Bakı ermənisi İrəvani rəzil etdi: Varlanmaq üçün münaqişə yaratdılar - ETİRAZ

Bakı ermənisi İrəvani rəzil etdi: Varlanmaq üçün münaqişə yaratdılar - ETİRAZDağlıq Qarabağ münaqişəsi zamanı Bakıdan Ermənistana köçən Stella Artünyan acınacaqlı vəziyyətdə yaşadıqlarından, hakimiyyətin onları insan yerinə qoymamasından danışıb.

BiG.AZ xəbər verir ki, Artünyan müharibə zamanı Ermənistandan köçürülən azərbaycanlılar üçün Azərbaycanda dövlət tərəfindən hərtərəfli şəraitin yaradılmasına qibtə etdiyini, Bakıdan Ermənistana köçən ermənilərin isə hələ də vaqonlarda və yataqxanalarda yaşadığını deyib.

Abovyan şəhərində yataqxanada yaşayan Artünyan "epress" saytında bildirib ki, Ermənistana köçməsindən illər keçib, lakin hələ də heç bir problem həll olunmayıb.

Sayt yazır ki, müharibə zamanı Azərbaycandan köçənlərin və 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən zərərçəkmişlərin həyat səviyyəsi fonunda Ermənistanda Qarabağ klanı zənginləşir. Erməni jurnalist əlavə edir ki, azərbaycanlılarla ermənilər tarix boyu sülh içində yaşayıblar, lakin Köçəryan və Sərkisyan qəbiləsi varlanmaq üçün münaqişə yaratdı və ciblərini doldurdular. "Faktiki olaraq, Ermənistanda hakimiyyət Qarabağ münaqişəsindən və ermənilərin mənasız yerə yaşadığı faciədən istifadə edərək, varlanırlar", - deyə məqalədə bildirilir.

S.Artünyan acınacaqlı vəziyyətdən xilas olmaq üçün ölkədən getmək istədiyini, lakin buna da imkan verilmədiyini deyib.

"Ermənistan hökuməti bütün səfirliklərə təlimat verib ki, vaxtilə Azərbaycandan köçənləri ölkədən buraxmayın. Çünki biz qazanc mənbəyiyik. Ermənistanda qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan maliyyə yardımı alırlar. Amma indiyə qədər kimsə bu pulların hara getdiyini araşdırıbmı? Hanı bizə tikdikləri evlər? Ümumiyyətlə, belə evlər mövcuddurmu?", - deyə o bildirib.

Daha sonra Artünyan erməni dilinə nifrət etdiyini qeyd edib.

"Sən bu vəziyyətdə yaşasaydın, ermənicə danışardın? Bu ölkənin vətəndaşlığını qəbul edərdən?", - deyə o, saytın müxbirindən soruşur və deyir: "Mən bu şəraitdə necə yaşayım? Mətbəx yox, hamam yox, işləməyə yer yox, polis qorxusu daim başımızın üstündə... Ermənistan parlamentində deputatlar bizim problemlərimizi qaldırmağı lazımlı hesab etmirlər. Ötən il "Qırmızı xaç" cəmiyyəti yataqxanalarda yaşayan bizimkimilərin vəziyyətinin yaxşılaşdırılması üçün 5 milyon ayırdı. Hanı bu pullar?!"

S.Artünyan Ermənistan prezidenti Serj Sərkisyanı satqın adlandırıb: "O, öz şəxsi qazancı, öz ailəsi, öz cibi haqda daha çox düşünür, nəinki əsgərlər və camaat haqqında". //Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 905   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585