Röyanın eks qayınatası bankın vəzifəli şəxsi ilə əlbir olub 21 milyon manatı.../YENİLƏNİB

Röyanın eks qayınatası bankın vəzifəli şəxsi ilə əlbir olub 21 milyon manatı.../YENİLƏNİBProsesdə şahid qismində Ç. Cəlilovun qardaşı Pərviz Cəlilov ifadə verib.
P. Cəlilov indiyə kimi "Bank Stanrart"a 15 milyon manat kredit ödədiklərini deyib: "Bu vəziyyətə düşməyimizə səbəb həmin bank və Kirman Səlimdir. Kirman deyirdi ki, onun rəhbərləri Heydər Babayev və onun həyat yoldaşıdır. Deyirdi onlar deyib ki, bank bizi məhkəməyə versin. Şirkət beş il sonra bizə qaytarılanda məlum oldu ki, şirkəti dağıdıblar. İşçilərin maaşlarını verməyiblər. Yüz minlərlə borc yaranmışdı".

P. Cəlilov 2010-cu ildə MTN əməkdaşları tərəfindən həbs edildiyini və ondan 2 milyon manat pul istəyiblər:"Biz bazarlıq elədik və qiyməti aşağı saldıq. Məcbur olub şirkətin on faizini satıb pulu onlara verdik. Yeni mağaza aşanda işıq çəkmək üçün müraciət ediridik. İşığın çəkilməsi üçün yüz min manat pul istəyirdilər. Pullar belə şeylərə xərclənirdi".

Proses yanvarın 25-də davam edəcək.

***

"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standartın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi başlayıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Çingiz Cəlilov özünü təqsirli saymayıb.

Hazırda proses davam edir.

İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1785   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 509
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 530
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 423
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 212
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 59
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1247
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 64
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 465
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 294