İlon Maskın maşını Marsın orbitini ötdü, astereoidlərə tərəf gedir

İlon Maskın maşını Marsın orbitini ötdü, astereoidlərə tərəf gedirABŞ-ın "SpaceX" şirkəti dünyanın ən ağır və nəhəng raketi olan "Falcon Heavy" raketini özünün "Tesla Roadster" idman avtomobili ilə birlikdə uzaq kosmosa göndərib. Virtualaz.org xəbər verir ki, İlon Maskın şirkətinin həyata keçirdiyi bu raket buraxılışı kosmonavtika tarixində inqilab hesab edilir. Çünki dünya kosmonavtika tarixində bu cür iri raketin Marsətrafı orbitə çıxarılmasına, ümumiyyətlə kosmosa çıxmasına hələ heç kim nail olmamışdı.

İlon Mask isə nəinki bu cür ağır raketi kosmosa çıxarıb, üstəlik onun iki yan sürətləndirmə blokunun uğurla Yerə geri qaytarılmasına nail olub. Raketin özünün birinci pilləsini də təkrar istifadə üçün Yerə qaytarmaq nəzərdə tutulurdu, lakin bu pillə enmə platformasından cəmi 300 metr yan keçərək okeana düşüb. Bununla belə "Falcon Heavy" raketinin buraxılışı uğurlu hesab edilib.

Raketin buraxılışı Bakı vaxtı ilə saat 00.35-də Florida ştatındakı Kennedi Kosmik Mərkəzinin "Kaneveral" kosmodromundan həyata keçirilib. "SpaceX" şirkəti özünün YouTube kanalında raketin startını və uçuşunu canlı yayımlayıb. Raketin maksimal yükqaldırma qabiliyyəti 64 tondur, "Falcon Heavy" Mars planetinə 17 tona qədər yük çatdıra bilər.

Bu buraxılış sınaq xarakteri daşıdığı üçün İlon Maskın qarşısında kosmosa faydalı yük çatdırmaq vəzifəsi qoyulmamışdı. Lakin "SpaceX" şirkətinin sahibi özünün "Tesla Roadster" ekoloji təmiz idman avtomobilini faydalı yük kimi raketin başlığına yerləşdirib. Avtomobilin sükanı arxasında kosmik skafandr geyindirilmiş manken əyləşdirilib və kameralar avtomobilin salonundan Yerə canlı yayımla görüntülər ötürüb. Yerin cazibə qüvvəsinin təsirindən çıxan raket İlon Maskın avtomobili ilə birlikdə Marsa tərəf uçmağa başlayıb. İlon Mask raketin Marsətrafı orbitə çıxması ehtimalını aşağı dəyərləndirir. Son məlumatlara görə raket heliosentrik orbit üzrə hərəkət edərək astereoidlərə tərəf uçmaqdadır.

"Mühərriklərin üçüncü pillədə işə salınması uğurlu keçdi. Marsın orbitini keçdik və astereodilər zolağına tərəf uçuruq"-İlon Mask özünün Tvitter hesabında yazıb. Gözlənildiyi kimi raket startdan 6 saat sonra Yerin orbitini tərk edib. "SpaceX" kanalının YouTube kanalı İlon Maskın avtomobilinin salonunda quraşdırılmış kameralardan Yerə ötürülən görüntüləri canlı yayır.

İlon Mask il ərzində daha iki belə raketi kosmosa buraxmağa hazırlaşır. Bir raketin buraxılması üçün 90-120 milyon dollar xərc tələb edilir. Maskın rəqibi olan ULA şirkətinin "Delta IV" superağır raketi bununla müqayisədə daha bahadır-164-400 milyon dollar. Bu raket 29 ton faydalı yük qaldıra bilir.

İlon Maks gələcəkdə "Falcon Heavy" raketləri ilə Marsa yük daşımağa və orada müstəmləkə qurmağa hazırlaşır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 887   Tarix: 07 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28.04.2024 189
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 166
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

28.04.2024 314
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 404
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

28.04.2024 272
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 192