Prezidentin tapşırığının icrasına başlanıldı - Rəsmi

Prezidentin tapşırığının icrasına başlanıldı - RəsmiHəyata keçirilən iqtisadi islahatlar çərçivəsində Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması və eyni zamanda iqtisadi inkişafın dəstəklənməsi məqsədilə Prezidentin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş " uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"nin də icrasına başlanılıb.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən verilən məlumatda bildirilib.

İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi Strateji yol xəritəsində prioritet istiqamətlərdən biri olaraq qeyd edilib və "Azərbaycan İpoteka Fondu" ASC əsas icraçı təşkilatlardan biri müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış İşçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılmış və bunun əsasında müvafiq təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim edilib.

Aparılan iqtisadi islahatların davamı olaraq, ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi alətlərlə daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə Prezidentin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılıb.

Fond Azərbaycanda əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxs kimi yenidən təşkil edilib.

Fondun fəaliyyətinin təmin edilməsi məqsədilə nizamnamə kapitalının "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitallarının ümumi məbləği həddində (466,0 mln.manat) formalaşdırılması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, 2006-2017-ci illər ərzində dövlət büdcəsindən "Azərbaycan İpoteka Fondu" ASC-nin nizamnamə kapitalının formalaşdırılması üçün 366 mln.manat məbləğində vəsait ayrılıb.

2017-ci ildə də əvvəlki illərdə olduğu kimi yaradılmış yeni təşkilatın hüquqi varisi olduğu "Azərbaycan İpoteka Fondu" ASC (Cəmiyyət) tərəfindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli ipoteka kreditlərinin verilməsi və ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunması istiqamətində işlər davam etdirilib.

Ötən ildə Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədilə maddi-texniki bazasının təkmilləşdirilməsi həyata keçirilmiş, Cəmiyyətin idarəetmə orqanları tərəfindən ipoteka kreditləşməsi ilə, eləcə də müxtəlif istiqamətlər üzrə zəruri qayda və prosedurlar təsdiq edilib.

Qeyd olunduğu kimi, 2017-ci ildə ölkədə ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi, əhalinin ipoteka kreditlərinə çıxışının genişləndirilməsi məqsədilə əhəmiyyətli qərarlar qəbul olunmuş, bir sıra yeniliklər tətbiq edilib:

"Elektron ipoteka" sisteminin "Elektron hökumət" portalında inteqrasiyası

Prezidentin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə ipoteka kreditləşməsi mexanizmlərinin təkmiləşdirilməsi və bu sahədə şəffaflığın artırılması çərçivəsində, 01 yanvar 2017-ci il tarixinədək "Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin yaradılması və "Elektron hökumət" portalına inteqrasiyası, müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanının təmin edilməsi tapşırılmışdır. Verilmiş tapşırıqların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1126 nömrəli Fərmanı ilə "Elektron ipoteka" sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Qeyd olunanlarla əlaqədar, verilmiş tapşırıqların icrası olaraq Cəmiyyətdə mövcud elektron sistemin "Elektron ipoteka" sistemi haqqında Əsasnamə"yə uyğunlaşdırılması və "Elektron hökumət" portalına inteqrasiya işləri tamamlanaraq, 01 avqust 2017-ci il tarixindən əhalinin istifadəsinə verilib.

Güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi

Prezidentin 2017-ci il 13 iyul tarixli 1530 nömrəli və 2017-ci il 21 iyul tarixli 1560 nömrəli Fərmanları ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"na müvafiq dəyişiklər edilmiş, güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin dairəsi genişləndirilmiş, 15 il dövlət qulluğunda qulluq edən şəxslərlə yanaşı, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, eləcə də ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər də güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsinə daxil edilib.

Qabaqcadan qeydiyyat mexanizminin tətbiqi

Prezidentin 04 aprel 2017-ci il tarixli fərmanı ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda müvafiq dəyişiklik edilmiş, ipoteka kreditilərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahələri ilə yanaşı, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahələrinin alınmasına verilməsi də nəzərdə tutulub.

Dəyişikliklərlə əlaqədar, Cəmiyyət tərəfindən "Mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış mənzillərin ipoteka kreditləri vasitəsilə alınmasına dair Prosedurlar" təsdiq edilmiş, mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınmış yeni mənzillərin də alınmasına ipoteka kreditlərinin verilməsinə başlanılıb. 2017-ci il ərzində qabaqcadan qeydiyyat mexanizmi ilə 34,9 mln.manat məbləğində ipoteka krediti verilib.

Təmirsiz yaşayış sahələrinin ipoteka kreditləşməsinə cəlbi

Prezidentin 13 iyul 2017-ci il tarixli fərmanı ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda edilmiş dəyişikliyə əsasən yaşayış sahəsinin təmirli olmasına dair tələb ləğv edilib. Bununla yanaşı adi ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin orta bazar qiyməti ilə bağlı tələb aradan qaldırılıb.

Qeyd olunanlar əhalinin, ipoteka kreditləri vasitəsilə mənzil almaq imkanlarının, o cümlədən ipoteka kreditlərinin əhatə dairəsinin genişləndirilməsinə zəmin yaradıb.

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3343   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254