Xalq artistinin müğənni qızı: "Deyirdi, "istəyirsən sənin üçün pul cırım""

Xalq artistinin müğənni qızı: "Deyirdi, "istəyirsən sənin üçün pul cırım""Xalq artisti Rafael Dadaşov tədbirlərin birinə müğənni qızı Səidə Dadaşova ilə qatılıb. Qızını müşayiət edən aktyor müsahibə zamanı da onu tək buraxmayıb.

Suallarımızdan ehtiyatlanan aktyor "yanımda danışın"- deyərək, şəxsi məsələlərə toxunmamağı xahiş etdi.

Səidənin yenicag.az-a müsahibəsini təqdim edirik.

– Çox vaxt tədbirlərə atanla bərabər gəlirsən…

– Mən atama çox bağlıyam; o, mənim nəfəsimdir.

– Adətən, uşaq vaxtı valideynlər övladlarına öyüd-nəsihət verirlər. Bu gün necə, atanın öyüd-nəsihətləri olurmu?

– Hansısa bir addımı atanda onunla məsləhətləşirəm, həmişə yol göstərib. Atamın uşaq vaxtı mənə dediyi sözlər hər zaman qulağımda sırğa olub.

– Hansı sözləri nəzərdə tutursan?

– Deyirdi, hansı peşəni seçirsən-seç, işinin peşəkarı ol və birinciliyi əldən vermə.

– Atanız mahnı seçiminə müdaxilə edirmi? Heç olubmu ki, desin, Səidə bu mahnını oxuma.

– Olub. Çox vaxt səsyazma studiyalarına atamla bir yerdə getmişik. İfa etdiyim musiqini dinləyib və öz fikrini bildirib. Əgər ifa tərzim, ya nəsə onun xoşuna gəlməyibsə, iradlarını da deyib. Onu da qeyd edim ki, atamın musiqi anlayışı çox güclüdür.

– Bəs bu iradlara reaksiyan necə olub?

– Nə gizlədim, səhnəyə təzə çıxan vaxtlarda onun iradları xətrimə dəyirdi, ağlayırdım. Amma iki dəqiqə keçən kimi atam boynumu qucaqlayıb, ürəyimi ələ alırdı. Kefimi açmaqdan ötrü deyirdi, istəyirsən sənin üçün pul cırım. Amma sonralar başa düşdüm ki, o, bunu mənim yaxşılığım üçün edir və inciməyə dəyməz. Ümumiyyətlə, insanın dostu, əzizi onu tənqid edirsə, bunu onun yaxşılığı üçün edir. Şərt o deyil ki, hər zaman dost adamı güldürsün… Atamın bir sözünü də unutmuram. Deyirdi ki, "heç vaxt özündən demə, qoy səndən desinlər". Atam özü də belə insandır. Baxmayaraq ki, böyük sənətkardır, xalq artistidir, amma bir dəfə də olsun özünü tərifləməyib.

– Elə bir səhvin olubmu ki, yalvararaq demisən ki, "ata, məni bağışla…"

– Yalvarmaq deyəndə ki, uşaqlıqda hər kəsin səhvi olur. Ümumiyyətlə, səhvsiz insan olmur. Nəyisə düzgün etməyəndə gəlib atama demişəm ki, "ata, məni bağışla, bir də bu səhvi təkrarlamayacam". O da məni bağışlayıb.

– Efirə niyə az-az çıxırsan?

– Müğənni olmaqla bərabər, həm də anayam, övladım çox kiçikdir. Ona çox vaxt ayırıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2622   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

a istinadən Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir. - Faiq Ağayev harada anadan olub, neçə yaşı var?. Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. - Faiq Ağayev harada təhsil alıb?. Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsil almağa başlayıb. Anca

16.05.2024 1354
.

"Tutsi" filminin məşhur aktyoru vəfat edib

Məşhur ABŞ-li aktyor Dabni Koulman 92 yaşında vəfat edib. Bu barədə onun qızı məlumat yayıb. Aktyor Kaliforniya ştatının Santa-Monika şəhərindəki evində dünyasını dəyişib. Koulman "Doqquzdan beşə" (1980), "Tutsi" (1982), "Müharibə oyunları" (1983), "Sizə məktub var"

18.05.2024 110
.

Elçin boşandığını etiraf etdi

Müğənni Elçin Cəfərov rəsmi boşandığını etiraf edib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "PrimeTime"a açıqlamasında deyib. O bildirib ki, həyat yoldaşı Aydanla boşanma xəbərləri düzdür:. "Rəsmi sənətdə boşanma var, ayrılmışıq. Amma mən heç bir şeyə sənədlə baxmıram. Gedirsən ail

15.05.2024 1414
.

Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb

Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapılıb. "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini L.Hüseynovanın mayın 15-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarı

18.05.2024 271
.

Cenifer Lopez və Ben Aflek boşanır

Cenifer Lopez və Ben Aflek cütlüyünün boşanacağı iddia olunur. xəbər verir ki, bu barədə Hallivud mediası bildirib. Ben Aflekin evi tərk etdiyi deyilir

17.05.2024 564
.

"Kızıl goncalar"ın ulduzu yeni filmdə

"Kızıl goncalar" serialı ilə 9 ildən sonra izləyicilərinin qarşısına çıxan Özgü Namal yeni bir filmə çəkiləcək. OLAY yazır ki, aktrisanın rol aldığı ekran işi 20 mayda mövsümün finalını etdikdən sonra, o, "Sarı zarflar" adlı filmin çəkilişlərinə qatılacaq. Sözügedən layihədə İpe

15.05.2024 478
.

Aygün Kazımovanı BİR DƏ BELƏ GÖRÜN - FOTOLAR

Xalq artisti Aygün Kazımova fərqli tərzdə fotoları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça bu dəfə qısa və daha açıq rəngdə saçla obyektiv qarşısına keçib. Fotolar müğənninin "Maşallah" klipinin çəkilişləri zamanı lentə alınıb. Kazımova tərzini qara geyimlə tamamlayıb. Qeyd edə

18.05.2024 4572
.

Türkan Vəlizadə bu müğənninin ögey bacısı olduğunu açıqladı - VİDEO

Müğənni Türkan Vəlizadə açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, sənətçi Ləman Əliyeva adlı müğənni ilə "5 gün" Mikayıl ilə" proqramına qonaq olub. Bu zaman canlı efirdə Ləmanın onun ögey bacısı olduğunu açıqlayıb. İfaçı qeyd edib ki, Ləmanla ata bir ana ayrı ögey bacıdırlar

18.05.2024 1129
.

"Avroviziya"dan kənarlaşdırılan iştirakçı hakim qarşısına çıxacaq

"Avroviziya" mahnı müsabiqəsində Niderlandı təmsil edən Yost Klyain yarışdan bir ay sonra İsveçdə hakim qarşısına çıxacaq. Müsabiqənin təşkilatçıları operatora qarşı etdiyi hədələyici hərəkət səbəbindən Klyaini yarışda iştirakdan uzaqlaşdırıb. Belə ki, operatorlar səhnəyə çıxmazdan öncə sənətçin

18.05.2024 251