Tolstoy barədə ən maraqlı faktlar - Zifaf gecəsindən sonrakı qeydi

Tolstoy barədə ən maraqlı faktlar - Zifaf gecəsindən sonrakı qeydiArtıq bir əsrdən çoxdur ki, qüdrətli ədib Lev Tolstoy dünyadan köçüb. Lakin onun şəxsi həyatı ətrafında tüğyan edən şaiyələr hələ də səngimək bilmir. Kimisi Levi öz evində dustaq sayır, kimisi yaradıcı ruhunu anlamayan həyat yoldaşının onu dünyadan küsdürdüyünü düşünür. Əslində isə hər şey göründüyündən də mürəkkəbdir.

Bütün nəhənglər kimi Lev Tolstoyun da olduqca çətin xarakteri vardı. Onun bu ərköyünlüyünə ən çox dözən isə həyat yoldaşı Sonya idi. Tolstoy hesab edirdi ki, ideal ər-arvad ünsiyyətini məktulaşma yolu ilə saxlamaq mümkündür. Sonya isə söhbətləşmədən, bir-birinin səsini, hərarətini duymadan, yaşamağın mənasız olduğunu düşünürdü. Lev xanımını evin divarlarına da qısqandığı halda, onun yanında sadə kəndçi qızlarla sevişməyin daha zövqlü olduğunu dilə gətirməkdən çəkinmirdi. Ailə quranda gənc yazıçının 34, ziyalı, zadəgan xanımınınsa 18 yaşı vardı. Tolstoy Sofyanın tək qəlbinin deyil, ağlının da diktəsilə seçmişdi. Cütlük hələ nişanlı ikən Lev arada yalan olmasın deyə, həyatındakı bütün qadınlar haqda danışmışdı. Hətta zifaf gecəsi zadəgan qızın yataqda onu yanıltdığını və yetərincə ehtiraslı olmağını bildirmişdi. Toy gecəsinin səhəri gündəliyinə bu sözləri yazmışdı "Qane olmadım"!

O yaradıcı düşüncələrinə tabe olacaq canlını Sonyanın timsalında tapmışdı. Həçminin kübar xanımın qəlbinə məlhəm olan Musiqilərə qıcıqlanırdı. Sonyanın böyüdüyü evə daim yüksək vəzifəli şəxslər qonaq gələr, royal səsi, şampan, şərab qədəhlərinin toxunuşu ərşə ucalardı. Evlənəndən sonra isə əri onu kənddəki evindən çıxmağa da qoymurdu. Sonya isə digər kənd qadınları kimi hər il bir uşaq doğurdu. Tostoy ailəsində doğulan 13 uşaqdan 5-i hələ kiçik yaşlarında dünyadan köçmüşdülər. Çarəsiz qadınsa süd vəzlərində ciddi xəstəlik aşkarlansa da, ərinin təkidi ilə bütün övladlarını özü əmizdirirdi.

Ədib 60 yaşından sonra həyat tərzini tamam dəyişir. Ailəsindən, doğmalarından uzaqlaşıb, balaca bir kənd evinə köçür. Varlı təbəqənin yol verdiyi bədxərcliyi günah saymağa başlayır. Sadə kənd libası geyinib, bütün təsərrüfat işlərini, ehtiyaclarını özü qarşılayır. Nə Sonya, nə də övladları bu ağılsızlığı qəbul edə bilmirdilər. Məhz buna görə də Tolstoy övladlarının heç biri ilə dil tapa bilmirdi. Buna baxmayaraq dahi Tolstoy dəfələrlə Sonyaya olan sonsuz eşqini və ömrü boyunca yalnız onu sevdiyini etiraf edib.

Ailənin böyük qızı Tatyana gözəl rəssam idi, tez-tez evə yaradıcı elitanı dəvət edir, dünya səyahətinə çıxmağı arzuayırdı. Digər bacısı Marina isə atasının məsləkdaşı idi. O da çılğın yazıçı kimi taxtanın üstündə yatır, ət yeməkdən imtina edirdi. Çox keçmir ki, Marina güclü soyuqdəymədən dünyasını dəyişir. Bu ahıl atanın həyatdan aldığı ən ağır zərbə idi. O yalnız övladını deyil, düşüncələrinə şərik çıxan dostunu itirmişdi. Mərhum qızından başqa heç kim onun "Musiqi, imtahanlar, rahat həyat ən böyük cəzamızdır" kimi fikirlərini anlamırdı. Övladlarını bu yöndə böyüdən Sofyanı isə ən böyük günahkar sayırdı. Çünki o evdə səliqə-səhman yaradır, uşaqlarını təhsilə cəlb edir və xidmətçilərin köməyindən istifadə edirdi.

Ümumiyyətlə isə Tolstoy ailəsinin ən böyük cəzası 8 yaşlı Vanyanın ölümü olur. Ailə Vaniçkanı Allahın mükafatı adlandırırdı. O, qeyri-adı gözləri, su kimi saf qəlbi ilə bütün evi işıqlandırırdı. Vanya küsülüləri barışdırır, evdə sülh yaradırdı. Oğlu dünyasını dəyişəndə, Sonya ağlını itirmək həddinə belə çatır. Lev isə oğlunun ölümünə gündəliyində belə izah verirdi: "Təbiət bizə ən yaşılarını bəxş edir. Bizim bu bəxşişi qəbul etməyə hazır olmadığımızı görəndə isə geri alır".

