"Bizim üçün ən yaxşı bazar qonşulardır" - Prezident

"Bizim üçün ən yaxşı bazar qonşulardır" - Prezident"Azərbaycanda daxili təhdidlər və risklər yoxdur".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində "Strateji perspektivlər: Avrasiya" adlı panel müzakirələrində çıxışında deyib.

Ölkə başçısı bildirib ki, bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir: "Qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır.

Azərbaycan məhz belə münasibətlər qura bilib.

Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil.

Hesab edirəm ki, qonşularının əksəriyyətindən kiçik ölkə üçün belə bir uyğun balansı tapmaq və bu qonşuluqdan fayda əldə etmək çox vacibdir. Böyük qonşu böyük bazardır. Bizim üçün ən yaxşı bazar qonşulardır. Ölkələrimiz arasında qarşılıqlı maraqlar mövcuddur. Təbii ki, bir-birimizin daxili işinə qarışmırıq. Qonşuları ilə əməkdaşlıqda praqmatik və praktik yanaşma ölkəmizin uğurunun, daxili stabilliyinin və gələcək üçün yaxşı perspektivin əsas səbəbidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 852   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

28.04.2024 272
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 228
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 154
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28.04.2024 189
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 149
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 160
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 192