Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - MÜSAHİBƏ

Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - MÜSAHİBƏAzərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə yadigarı, Azərbaycanın Əməkdar rəssamı Rəis Rəsulzadə BiG.AZ-ın suallarını cavablandırıb.

- Bilirsiniz ki, cənab prezidentimiz 2018-cı il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi. İlk öncə, bu qərara münasibətinizi bilmək istərdik?

Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - MÜSAHİBƏ- Bu qərar vaxtında və yerində verilən qərardır. Cənab prezidentimizə verdiyi gözəl qərara görə öz təşəkkürümü bildirirəm. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərindən danışılacaq. Düşünürəm ki, dünyanın qabaqcıl dövləti kimi 100 illik yubleyimiz layiqincə qeyd ediləcək. Arzu edərdim ki, Azərbaycanın əzəli problemi olan Dağlıq Qarabağ münaqişəsi bu il öz həllini tapsın.

- Babanız siyasətə yaxın şəxsiyyət olub. Sizi siyasətdən uzaq salan səbəb nədir?

- Babam Məhəmməd Əmin Rəsulzadə siyasət aləminin nəhənglərindir. Onun ilk dəfə rəsmini atamın xalası oğlunun emalatxanasında görmüşəm. Babamın şəklini görəndə çox təəccübləndim. Çünki Sovet dövründə onun adının çəkilməsi belə qadağan idi. Uşaqlıqdan babam haqqında evdə danışılırdı. Nənəmlə yazışmalarını görmüşdüm. Əslində siyasətdən nə siz, nə də mən uzaq deyilik. Sadəcə, hər kəsin öz sevdiyi sənəti var. O sənətlə də hər birimiz dövlətimizə xidmət göstəririk. Belə bir ifadə var ki, sən siyasətlə məşğul olmasan da, siyasət səninlə məşğul olacaq. Mən çəkdiyim rəsmlərlə Azərbaycanımızı siyasi, bədii, ekoloji şəkildə tərənnüm edirəm. Mənim bir müəllimim var idi. O hər zaman deyirdi ki, insan üçün önəmli olan vətən və onun tarixidir. Siyasətlə məşğul olmaq üçün partiya yaratmaq lazımdı. Müəyyən maliyyə olmalıdr. Ona görə də hər kəs öz işi ilə məşğul olması daha məqsədə uyğundur.

- Dövlətimizin sizə göstərdiyi qayğıdan razısınızmı?

- Cənab prezidentimizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Bilirsiniz ki, bu yaxınlarda dövlət hesabına Almaniyada 2 dəfə əməliyyat olunmuşam. Müalicəm çox yüksək səviyyədə təşkil edildi. Hələ ulu öndərimiz Heydər Əliyev həyatda olanda mənimlə tez-tez əlaqə saxlayır, nəyəsə ehtiyacımın olub-olmamağı ilə maraqlanırdı.
Amma arzumdur ki, babamın haqqı geri qaytarılsın. Yəni Məhəmməd Əmin Rəsulzadə represiyanın qurbanı olan zaman 3 evimiz və Novxanıdakı bağımız əlimizdən alınmışdı. Bəraət qazandıqdan sonra o evlərimiz geri qaytarılmadı. İstərdim ki, o evlərimiz geri qaytarılsın. Bundan əlavə məni görən insanların bir çoxu babamın heykəli ilə maraqlanır. Türkiyədə yüksək vəzifəli şəxs Bakıya gəlmişdi. O, Məhəmməd Əmin Rəsulzadənin nişanələrini axtarırdı. Həmin vəzifəli şəxs bir şey tapmadıqda Novxanıda Məhəmməd Əmin Rəsulzadənin atasının qəbrini ziyarət etmişdi. Bu gün babamın evində hansısa ərəb şirkəti təlim keçir. Azərbaycana gələnlər babamın nişanələri ilə maraqlanır.

Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - MÜSAHİBƏ- Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması ilə bağlı dövlətə müraciət etmisinizmi?

- Heykəlin qoyulması tək mənim yox, hər bir azərbaycanlının marağında olmalıdır. Mən bir gün həyatda olmayacam. Bu ictimai məsələdir. Müxtəlif muzeylər var. Amma niyə Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi olmasın? Bu, Azərbaycanın şanlı səhifəsidir. Rəsulzadənin ev muzeyinin yaradılması üçün ziyalılar, jurnalistlər həmrəy olmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət idi. Bilirsiniz ki, o dövrdə vəziyyət çox ağır idi. Azərbaycana o dövrdə müstəmləkə dövləti kimi baxılırdı. Məhəmməd Əmin Rəsulzadənin böyüklüyü odur ki, hələ onlar 1905-1906-cı illərdən çarizimə qarşı mübarizəyə qoşulmuşdu. Bundan əlavə babam Azərbaycan Azadlıq Hərəkatının böyük ideoloqudur. Azərbaycanın dünyada hüquqi dövlət kimi tanınmağı böyük bir nəaliyyətdir və bizim qürurumuzdur.

- Babanızın qəbrini Azərbaycana gətirilməsini istərdinizmi?

- Babamın qəbrinin Azərbaycana gətirilməsi haqqında danışılır. Amma bu məsələ ilə bağlı dəqiq bir söz deyən yoxdur. Əlbəttə, zəmin yaranarsa babamın qəbrinin Azərbaycana gətirilməsini istərdim. Amma Rəsulzadənin məzarının Azərbaycana gətirilməsindən öncə yaxşı olar ki, əvvəlcə onun muzeyi açılsın.

- Bu illə bağlı hansısa əsəriniz olacaqmı?

- Əlbəttə. Bu illə bağlı əsərlərim olacaq.

Aysel Yusifqızı

Rəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - MÜSAHİBƏRəsulzadənin nəvəsi babasının əlindən alınan evlərin geri qaytarılmasını istəyir - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4245   Tarix: 31 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 299
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1249
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 419
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614