Araz Ağalarov: "Hələ bilmirik başımıza nə gələcək..."

Araz Ağalarov: "Hələ bilmirik başımıza nə gələcək...""Bu nə siyahıdır axı? Birinci və ikinci sadəcə olaraq rusiya prezidenti Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb...Üçüncüsü isə "Forbs"dan. Sadəcə olaraq ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki,kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq siyahı xatirinə..."

BiG.AZ xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azrbaycanlı milyarder-oliqarx Araz Ağalarov adının ABŞ-da "Kreml məruzəsi"inə daxil edilməsini "Komsomolskaya pravda" qəzetinə şərh edərkən deyib.

Biznesmen deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir. "Yəni başımıza nə gələcək, kobud desək Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və mən başa düşmürəm ki, nəyə görə hamı bu siyahıya görə belə həyacanlanır"-Ağalarov əlavə edib.

Azərbaycanlı oliqarx deyib ki, adının "Kreml məruzəsi"inə daxil edilməsindən diskomfort yaşamır. "Xeyr...Nə diskomfort?...Mənim qızım Birləşmiş Ştatlardadır. Və arvadım. Əgər hakimiyyət məni ora buraxmasa ünsiyyət saxlamaq bir qədər mürəkkəbləşəcək. Əlaqə birtərəfli olacaq. Belə diskomfort əlbətdə, var. Ayrı nə diskomfort?"-o müxbirin sualına cavab olaraq deyib.

Ağalarovun sözlərinə görə, "Kreml məruzəsi" üçün formal əsas kimi Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin göstərilməsini anlamır. Çünki amerikalılar elə beyinsiz adamlar deyil ki, Rusiyanın təsirinə uyub onun istədiyi adamı prezident seçsinlər.

"Belə vəziyyətdə biz sizinlə birlikdə Trampa müraciət edə bilərikmi? Axı onun seçilməsini dəstəkləmişik, necə deyərlər, ona səs vermişik?"-jurnalist soruşub.

"Məsələ ondadır ki...Mənim Tramp seçkilərdə qələbə qazananan sonra "Komsomolskaya pravda"ya verdiyim birinci müsahibəni yada salın. O vaxt demişdim ki, biznesmen Tramp başqa, prezident Tramp başqa. Üstəlik mən hesab edirəm ki, Tramp özü də bu fərqi dərhal başa düşmədi. O, fərqi ancaq onda anladı ki, müxtəlif strukturlarla problemləri yarandı-Müllerin komissiyası, Dövlət Departamenti, Böyük Jüri və s."-Ağalarov cavab verib.

Biznesmen deyib ki, Trampın mobil nömrəsini bilmir. Əvvəllər onda Trampın nömrəsi olub, amma yəqin ki, prezident seçiləndən sonra dəyişib. "Ona görə də mən sizə bu məsələdə kömək edə bilməyəcəm"-o jurnalistin Trampın nömrəsini istəməsinə cavab olaraq deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1129   Tarix: 31 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 218
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 368
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 209
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 808
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 381
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 352
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 687
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 325
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 840