Müasir Azərbaycanın inkişafında gənclərin rolu

Müasir Azərbaycanın inkişafında gənclərin roluGənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur.

BiG.AZ saytına danışan gənclər dövlət tərəfindən göstərilən qayğı və diqqətdən razı olduqlarını vurğulayıblar.

Müasir Azərbaycanın inkişafında gənclərin roluYeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının baş məsləhətçisi, Gənclər Birliyi İdarə Heyətinin üzvü Kubra Əliyarlı: "Gənclər günü" hər bir Azərbaycanlı gənc üçün əlamətdar bir gündür. Hər il fevral ayının 2-nin ölkəmizdə "Gənclər günü" kimi qeyd olunması məhz ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bu əlamətdar gün ümummilli liderin 1997-ci ildə imzaladığı müvafiq sərəncamı ilə təsdiq olunub və o vaxtdan ötən müddət ərzində hər il yüksək səviyyədə qeyd olunur. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Təbii ki, bu faktın özü ulu öndər Heydər Əliyevin Azərbaycan gənciliyinə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclərin hərtərəfli inkişafı, ölkədə və beynəlxalq aləmdə öz layiqli yerini tutması istiqamətində ulu öndər Heydər Əliyev daim səylə çalışıb və dövlət gənclər siyasəti siyasi strategiyasının mühüm, eyni zamanda ayrılmaz bir hissəsini təşkil edib.

Sevindirici haldır ki, əsası ümummilli lider tərəfindən qoyulan və bu gün də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilən dövlət gənclər siyasəti öz uğurlu nəticələrini göstərməkdədir. Azərbaycan gənclərinin bilik və bacarıqlarının, dünya görüşlərinin, ictimai-siyasi fəallığının artırılması, onların əsl kadrlar olaraq dövlətimizə və cəmiyyətimizə yararlı şəxsiyyətlər olaraq yetişmələri üçün mühüm işlər görülür, tədbirlər həyata keçirilir. Xüsusi olaraq gənclərimizin inkişafı üçün imzalanan dövlət gənclər proqramalarını, onların xaricdə təhsil almaları üçün dövlət dəstəyinin göstərilməsini, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasını qeyd etmək olar. Təbii ki, bu istiqamətdə görülən işləri sadalamaqla bitməz.
Qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin ideyalarını daim əlində rəhbər tutan Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də gənclərimizin əsl vətənpərvər, savadlı, yüksək intellektual potensiala malik gənclər olaraq formalaşması istiqamətində uğurla fəaliyyət göstərir, çoxsaylı layihələr həyata keçirir. Hər il bu layihələrdə minlərlə gənc iştirak edərək bundan faydalanır. Bu gün Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunan gənclərimiz xüsusi fəallığı ilə seçilir, dövlətçiliyimizin təbliği istiqamətində səylə çalışır.
Gənclərimiz də dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən maksimum istifadə edərək daim öz üzərində çalışır. Ölkəmizi və xalqımızı müxtəlif tribunalardan yüksək səviyyədə təmsil edirlər. Bu gün Azərbaycan gənci müxtəlif sahələrdə qazandığı uğurları ilə dövlətimizin və xalqımızın əsl qürur və iftixarına çevrilib. Gənclərimizin siyasi, ictimai, mədəni və idman sahələrindəki nailiyyətlərimiz bunları deməyə əsas verir.

Ümid edirəm ki, Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq, hər zaman öz sözün deyən, qərarında qəti, Vətəni və xalqı üçün canından keçməyə hazır olan vətənpərvər gənclik olaraq bundan sonra ləyaqətlə yaşayacaqdır. Dövlətimizin daha da möhkəmlənməsi, Vətənimizin müdafiəsi yolunda əzmlə və qürurla çalışacaqdır. Mən bu əlamətdar gün münasibətilə bütün ölkə gənclərini səmimiyyətlə təbrik edir. Onlara ən xoş arzularımı çatdırıram. Əziz gənclərimiz, bayramınız mübarək!

Müasir Azərbaycanın inkişafında gənclərin roluSumqayıt YAP GB-nin sədr müavini Səma Əsədova: Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Bu gün gənc nəslin intellektual fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması üçün əlverişli şərait yaradılıb. Son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılıb. Bu gün dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan gəncliyi müxtəlif sahələrdə uğurla təmsil olunur .

Müasir Azərbaycanın inkişafında gənclərin roluYAP Füzuli rayon təşkilatı Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyi siyasi şurasının üzvü Tural Nəbiyev: Biz YAP Gəncləri olaraq dövlətimizin həyata keçirdiyi bütün siyasəti dəstəkləyir və bu siyasətə qarşı gələnlərlə hər zaman mübarizə aparırıq. Bu gün bütün sahələr olduğu kimi gənclər siyasəti də diqqət mərkəzindədir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu oynayıb. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Bu gün bu siyasətin layiqli davamçısı olan Ali Baş Komandanımız da gənclərlə bağlı qəbul etdiyi qərarlar gənc nəslin, gənclərimizin inkişafı məqsədini daşıyır. Biz gənclər olaraq dövlətimizin həyata keçirdiyi bütün siyasəti dəstəkləyir və bu siyasətə qarşı gələnlərlə,dövlətimizin inkişafını, xalqımızın sabitliyini istəməyənlərlə hər zaman mübarizə aparır və aparacağıq.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2502   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 572
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 178
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 310
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 192
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 184
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 196
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 176
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 158
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1052