Bu yerlərdə siqaret çəkmək olmaz: Cərimələnəcəksiniz - VİDEO

Bu yerlərdə siqaret çəkmək olmaz: Cərimələnəcəksiniz - VİDEOBiG.AZ bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində qapalı və ictimai yerlərdə siqaret çəkilməsi haqda reportaj efirə gedib.

Qapalı və ictimai yerlərdə siqaretdən istifadəyə qadağa qoyulub. Qadağanın qüvvədə olduğu yerlərdən biri də şadlıq saraylarıdır. Bəs, eyni anda yüzlərlə insanın bir arada olduğu şadlıq saraylarında siqaret qadağası necə tətbiq olunacaq? Başqa sözlə, şadlıq sarayları buna hazırdırmı?

"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsi ilə əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.

Restoran əməkdaşı: "Qərar qüvvəyə minəndən sonra lövhələr quraşdırıldı. Burada siqaret çəkmək qadağandır".

Qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə məlumat verilir. Lakin qonaqların zallarda siqaretdən istifadə etmələrinə bütünlüklə nəzarət edib icazə verməmək mümkün olmur. Çünki bu toy sahibləri ilə aralarında problemlərin yaranmasına gətirib çıxara bilər.

Fazil Mustafa (millət vəkili): "Hər kəs özünə aid olan işi görsə məsuliyyət yaranmır. Siqaret çəkənin özü cərimə olur".

Bu qanunla qaydalara riayət edib siqaretdən istifadənin müəyyən edilmiş yerlərdə istifadəsi tələb olunur. İnsanların sağlamlığını qorumaq məqsədilə qəbul edilən qanunu pozanları pul cəzası gözləyir.

Sakin: "İctimai yerdə qadın, uşaq, körpə olur. Bunların yanında siqaret çəkmək olmaz. İlk dəfədən xəbərdarlıq olsa, sonra cərimə olsa, yaxşı olar".

Siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə verilib. Lakin kankret cərimələrin miqdarı müəyyənləşdirilməyib. Qanuna əsasən görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarənin olmamasına görə restoran sahibləri də cərimələnəcək.

Fazil Mustafa (millət vəkili): "Hələki inzibati xətalar məcəlləsində bu məsələ öz həllini tapmayıb. Yaz sessiyasında məsələyə baxılacaq. Konkretləşdirmə olacaq".

Bu qanunun tətbiqində əsas məqsəd siqaret çəkənlərin hüquqlarını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycanda tütündən azad zonalar yaratmaq və bundan yaxa qurtarmaq istəyən şəxslər üçün əlverişli şərait yaratmaqdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1838   Tarix: 31 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Son beş gün ərzində Bakıya region avtovağzallarından 25 mindən çox sərnişin daşınıb

Son beş gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 sərnişin daşınıb. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qeyd edilir ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədə

30.03.2025 138
.

Ağdaşda "Kalaşnikov" avtomatı aşkarlanıb

Ağdaş şəhəri ərazisində odlu silah tapılması barədə polisə məlumat daxil olub. xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan "Kalaşnikov" markalı avtomat və daraq aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalar aparılı

30.03.2025 108
.

Kanadanın Arktikada Rusiya ilə əməkdaşlıq etmək niyyəti yoxdur

"Kanada hökuməti Arktika məsələlərində yalnız həmfikir ölkələrlə əməkdaşlıq etmək niyyətindədir və Rusiya onlardan biri deyil". "Report"un "CBC" telekanalına istinadən verdiyi məlumata görə, bunu Kanadanın baş naziri Mark Karni deyib. "Arktika səfirinin təyin edilməs

30.03.2025 146
.

Məsciddə yuyulmağa gətirilən meyit DİRİLDİ

Dağıstanda öldüyü güman edilən qadın məsciddə vida mərasimi zamanı qəflətən dirilib. yerli mediaya istinadla bildirir ki, qadın xəstələnib və huşunu itirib - yaxınları onun dünyasını dəyişdiyini düşünüblər. Meyiti yumaq üçün məscidə gətiriblər və o, burada gözlərini açıb. Dirilən qadın xəstəxanaya yerləşdirilib

30.03.2025 348
.

Zelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskva ilə birbaşa danışıqlara hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb. Bununla belə, o, Rusiya prezidenti Vladimir Putinlə məsələləri müzakirə etmək istəmir. "Düşünürəm ki, prinsipcə bi

30.03.2025 178
.

Şəmkirdə arxda kişi meyiti aşkarlanıb

Şəmkirdə arxda kişi meyiti aşkarlanıb. "Report"un Qərb bürosunun məlumatına görə, meyit şəhər ərazisində fəaliyyət göstərən restoranların birinin yaxınlığından keçən arxda aşkar edilib. Meyit tibbi ekspertizaya aparılıb. Şəxsiyyəti və ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılı

30.03.2025 157
.

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

Böyük Britaniya kralı II Çarlz xərçəng xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirilməsindən sonra ilk bəyanatını verib. xəbər verdir ki, Bukingem sarayının mətbuat xidməti Myanmada zəlzələ baş verdikdən sonra kralın ölkə sakinlərinə müraciətini "Instagram" sosial şəbəkəsində yayıb. "Mə

30.03.2025 166
.

Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb

Myanmada zəlzələ nəticəsində Çinin 13 vətəndaşı xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası ölkənin Myanmadakı səfirliyinə istinadən məlumat yayıb. "Martın 30-da Çinin Myanmadakı səfirliyi güclü zəlzələ nəticəsində 13 vətəndaşının xəsarət aldığını təsdiqləyib"

30.03.2025 154
.

SON DƏQİQƏ! Ermənistan silahlı qüvvələri növbəti dəfə TƏXRİBATLARA ƏL ATDI - RƏSMİ

Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Gerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib

30.03.2025 381
.

TOP MP3