Milli Məclisin deputatları İrana gedir

Milli Məclisin deputatları İrana gedirMilli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün yanvarın 12-də İran İslam Respublikasının paytaxtı Tehrana səfər edəcəklər.

MM-dən BiG.AZ-a verilən məlumata görə, sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim ediləcək. Tədbirdə qurumun yeni Baş katibi və büro üzvləri seçiləcək.

Yığıncaqda Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri və hesabatları müzakirə ediləcək.

Tədbirdə 2018-ci il üçün İƏTPİ Ümumi Komitəsinin üzvlərinin təyin olunması, İcraiyyə Komitəsinin, daimi komitələrin üzvlərinin seçilməsi, İƏTPİ Konfransının 14-cü və 15-ci sessiyalarının, İcraiyyə Komitəsinin 40-ci iclasının keçiriləcəyi tarix və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda yekun hesabat və yekun kommünike qəbul olunacaq. İƏTPİ Konfransı çərçivəsində qurumun daimi komitələrinin iclasları keçiriləcək. Siyasi məsələlər üzrə komitənin yığıncağında Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı barədə məsələyə münasibət bildiriləcək. Səfər yanvarın 18-də başa çatacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 566   Tarix: 13 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

14:38 641
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

18:52 193
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

19:50 97
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

14:16 355
.

Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan "MQ-9" PUA-sını vurublar

Husilər ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) vurublar. Bu barədə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndəsi Yəhya Sarı məlumat verib. Qeyd edək ki, bu, noyabr ayından bəri vurulan üçüncü "MQ-9 Reaper"

18:00 130
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 398
.

Tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

11:34 466
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

17:20 135
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi

13:26 253