Zahid Oruc: "İntiharları siyasi və sosial məsələlərə bağlamaq düzgün deyil"

Zahid Oruc: "İntiharları siyasi və sosial məsələlərə bağlamaq düzgün deyil"Son vaxtlar daha çox eşitdiyimiz intiharlarla bağlı sözlər insanları həddindən artıq narahat edir, narahatlıqlarını artırır. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə 2017-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. Müqayisə üçün qeyd edək, 2016-cı ildə həmin maddə ilə 658 cinayət işi başlanmışdı. 2017-ci ilin ilk 9 ayındakı intiharların statistikası ötən ilin müvafiq dövrünün statistikasından çoxdur. Orta hesabla götürsək, hər gün təxminən iki azərbaycanlı intihar edir.

Zahid Oruc: "İntiharları siyasi və sosial məsələlərə bağlamaq düzgün deyil"Son zamanlar intihar məkanı kimi metrolar seçilir. Bununla bağlı BiG.AZ-a danışan millət vəkili Zahid Oruc intiharın arxasında dayanan əsas faktorun araşdırılmalı olduğunu bildirib:

"Bu problem barədə danışan zaman bəzi məsələləri gözaltına almaq lazımdır. Burada həmin şəxslərin psixoloji durumu, sosial faktorlar önəmlidir. İntiharı düşünən insanlara psixoloqların daimi yardımı, cəmiyyət həyatında önəmli status əldə etməsi mühüm rol oynamalıdır. Avropanın inkişaf ölkələrində də intihar hadisələri geniş yayılıb. Buna görə də bunu siyasi və sosial məsələlərə bağlamaq düzgün deyil. Metro və körpü kimi yerlərlə mübarizə aparmaq əvəzinə hesab edirəm ki, problemin kökünü araşdırmaq, bununla bağlı tədbirləri genişləndirmək daha doğru olardı. Çünki bütün hallarda qatarlar gələcək və insanlar intihar edəcək. Düşünmürəm ki, problemin kökü hündür yerlərdir. Buna səbəb olan problemləri araşdırıb, həll etmək daha düzgün olardı".

Zahid Oruc: "İntiharları siyasi və sosial məsələlərə bağlamaq düzgün deyil"Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov intihar edənlərin sayının çoxaldığını bildirib: "Düzdü əvvələr də metroda intihar edənlər var idi. Amma bu qədər işıqlandırılmırdı və belə aktual deyildi. Bu problem üzrə araşdırma aparan tədqiqatçıların gəldiyi qənaətə görə təqlidi intiharlar da olur. Kimsə özünü körpüdən atsa sabah başqası da intiharını orada reallaşdırmağa çalışır. Elə hallar olur ki, şüuraltı və ani verilən qərar olur. Orada həyatını itirənlərdə var. Aparılan araşdırmalar onu göstərir ki, bu məsələni işıqlandırılması mən də intihar edə bilərəm düşüncəsini yaradır. Ola bilsin metroda olanda belə bir fikir formalaşsın. İntihar xəbərlərini oxuyanda özünü öldürməyi düşünən şəxslər yerlər müəyyənləşdirir. Ona görə də belə məsələlərdə media ehtiyatlı olmalıdır. Bu cür xəbərlərin kütləvi informasiya vasitələrində və sosial mediada işıqlanması məqsədə uyğun deyil. Başqa dövlətlərdə bu məsələ qapalı saxlanılır. Çünki bu cür xəbərlər insanlara mənfi təsir edə bilər. Bu gün intihar hadisələri təkcə Azərbaycanda deyil dünyada da artıb. Başqa ölkələrdə bu cür xəbərlər intihar kimi verilmir. Çünki cəmiyyətə mənfi təsir göstərir. Bəzən bizdə bədbəxt hadisəni cəmiyyətə intihar kimi verirlər. Düşünmürlər ki, bizim həssas insanlarımız var. Bunların bəziləri intihar haqqında düşünə bilər. Belə xəbərlərin verilməsi də intihar düşüncəsini gücləndirir. Ona görə də jurnalistlərimiz bu barədə diqqətli olmalıdır" .

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1710   Tarix: 15 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

17:25 158
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

17:21 158
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 96
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

17:19 186
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

22:15 1
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 315
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

16:55 276
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 281
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

15:27 373