Azərbaycanda ŞOK - Ana 17 yaşlı qızının sevgilisi ilə mesajlaşdı - "Aşkım..." - FOTO

Azərbaycanda ŞOK - Ana 17 yaşlı qızının sevgilisi ilə mesajlaşdı - "Aşkım..." - FOTOValideynlərinin iddiasına görə 17 yaşında bibisi oğlu tərəfindən şantaj olunaraq qaçırılan 17 yaşlı Aygün ötən gün Xəzər TV- də yayımlanan "Səni axtarıram" verilişinda maraqlı açıqlamalar verib.

BiG.AZ GoldNews.az-a istinadən xəbər verir ki, gənc qız şantaj edilmədiyini, öz istəyi ilə bibisi oğluna qoşulub getdiyini bildirib. Onun sözlərinə görə, verilişdə ekspertlərə guya onun sevdiyi oğlanla mesajlaşmaları kimi təqdim olunan yazışmaların isə əslində anası tərəfindən yazıldığını söyləyib. Aygün anasının onun adından Eldənizlə yazışdığını, özünün isə həmin oğlanı sevmədiyini bildirib.

"Mən o evdən anamın əlindən bezib qaçdım. Bir daha ora geri dönməyəcəm. Məni axtarmasınlar",-deyə gənz qız bildirib.

Xatrıladaq ki, yanvarın 10-da qaçırılan 17 yaşlı Aygünün valideynləri iddia edirlər ki, qızları zorla qaçırılıb. "Bacım oğlu şantaj yolu ilə 18 yaşı tamam olmayan qızımı qaçırıb. Aygünü mesajlarla təhdid edib. "Valideynlərini öldürəcəm" deyib. Oğlan 3 aydır "türmə"dən çıxıb. Açığı bacımın qapısına gedə bilmirik. Çox böyük münaqişə var. Ayın 10-undan biz qırğındayıq. Hadisəni bilən kimi dərhal Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdik. Qızım yeniyetmə qızdır. Onu aldatmaq və qorxutmaq çox asan idi. O da bundan istifadə edib. Qızım, heç nədən utanma, çəkinmə. Sənin həyatınla oynayan insanla sən yaşaya bilməzsən". Anası oğlanın Aygünə göndərdiyi mesajları Xoşqədəmə göstərib:
"Gələndə şərtim olacaq. Əgər "hə" desən telefonu verəcəm, nömrələr də, şəkillərin də silinəcək. Yox desən, əl çəkməyəcəm".
Xoşqədəmin "Hansı şəkillərdən söhbət gedir?" sualına Aygünün anası "Oğlan qızın şəkillərin çəkibmiş. Bilmirik hansı şəkillərdən söhbət gedir. Qızı bununla şantaj edirmiş ki, "Mənlə qaçmasan, bu şəkilləri yayacam". Mən onlara qız versəydim... Eminin qardaşı Tərlan polis idarəsində işləyir. O mənə 3-4 dəfə zəng vurdu. Aygünü çox bəyəndiklərini dedi. Dedi "Aygünə də de. Onu mənə verin". Mən də "Verə bilmərəm. Aygün uşaqdır. Sənin 36 yaşın var. Qıza "Tərlan səni istəyir" dedim. Aygün "Mənim Tərlandan zəhləm gedir" cavabını verdi. Əgər mənim onlara qız vermək niyyətim olsaydı, onun polis qardaşına qız verərdim də. Ta həbsxanadan 2 ay 24 gündür çıxan qardaşına qız verməzdim ki. Qızımı versəydim o ailəyə... Tərlan ağıllı, tərbiyəli, yaraşıqlıdır. O ailədə bir dənə tərbiyəli odur. Elə ona gedərdi də o qız. Yoxsa iki dəfə "türmə"də yatmış şəxsə getməzdi ki. Hətta Emin qıza deyib ki, "Mən həbsdə olanda Tərlan səni istədiyinə görə qardaşımı öldürərəm də".
Xoşqədəm Aygünün anasının dedikləri qarşısında təəccübünü gizlədə bilməyib: "Bibisinin həyat yoldaşı Bəybala zəng edib deyir ki, "Hər şey yalandır". Məni də şantaj etdi hələ, məhkəməyə verəcəyi ilə hədə-qorxu gəldi. Dedim buyur get ver, azadsan. Deyim ki, Emin də studiyamıza gəlmək istəyir, bacısı da".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13276   Tarix: 20 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 136
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 180
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 131
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 196
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 155
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 320
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 110
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81