilik etmirlər. Bir çoxlarının işi var. Pul qazanır, gecəni isə karton qutuların içərisində keçirirlər. Bu, azad həyat tərzi seçmək hesab olunur. Səbəbi isə keçmişdəki günahları yumaqdır. Belə bomjların öz həmkarlarından fərqləri odur ki, evləri var, lakin onu kirayə verib özlərinə keçmişdəki günahlarına görə sitəm edirlər.

Almaniyada hər bir "bomj"un xüsusi vəsiqəsi var. Bu vəsiqə ona ictimai nəqliyyatdan pulsuz istifadə, metro və parklarda gecələmək haqqı verir. Amma vəsiqəsi olmayanlar belə evsizlər üçün tikilmiş çox ucuz qiymətə xidmət göstərən xüsusi kafe və gecələmə yerlərində qala bilərlər. Alman bomjlar dilənçilik edirlər. Burada insanlar onlara nifrətlə baxmır, yemək aparır, geyim verir, yağmurlu havalarda evlərinə dəvət edirlər.

İsraildə evsizlər hökumətin qayğısına sığınırlar. Sosial işçilər onlar üçün ucuz və hətta pulsuz yaşayış yerləri axtarır, hostellərdə, otellərdə otaqlar verirlər. Lakin bu proses çox ləng gedir. "Bomj"ların əksəriyyəti miqrantlardır. İsrailli bomjların əsas qazanc yeri ölkəyə gələn turistlərdir – dilənirlər.

Parsidə bomjlara "kloşar" deyirlər və onların sayı çoxdur. Son illər yerli kloşarlara emiqrantlar da əlavə olunub. Köhnə kloşarlar mərkəzi küçələri "özəlləşdiriblər", yeni gələnlər ətraf rayonlarda məskunlaşırlar. Dilənçiliklə məşğul olurlar. Hökumət evsizləri isti yemək, soyuq havada isə çadırlarla təmin etsə də, saylarının çoxluğu bu vəzifəni uğurla yerinə yetirməyə imkan vermir.

Çində də Yaponiyada olduğu kimi hesab edirlər ki, hamı işləməlidir. Dövlət evsizlərə iş tapmağa kömək edir, onlar üçün çox ucuz qiymətə xidmət göstərən kafelər açılır. Çinli səfillər də dilənməyi ayıb hesab edirlər.

Dünyanın müxtəlif ölkələrində "bomj"lar bu vəziyyətdə yaşayır - FOTOLARAmerikada evsizlərə yuxarıdan aşağı baxmaq etik hesab olunmur, onlara hörmət və qayğı ilə yanaşırlar. Federal büdcədən maliyyə ayrılır. Xüsusi çadır düşərgələr hazırlanır. Belə düşərgələrdə televizor, kompüter və digər müasir avadanlıqlar olur. Onlar dövlətdən ayda 1200-1500 dollar müavinət alırlar. Bizim aldığımız məvacibdən qat-qat.

Böyük Britaniyad isə səfillər əsasən xeyriyə fondlarının hesabına yaşayırlar. Tutaq ki, bir ailə özünü evsiz-eşiksiz qalmış elan etdi . Dövlət dərhal yardım edir. Ona mütləq uşaqlarının təhsil aldığı rayonun ərazisində ev ayrılır. Evsizlər üçün xüsusi mehmanxanalar tikilir. Burada "bomj"lar işləməyə elə də həvəsli deyillər. Dövlət təmin edir, bu onlara yetir.

Dünyanın müxtəlif ölkələrində "bomj"lar bu vəziyyətdə yaşayır - FOTOLARAvstraliyada evsiz və ya səfil sözü yoxdur. Burada onları "çöldə gecələyən əhali" adlandırırlar. Avstraliyada onların sayı 1 faizdən çox deyil. Əksəriyyəti 19 yaşlı gənclərdir. Burada belə gənclər üçün bərbər, camaşırxana, kafe və gecələmə düşərgələri fəaliyyət göstərir.

Mərakeçdə isə evsizlərin əksəriyyəti uşaqlardır. Onların bəxtləri avropalılar qədər gətirməyib. Dövlət yardım göstərmir, yalnız xeyriyyə təşkilatları gündə bir neçə dəfə isti yeməklə təmin edir və ictimai işlərə cəlb etməyə çalışır.
Rusiyada "bomj"ların 75 faizi əmək qabiliyyəti olan əhalidir, onların yaşı 20-50 yaş arası dəyişir. Dövlət onlar üçün yaşayış yeri və müavinət ayırmır. Dilənçiliklə məşğul olurlar. Küçədə donan bir çox "bomj"ların orqan mafiyasının ovuna çevrilməsi barədə də xəbərlər gəzir.

Gələk Azrbaycana. Azərbaycanda əslində gerçək səfillərin olub-olmamasını ayırd etmək çətindir. Dilənçiliklə məşğul olan xüsusi təbəqə var ki, onların hamısına bomj demək olmaz. Əksəriyyətinin normal yaşam tərzi var. Soyuq havalarda küçədə qalan səfil və evsiz-eşiksizlərin olmasını nəzərə alaraq paytaxtın icra hakimiyyəti tərəfindən xüsusi çadırlar qurulur. Amma yalnız qarlı, çovğunlu havalarda. Alınan sosial müavinətlərin yetmədiyini qeyd etmək lazımdır. Üstəlik, bu müavinətləri də hər kəs ala bilmir.

mənbə: bizimyol


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1314   Tarix: 08 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424