Fevralın sonunadək Azərbaycanda avtomobillərin qiyməti dəyişəcək

Fevralın sonunadək Azərbaycanda avtomobillərin qiyməti dəyişəcəkBu ilin yanvar ayının birindən qüvvəyə minən qərara əsasən, idxal olunan məhsullara tətbiq edilən aksiz vergiləri artırılıb. Təbii ki, bu verginin artırılması avtomobil bazarına da təsirsiz ötüşməyib.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, ekspert Ramil Osmanlı ilə söhbəti təqdim edir.

- Xaricdən gətirilmiş işlənmiş təkərlərə belə, daha çox vergi qoyulur. Bunun avtomobil bazarına təsiri olacaq?

- Şin avtomobilin bir hissəsi və ən əsas detallarından biri hesab olunur. Müəyyən mənada yerli istehsalı stimullaşdırmaq baxımından vacib bir məqamdır. Bu gün Azərbaycanda "Şin Zavodu" Açıq Səhmdar Cəmiyyəti mövcuddur. SSRİ dağılandan sonra onun da fəaliyyəti dayanıb, sadəcə adı qalıb. Son illər ölkədə şin istehsalı ilə bağlı ayrı-ayrı sahibkarlar tərəfindən bir çox təşəbbüslər irəli sürülüb. Hətta bu cür istehsallarla bağlı texniki-iqtisadi əsaslandırmalar hazırlanmasında biz özümüz də iştirak etmişik.

Təəssüflər olsun ki, sonradan bizə məlum olmayan səbəblərdən bu proses dayanıb. Azərbaycanda yerli istehsalın artırılmasında avtomobil təkərlərinin istehsalı gözəl olardı. Amma işlənmiş təkərlərə bu cür rüsum tətbiq etmək bir az tez verilmiş qərardır. Öncə ölkədə şin zavodu tikilməli və istehsala başlamalıdır. Yerli istehsal bazarının ən azı 15-20 faizini ələ keçirəndən sonra bu qanunun qüvvəyə minməsi daha yaxşı olardı. Hətta qəzaların da bəziləri maşınlarda ehtiyat hissələrinin, xüsusilə şinlərin köhnəlməsi ilə bağlı olur. Ona görə də belə qərarlar verən zaman tələsmək olmaz.

- Azərbaycanda adambaşına düşən avtomobilin sayı çoxdur?

- Əksinə. Qonşu ölkələrlə müqayisədə, Azərbaycanda adambaşına düşən maşın sayı azdır. Bu gün Azərbaycanca avtomobil sayı bir milyon 400 minə yaxındır. Hər 10 nəfərə 1.3 maşın düşür. Rusiyada bu rəqəm 10 nəfərə 7, Qazaxıstanda 5.5, Ukraynada 5, Ermənistanda 2.7-dir. Avtomobilləşmənin qarşısını bu şəkildə almaq olmaz.

- Siz şin zavodunun tikilməsini təklif edirsiniz. Bir həqiqət var ki, ya zavod keyfiyyətli şin istehsal etməyəcək, ya da insanlar yerli istehsalın dünya standartına cavab verməyəcəyini düşünərək həmin şinləri almaqdan imtina edəcəklər...

- Təbii ki, Çin və Hindistan avadanlıqları ilə istehsal olsa, elə olacaq. Amma Avropa standartlarına uyğun avadanlıqlar gətirilsə, mütəxəssis yaranana kimi xaricdən peşəkarlar gəlib işləsə, bu zaman həqiqətən keyfiyyətli məhsul əldə etmək olar.

- Təkər ilə yanaşı avtomobilin digər hissələrində də bahalaşma müşahidə olunur. Bu da bazara təsir edəcək?

- Sözsüz. Maşının elə hissələri var ki, onlar daha bahalıdır və avtomobilin qiymətində xüsusi çəkiyə malikdir. Bunlara, xüsusilə maşının mühərrikini və ötürücünü qeyd etmək olar. Ehtiyat hissələrinin qiyməti artdıqca bu hissələrin də qiyməti artır və bazara da təsirini göstərir.

- Yaxın gələcəkdə Azərbaycanda avtomobil zavodu açılacaq. Sizcə bu rüsumların artırılması yerli istehsal ediləcək maşınların ölkədə satılması üçündür?

- Ola bilər ki, bəzi dövlət qurumlarına, taksi şirkətlərinə həmin maşınların alınması ilə bağlı tapşırıq verilə. Amma ümumilikdə hər kəsə məcbur satmaq mümkün deyil. Ona görə də zavodda yerli alıcını qane edəcək, görünüşü zövqlü olan avtomobillər istehsal olunmalıdır ki, hər kəs yerli maşınlardan alsın.

- Bazarda indiki qiymətlər nə qədər artıb?

- Aksiz vergilərinin artırılmasından sonra 10 min civarında olan avtomobillərin qiymətində 1500-2000 manat artım var. Düşünürəm ki, hələ maşın bazarında durğunluq dövrüdür. Fevral ayının sonlarından maşın bazarında qiymətlərin daha da artması gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4867   Tarix: 21 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 154
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

03.05.2024 100
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 735
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 454
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

03.05.2024 783