"Bilmirdim məsuliyyəti var, atamdan qalıb" - Evində silah tapılan şəxs - VİDEO

"Bilmirdim məsuliyyəti var, atamdan qalıb" - Evində silah tapılan şəxs - VİDEO

Naftçala rayon Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

ARB TV xəbər verir ki, rayonun Həsənəbad qəsəbə sakini, 49 yaşlı Çingiz Ağayev və Kürqarabucaq kənd sakini, 58 yaşlı Absalam Mustafayev şübhəli şəxs qismində saxlanılıblar.

Çingiz Ağayevin evinə baxış keçirilən zaman evin məişət əşyaları yığılmış otağında 1 ədəd qəhvəyi rəngli taxta qundağı olan, 5,6 mm kalibrli, 1957-ci il buraxılışlı, yivli odlu silah olan “TOZ” markalı silaha oxşar tüfəng aşkar edilərək götürülüb. Şöbəyə gətirilən həmin şəxslər törətdiyi əməlləri etiraf ediblər.

Çingiz Ağayevin – Saxlanılan şəxs: “Bu silah atamdan qalmadır. Atam kalxoz sədri işləyib Sovet vaxtı. O vaxt kalxozlara verilirdi, elə o vaxtdan da qalıb. Mən bilmirdim bunun məsuliyyəti var. Bilsəydim məsuliyyəti var gətirib könüllü təslim edərdim”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 612 Tarix: 02.02.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər