Təcavüzə uğrayıb öldürülən Zeynəbə görə aparıcı efirə azyaşlı qızı ilə çıxdı - VİDEO

Təcavüzə uğrayıb öldürülən Zeynəbə görə aparıcı efirə azyaşlı qızı ilə çıxdı - VİDEOPakistanda yanvar ayının 5-də itkin düşən məktəbli qızın təcavüzə uğradıqdan sonra boğularaq öldürüldüyü barədə məlumat vermişdik.

BiG.AZ milli.az-a istinadla xəbər verir ki, 6 yaşlı Zeynəbə təcavüz edib, öldürən şəxs hələ də azadlıqdadır.

Pakistanda qızın təcavüzə uğradığı xəbərini eşidən sakinlər etiraz aksiyası keçirib. Yüzlərlə etirazçı günahkarların tutulmasını tələb edir.

Sosial şəbəkərlərdə Zeynəblə bağlı posterlər yayılıb, günahkarın edam edilməsi istənilir.

Təcavüz hadisəsi Zeynəbin ailəsi Həcc ziyarətində olarkən baş verib. Təcavüzə uğradıqdan sonra öldürülən qızın cəsədi yol kənarından tapılıb. Əvvəllər qızın 8 yaşının olduğu deyilsə də, qızın ailəsi onun 6 yaşında olduğunu söyləyib.

Hadisədən sonra xəbərlər verilişinin aparıcısı Kiran Naz efirə azyaşlı qızı ilə çıxıb. O, öz qucağına aldığı qızı ilə izləyicilərin qarşısına çıxaraq təcavüzü qınayıb, qatilin tapılmasını tələb edib.

"Bu gün mən Kiran deyiləm. Anayam. Ona görə qızımla birlikdə efirə çıxmışam. Bəli, bu düzdür ki, ən balaca tabutlar ən ağır olur və Pakistan xalqı da bu kiçik tabutun ağırlığını hiss edir".

O, daha sonra bildirib ki, Zeynəbin ailəsi Məkkədən onun üçün oyuncaq alarkən, cani ona təcavüz edib, öldürüb.

"Bu, sadəcə, bir qızın təcavüzü və öldürülməsi deyil. Bu insanlığa qarşı törədilmiş cinayətdir. İnsanlıq ölüb".

Cinayətlə bağlı axtarışlar davam edir. Hadisənin baş verdiyi Kusar vilayətinin polis rəisi işdən çıxarılıb. Polis bildirib ki, bu hadisə Kusar vilayətində baş verən 12-ci təcavüz hadisəsidir.

Qeyd edək ki, keçirilən etiraz aksiyaları nəticəsində iki Pakistan vətəndaşı həlak olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3830   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 502
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 815
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 711
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 348
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 365
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1354
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 911
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 573
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 171