"Bədənimin hər yerində göyərmələr var, ərim hər gecə məni döyür sonra da..." - ÖZƏL

"Bədənimin hər yerində göyərmələr var, ərim hər gecə məni döyür sonra da..." - ÖZƏLBiG.AZ saytı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ilə birgə "Susma" adlı layihə həyata keçirir. Bu layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. BiG.AZ növbəti müsahibəsini təqdim edir. Budəfəki müsahibimiz yoldaşı tərəfindən dəfələrlə döyülən Günay Seyidovadır. (Ad şərtidir). Günay Seyidova atasının razılığı olmadığına görə qaçaraq evlənib. Dəfələrlə döyüldüyünə görə övladı ilə birlikdə hazırda sığınma evində məskunlaşıb.

- Siz necə oldu ki, bu sığınma evinə yerləşdirildiniz?

- Yoldaşım içib məni döyürdü. Hər dəfə onun əlindən atamgilə qaçırdım. Bu, dəfələrlə təkrarlanırdı. Sonuncu döyülməyimdən sonra da yenə atamgilə getdim. Bu dəfə yoldaşımı bağışlamayacağımı və boşanacağımı söylədim. Atam isə mənə boşana bilməyəcəyimi bildirdi. Boşanıb bu evə gəlsən də tək səni qəbul edəcəyik. Uşağı istəmədiklərini vurğuladılar. Mən də məcbur olub bura üz tutdum. Mən övladımı necə ata bilərəm? Heç ana da övladında imtina edərmi. Mən oğlumu çox sevirəm. Ona görə də ata evimi tərk edib buraya gəldim.

- Yoldaşınızla neçə il ailəli oldunuz?

- Ailə quranda 19 yaşım vardır. O oğlanla münasibətimi ancaq anam bilirdi. Yoldaşımla münasibətimi anam da dəstəkləmirdi. Çünki onun yaxşı insan olmadığını bilirdi. 5 il ailəli qaldım. Yoldaşımla kirayədə qalırdım. Bir oğlum var.Amma rəsmi nikahımız olmayıb. Oğlum da mənim soyadımdadır. Onunla məni dayım qızı tanış elədi. Yoldaşımla mənim aramda 11 yaş fərq var idi. Usta işləyirdi. Demək olar ki, qazancının çox hissəsini içkiyə verirdi. Atam onunla ailə qurmağımı istəmirdi. Biz qaçaraq ailə qurduq. 5 ildir ki, atam qaçdığıma görə mənimlə danışmır. Onu tanımamış ailə qurduğuma görə atam məni günahkar hesab edir. Əslində atam haqlıdır. Çünki bilirdi ki, içki düşkünü ilə ailə həyatı uzun sürmür. Atam yoldaşımı heç vaxt evimizə qoymurdu. Yoldaşıma nifrət edirdi. Hər gün yoldaşım məni döyüb pul tələb edirdi.
Onunla məni tanış edən dayımın qızı ilə də ailəm danışmır. Çünki mənim bu vəziyyətimə düşməyimə görə onu da günahkar hesab edirlər. Amma dayım qızı onun bu qədər içki düşgünü olduğunu bilmirdi.

- İşləyirdiniz ki, yoldaşın sizdən pul tələb edirdi?

- Xeyr. Anam və bacılarım hər zaman bizə pul göndərirdi. O da həmin pulları içkiyə xərcləyirdi. Hər dəfə məni döyürdü ki, ailəmdən pul alım.

- Yoldaşınızın sizi döyməsi ilə bağlı ailənizdən başqa hara müraciət etmisiniz?

- Sonuncu dəfə döyülməyimə görə polisə müraciət etmişəm. Ekspertizya təyin olundu. Şəklim çəkildi. Çünki bədənimin müxtəlif yerində göyərmələr var. Ona hansı cəzanın kəsildiyindən xəbərsizəm.

- Sizin bu qədər döyülməyinizə görə bəs oğlanın ailəsi bir söz demirdi?

- Yoldaşımın ailəsi yoxdur. Tək yaşayırdı.

- Oğlunuzun atası ilə münasibəti necədir?

- Yoldaşım hər dəfə içəndə tək məni deyil, övladımı da döyürdü. Ona görə də oğlum atasından çox qorxur. Atası evə gələndə gizlənirdi ki, birdən döyər. Yoldaşım heç vaxt oğlu ilə vaxt keçirməyib, onu bir dəfə də olsa parka aparmayıb. Bir sözlə oğlum ata sevgisini heç vaxt görməyib. Atasında tapa bilmədiyi sevgini mən verməyə çalışmışam. Bilirsiniz, övladımdan imtina etməyi atam məndən istəyəndə çox sarsıldım. Ata sevgisini görməyən günahsız körpəni mən anasızmı qoyum?

- Bura gələndən sonra ailənizdən kimsə sizinlə danışırmı?

- Demək olar ki, hər gün anamla, bacılarımla danışıram. Anam da, bacılarım da oğlumu çox istəyir. Ancaq atam uşağımdan imtina etməyimi istəyir. Oğlumla danışıb, oynasa da, məni dindirmir. Bəlkə də atam özünə görə haqlıdır. Çünki mən onu dinləmədim. Kaş vaxtında atamı bu qədər incitməzdim. O haqlı idi. Çünki ata kimi istəmirdi ki, içki düşkünü biri ilə həyatımı məhv edim. Hazırda danışıqlar gedir. Əgər atam razı olsa, evimizə qayıdacağam.

- Heç təhsil almaq haqqında düşünmüsünüzmü?

- Düzü düşünməmişəm. 4-cü sinifdən məktəbdən çıxarılmışam. Məktəbdən çıxarılma səbəbim isə böyrəyimdə daş olmasıydı. Özümün də təhsilə marağım olmayıb. Amma bu gün çox peşmanam. Bəlkə oxusaydım, bu vəziyyətdə olmazdım. Hansısa ixtisas sahibi olub, oğluma baxa bilərdim. Kaş mən də bacılarım kimi ali təhsil alardım. O zaman heç kəsə möhtac olmazdım, ən azından kimsə balamla məni ayıra bilməzdi.

- Təhsilinizi davam etdirmə imkanınız olsa necə, yenidən oxumaq haqqında düşünürsünüzmü?

- Mən saç ustası olmağı arzulayıram. Ancaq anamgil işləməyimi istəmirlər. Bəlkə də yenidən səhv etməyimdən qorxurlar.

- Gənc qızlarımıza məsləhətiniz nədir?

- Qızlarımıza məsləhət görərdim ki, təhsillərini davam etdirsinlər. Öz ayaqlarının üzərində dura bildikdən sonra ailə qurmaq haqqında düşünsünlər. Ailələrinin rizası olmadan evlənib, yalan sevgiyə inanaraq həyatlarını məhv etməsinlər. Çünki böyüklərin günahlarının bədəlini uşaqlar çəkir.

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6838   Tarix: 29 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

07.05.2024 295
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

07.05.2024 288
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

07.05.2024 290
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

07.05.2024 291
.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

07.05.2024 127
.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

07.05.2024 166
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 191
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəm

07.05.2024 212
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

07.05.2024 162