Ailəsindən, Moskvadakı evindən uzaqlaşıb, kəndə yalnız yaşayan yazıçı, provoslav kilsəsini təbliğ etməyə başlayır. Sonya ilə münasibəti isə getdikcə daha da sərtləşirdi. Onlar bir-birinə ürək sözlərini yalnız öz gündəliklərinə qeyd edirdilər.

Sonradan Sofya Tolstaya memuarlarında yazacaqdı:

"Mənim əziz, mehriban ərim. Səninlə bütövləşə bilmədik. Məndən gözlədiklərini sənə vermək iqtidarında olmadığım üçün bağışla! Çünki sənin ardında azad yaradıcılıq eşqi, mənimsə arxamda böyük bir ailənin məsuliyyəti dayanırdı".

Bütün qarşıdurmalara rəğmən bu güclü xanım ərinin ən böyük dəstəkçisi idi. Sofya bütün bu qaçhaqaçdan imkan tapıb, Levin əsərlərini qaralamadan təmiz vərəqlərə köçürürdü. Bəzən hətta 1000 səhifəlik yazını bir neçə günə bitirir, nəşriyyat evlərilə danışıqlar aparırdı. Bu gün Tolstoy xəzinəsinin əlimizə çatan bir çox incisinə görə Sofya xanıma borcluyuq.

1910-cu ildə ədəbiyyatın sönməz günəşi gözlərini əbədi yumur. Onun ölümündən 9 il sonra isə Sofya ərinin yanına, onunla ruhən, qəlbən bir olmağa gedir.

Yaxın günlərdə tarixçilər ədibin və Sofya Tolstayanın gündəliklərində bir-birinə ünvanladıqları ən zərif misraları aşkarlayıblar.

Tolstoy bütün məktublarında həyat yoldaşına "əziz dost" deyə müraciət edərdi.

"Əziz dost, səndən növbəti kədərli məktub aldım. Belə anlayıram ki, həm fiziki, həm də mənəvi əzab çəkirsən. Bihal olduğunu bilib, vaxtımı şən və sakit keçirdə bilmərəm. Düşüncələrim səninlədir. O qüssəli məkubdan sonra istəsəm də, ayağa qalxa bilmirəm. Məni kədərləndirən nə varsa, hamısını sadalamısan. Rica edirəm, bir şeyi unutma. Ömrümün əsas qayəsi sənin həyatındır. Sənin əhvalın yüksələndə sevinir, ürəyin qəmlənəndə isə üzülürəm. Lakin mən əminəm ki, güclü ruhun səni qəmdən azad edəcək və xoşbəxtlik gətirəcək. Mən fiziki qürubun günbəgün daha da yeyin addımlarla yaxınlaşdığını eşidirəm. Sənin kədərli gözlərinsə onun gəlişini daha da sürətləndirir.

Lev Tolstoyun gündəliyindən...

"Mənim Taneyevə olan münasibətimə qarşı çıxdığı kimi, mən də onun Qureviçlə ünsiyyətini bəyənmədiyimi bir az ehtiyatsız bildirdim. Üzünə baxanda, vücudumu qorxu bürüdü. Son günlər bir az da qalınlaşan qaşları hiddətli gözlərinin üstünə ox kimi çökdü. Əzabkeş üz ifadəsi qəlbimi parçaladı. Axı bu sima mehriban, ehtiras və sevgi ilə baxanda daha gözəldir. Tez-tez bir fikir məni yamanca düşündürür. Həqiqətən onun qarşısında günahım olsaydı, mənə hansı xətəri yetirərdi?!

Məni günah və xəyanətin dəhşətindən azad etdiyi üçün Allaha minnətdaram. O məni yad ehtirasdan həmişə zamanında xilas edib".

Sofya Tolstayanın gündəliyindən...

"Əziz dost, Sonya,

Ən böyük faciə və ayıb odur ki, sözün hər mənasında yaramaz və maraqsız insanlar həyatımızı idarə etsin. Ömrümüzün son ilini puça çevirsin. Həyatımız boyu bizi ayıracaq hadisələrə rəğmən, daha da yaxınlaşıb, bir-birimizə əvvəlkindən qat-qat doğmalaşmışkən bunun baş verməsi ədalətsizlikdir. Bizim bütövləşməyimiz hələ Vaniçkanın ölümündən öncə cücərməyə başlamışdı. Getdikcə daha da dərinə kök atan sevgi ağacının kölgəsində sərinlədiyimiz vaxtda, 35 illiyimizin son günlərində bu iyrənc vərdişin yenə hər şeyə möhür qoydu. Bilirəm ki, sənə çox ağırdır, məni çox sevdiyinə də şübhəm yoxdur. Bil ki, məni çox məyus etdin. Sənin yerinə utanıram. Səni ən dərin, ən çılğın hisslərimlə sevirəm.

Əlvida və bağışla, əziz dost.

Öpürəm səni!"

Lev Tolstoyun gündəliyindən...
//publika


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1987   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Reymen evlənir

Türkiyəli məşhur fenomen müğənni Reymen evlənir. BİG.az xəbər verir ki, o, sevgilisi Emire Cansu Kurtarana evlilik təklifi edib. Müğənni bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşıb

30.04.2024 219
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30.04.2024 222
.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

30.04.2024 168
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

30.04.2024 126
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 494
.

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı il

30.04.2024 911
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

30.04.2024 346
.

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir. Nəqliyyat eksperti Elməddin Muradlı -a bildirib ki, 300 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikl

30.04.2024 316
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

30.04.2024 157