"Yolçəkənlər" Zığda yolu tar-mar edib getdilər - FOTOLAR

"Yolçəkənlər" Zığda yolu tar-mar edib getdilər - FOTOLARBakının son illər nizamsız məskunlaşma nəticəsində problemləri artan qəsəbələrindən biri də Suraxanı rayonu, Zığ qəsəbəsidir. Virtualaz.org bildirir ki, qəsəbədə indi əsas problem yol və avtobus marşrutunun olmamasıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (keçmiş "Avtoyol" ASC) 2 il əvvəl Zığ dairəsi-Hövsan yolunun yenidənqurulmasına başlayıb. Sakinlər yeni yolun çəkilişindən sonra marşrut probleminin həllini tapacağına ümid ediblər. Amma əksinə olub, qəsəbəyə gedən yol tamamilə dağılıb, üstəlik ətraf hasarlanıb. Zığ sanki mühasirəyə alınıbmış kimi bardürlərlə əhatələnib.

"Yolçəkənlər" Zığda yolu tar-mar edib getdilər - FOTOLARMinlərlə sakini olan qəsəbənin öz avtobusu yoxdur, əhali Hövsan, Duzlu göl və ya Zığ kəndinə gedən avtobuslardan istifadə edir. Yol bərbad hala salınandan sonra avtobuslara minmək üçün iki bardür atlamaq lazımdır. Sanki dayanacaqla avtobusun arasından arx keçir, bir neçə yerdə taxtadan "körpü" düzəldilib. Sakinlər deyirlər ki, səhər və axşam saatlarında avtobuslar dolu gəlir. Bəzən saatlarla gözləməli olurlar. Buna görə də qazanclarının yarısını taksilərə xərcləməyə məcburdular. Taksilər isə həm məsafənin uzadılmasını, həm də yolun dağılmasını bəhanə edib qiyməti artırıblar.

"Son 2 ilə qədər avtobusa görə müraciət etmədiyimiz idarə qalmadı. Hətta Nazirlər Kabinetinə, Milli Məclisə də müraciət etdik. Yol dağıdılandan sonra qəsəbəyə marşrut xəttinin açılacağından əlimizi üzmüşük", -qəsəbə sakini Zəminə Məmmədova deyir. Məmmədova əlavə edir ki, qışda əziyyətləri birə-beş artır.

"Yolçəkənlər" Zığda yolu tar-mar edib getdilər - FOTOLARZığ dairəsinin inşasından sonra qəsəbəyə gedən yol bir neçə kilometr uzadılıb. Üstəlik, yol daraldığından iki maşının eyni zamanda hərəkəti mümkün deyil. Sakinlər Zığ kəndinə gedən yolda düşürlər. Elə əziyyət də bundan sonra başlayır. "Yol çəkilərkən az qala fəhlələrə yalvardıq ki, qəsəbəyə qalxmaq üçün keçid saxlasınlar, yolumuz uzanmasın. Dedilər ki, mümkün deyil, layihə var. Axı, layihə hazırlanarkən qəsəbədə yaşayanlar nəzərə almalı idi. İndi yolda tez-tez qəza şəraiti yaranır. Zığ aeroport yolunun üstündədir, buna görə də hasar çəkirlər ki, yolun bərbad olması, nizamsız tikilən evlər kənardan görünməsin".

Sakinlərdən biri isə söyləyir ki, yol dördzolaqlı olduğundan qarşı tərəfə keçməkdə çətinlik çəkirlər. Axşam işıqlar söndürülür, ətraf qaranlığa qərq olur. "Bu yolu avtobus, maşın çətinliklə keçir. Təsəvvür edin, qaranlıqda kələ-kötür, daşlı yolu necə əziyyətlə gedirik, bir yandan da sahibsiz heyvanların qorxusu. Neçə dəfə üstümüzə hücum çəkiblər"-sakin deyir.

"Yolçəkənlər" Zığda yolu tar-mar edib getdilər - FOTOLARSahibsiz it sürüləri də bir tərəfdən sakinlərin qorxulu röyasına çevrilib. Sürü kimi gəzən itlərin səs-küyü belə vahimə yaradır. Hələ üstəlik ilin bütün fəsillərində küçələrdə inək, qoyun, eşşək olur. Qəsəbə sakinlərini Arzu Məmmədov isə söyləyir ki, sahibsiz itlər azmış kimi bir yandan da inəklərin əlindən beziblər.

"Səhər-axşam zibil qutularının ətrafı inəklə dolu olur. Sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbulunda olduq. Həmin görüşdə inəklərdən, natəmizlikdən şikayət etdik. Heyvanlar bütün günü zibilliklə qidalanır, qutular ağzıüstə çevrilir, tullantılar küçə boyu səpilir. Bunun qarşısını alan yoxdur".

"Yolçəkənlər" Zığda yolu tar-mar edib getdilər - FOTOLARSon 4-5 ildə Zığda qanunsuz tikililərin sayı sürətlə artıb. Hətta binaların həyətində, yanğın xəttinin üstündə, yol kənarlarındakı qaz, yüksək gərginlikli elektrik xəttinin bir addımlığında onlarla ev tikilib. Hər yeni ev tikildikcə zibil qutularının yeri dəyişir. Tikilən evlərin kanalizasiya xətti olmadığından qurunt sular həyətlərə, ətrafdakı binaların zirzəmisinə toplanır. Buna görə də sürüşmə gündən-günə aktivləşir, evlərdə çatlar dərinləşir. İndi qəsəbədə 500-ə yaxın ev qəzalı kimi qeydiyyatdadır. Qeyd edək ki, sürüşmə nəticəsində bir neçə dəfə uçqun da baş verib. Amma təhlükəli vəziyyət yeni evlərin tikilməsinə mane olmur. İndi Zığda bir qarış torpaq qalmayıb. Hər keçən gün yeni tikili peyda olur…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 05 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 112
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 343
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 792
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 301
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 317