Yeni virus texnologiyası aşkarlandı
"Azad seçkilər naminə" şüar altında maskalanmış virus elektron poçt ünvanlarına spam şəkildə göndərilərək, mitinqlərə çağırış adı altında internet istifadəçisinin əməliyyat sistemlərini yoluxdurub.
Virusun qoşma şəklində əlavə edildiyi elektron məktublar "Ədalətli seçkilər", "Hamı nümayişə" başlıqlı olub. Məktubun mətnində isə "Kütləvi nümayişdə nə etməli olduğunu bilmək üçün təlimatı diqqətlə oxu" yazısı yer alıb.
İstifadəçi qoşma Word faylını açar-açmaz, sistem avtomatik olaraq Troyan KillFayls virusuna yoluxub. Nəticədə virus əməliyyat sistemində ciddi pozuntular yaradaraq, "Windows"un açılmasını əngəlləyir. Dr. Web şirkətinin sözçüsü istifadəçilərə belə spam məktubları ümumiyyətlə açmamağı məsləhət bilib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş