Uşaqları avtomobillərdə tək saxlamaq olarmı? - ARAŞDIRMA

Uşaqları avtomobillərdə tək saxlamaq olarmı? - ARAŞDIRMAƏksər hallarda küçə kənarlarında park edilmiş avtomobillərdə uşaqların tək qalması halları ilə rastlaşırıq. Hər hansı iş səbəbi ilə uşağını avtomobildə nəzarətsiz qoyan və qısa müddətdə dönəcəyini söyləyən valideyn elə həmin zaman kəsiyində bu riski üzündən övladının başına gələ biləcək bədbəxt hadisə ehtimalları barədə düşünmür. Uşaqlar üçün real təhlükənin baş verməsinə zəmin yaradan belə hallar valideyn məsuliyyətsizliyinin bir nümunəsidir.

Rusiyada belə halların qarşısını almaq üçün avtomobil salonlarında 7 yaşadək uşaqların tək saxlanılmasına qadağa qoyulub. Bununla bağlı ölkə qanunvericliyinə edilmiş dəyişikliyin məqsədi uşaqların təhlükəsizliyini təmin etmək və valideynlərin məsuliyyətini artırmaqdır.

Yeri gəlmişkən qeyd edək ki, ötən il Türkiyədə maşında tək qalan 2 uşaq dünyasını dəyişib. Hadisələrin hər ikisi birbaşa valideynlərin məsuliyyətsizliyi səbəbindən olmasa da, böyüklərin məsuliyyətsizliyi, diqqətsizliyi səbəbindən baş verib. Belə ki,Türkiyənin İzmir şəhərində 3 yaşlı uşaq məktəbəqədər müəssisənin maşınında yaddan çıxaraq qalıb və nəticədə uşaq havasızlıqdan dünyasını dəyişib. Digər oxşar hadisə isə Türkiyənin Şanlıurfa adlanan bölgəsində baş verib. Böyüklərin nəzarətindən yayınan 4 yaşlı uşaq əmisinin avtomobilinə girərək burada yatıb və sonda havasızlıqdan dünyasını dəyişib.

BiG.AZ xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, xoşbəxtlikdən Azərbaycanda indiyədək avtomobildə tək qalan uşaqların başına hər hansı bədbəxt hadisə gəlməyib. Bununla belə, uşaqların avtomobildə tək saxlanılmasını çox təhlükəli sayan deputat uşaqların nəinki maşınlarda, eləcə də bütün yerlərdə nəzarətsiz qoyulmasını düzgün saymayıb: "Uşaq tək qaldıqda özü qapını açaraq hara isə gedə bilər. Digər tərəfdən, valideynlər isti günlərdə kondisioneri işlədə-işlədə qoyub gedirlər. Bu da uşağın zəhərlənməsi baxımından çox təhlükəlidir. Bütün bunları nəzərə almaqla demək olar ki, uşağı yalnız avtomobildə deyil, ümumiyyətlə, bütün yerlərdə nəzarətsiz qoymaq olmaz".

M.Quliyev əlavə edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı məsələlər qanunvericlikdə öz əksini tapıb.

Onun sözlərinə görə, Azərbaycanda qanunvericilikdə uşağın nəzarətsiz qalmasına görə cərimə sanksiyasının olması alqışlanan haldır.

Deputat bu fikirdədir ki, bu, həm uşağı qorumaq üçün atılan, həm də valideynin məsuliyyətini artıran bir maddədir.

Ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində avtomobillərin salonlarında uşaqların tək saxlanılması ilə bağlı qadağa yoxdur.

Belə bir qadağanın olmamasını həmin məsələnin indiyədək gündəmə gətirilməməsi, aktuallaşdırılmaması ilə izah edən Ə.Hüseynov əlavə edib ki, belə bir qadağanın qoyulması məsələsinə gələcəkdə baxmaq olar.

Avtomobillərdə uşaqların tək saxlanılmasını azyaşlıların həyatı üçün böyük risk sayan ekspert bu məsələdə valideynlərin, böyük yaşlıların öz məsuliyyətini başa düşməsini vacib sayıb:

"Valideynlər, böyüklər uşağı avtomobildə tək qoymalı deyillər. Getdikləri zaman uşağı da özləri ilə götürməlidirilər. Avtomobillərdə uşaqların nəzarətsiz qalması onların özləri üçün çox böyük təhlükədir. Çünki avtomobildə hər hansı nasazlıq, yanğın və digər hadisələr baş verə bilər. Bu zaman da uşaq köməksiz vəziyyətdə qala bilər. Digər tərəfdən, uşaq avtomobildə tək qaldıqda onun işinə müdaxilə edə və avtomobili duracaq vəziyyətindən çıxara bilər. Yaşı 7-dək olan uşaqlar bunu asanlıqla edə bilərlər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Trend-ə bildirib ki, Azərbaycan qanunvericliyinə görə, 15 yaşadək uşaqların sürücünün yanında əyləşməsi qadağandır: "Əgər yaşı 15-dək olan uşaq sürücünün yanında əyləşibsə, bu zaman sürücü 30 manat cərimə olunur. Yaşı 12-dək (12 yaş da daxil olmaqla) olan uşaqların arxa oturacaqda əyləşməsi üçün xüsusi oturacaq olmalı və belə yaşda olan uşaqlar üçün xüsusi təhlükəsizlik kəmərindən istifadə olunmalıdır. Buna əməl etməyən valideynlər İnzibati Xətalar Məcəlləsi əsasında 3 bal və ya 60 manat cərimələnirlər".

Konkret olaraq, avtomobildə uşaqların nəzarətsiz saxlanılmasına gəldikdə, A.Veysəlova qeyd edib ki, Azərbaycan qanunvericiliyində valideynlər üçün təkcə bu hala görə məsuliyyət müəyyənləşdirilməyib: "Qanunvericilikdə ümumilikdə uşaqların təhlükəli şəraitdə saxlanılmasına görə valideyn məsuliyyətləri müəyyənləşdirilib. Valideyn məsuliyyəti Azərbaycan Respublikası Konstitusiyası, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənir. Uşaqların, xüsusilə həddi-buluğa çatmamış azyaşlıların nəzarətsiz qoyulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində, eyni zamanda Cinayət Məcəlləsində valideynlər üçün məsuliyyət növləri müəyyən olunur. Məsələn, ana 1 saatlıq mağazaya getdiyini deyir. Bu saatda da uşaq oyanır, qazı açır, qazın iyi mənzilə dolur və uşaq zəhərlənir. Yaxud hər hansı istirahət yerində valideyn uşağı nəzarətsiz oynamağa göndərirsə, sonra hər hansı hadisə baş verirsə, bu hala görə də valideyn məsuliyyət daşıyır. Çünki uşaq valideyninin müşayiəti altında oynamalıdır. Yalnız avtomobil salonunda tək qalmağa deyil, bütün bu hallara görə İnzibati Xətalar Məcəlləsində olan maddədə qeyd edilir ki, uşağın təhlükəsizliyi üçün valideyn məsuliyyət daşıyır, bu məsuliyyəti yerinə yetirmədikdə cərimələnir".

A.Veysəlova qeyd edib ki, təəssüf ki, hələ də uşaqların nəzarətsiz qalması hallarına rast gəlinir: "Qanunvericilikdə uşaqların təhlükəsizliyi məsələsi öz əksini tapıb. Uşaqlarla bağlı qanunvericilik təkmilləşdirilir. Amma eyni zamanda, valideynlər arasında hüquqi maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac var. Çünki bir çox hallarda valideynlər etdikləri məsuliyyətsizliklərə görə onları hansı məsuliyyətlərin gözlədiyini bilmirlər. Biz məktəblərdə valideynlərlə görüşlər keçirəndə bunu bir daha müşahidə edirik. Bu məsələlərlə əlaqədar fəaliyyəti daha da gücləndirmək üçün xüsusi broşuralar hazırlamışıq və onları məktəblərdə valideynlərə paylayırıq".

A.Veysəlova əlavə edib ki, Azərbaycanda valideyn məsuliyyətsizliyi dedikdə, bir çox hallarda bunun yalnız anaya şamil olunduğunu fikirləşirlər: "Lakin valideyn məsuliyyəti yalnız anaya aid deyil. Burada atanın da məsuliyyəti var. Bəzən görürsən ki, uşaq hər hansı təhlükə ilə üzləşdikdə günahkar olaraq, ən çox ana qınaq obyektinə çevrilir. Burada hər iki valideynin məsuliyyəti eynidir. Əgər ana evdə hər hansı işlə məşğul olursa, bu zaman ata uşağı təhlükədən qorumaq üçün ona nəzarət etməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 435   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865