"Ən yaxşılar" seçildi: SİYAHI

"Ən yaxşılar" seçildi: SİYAHIABŞ-da "Critics' Choice Awards" mükafatlarının 23-cü təqdimat mərasimi keçirilib.

BiG.AZ milli.az-a istinadən bildirir ki, Kaliforniya ştatındakı Santa-Monika şəhərində, "Barker Hangar"da keçirilən mərasimdə "Golden Globe"də olduğu kimi, ötən ilin ən yaxşı kinofilmləri və serialları ödüllər alıblar.

Lakin amerikalı tənqidçilərin mükafatı builki "Golden Globe"dən fərqli idi.

Harrasment, "Times Up" hərəkatı, gender bərabərsizliyi barədə az danışılıb.

Hazırda Hollivudun əsas problemi barədə mərasimdə danışan Reyçel Brosnahen olub. "The Marvelous Mrs. Maisel" serialındakı roluna görə "Komediya serialında ən yaxşı rol" nominasiyasında mükafatı almaq üçün səhnəyə çıxan aktrisanın sözlərinə görə, "Golden Globe" mərasimindəki qara paltarlar Hollivudda seksual təcavüz problemini həll etməyib.

"Bilirəm, "Golden Globe"dan fərqli olaraq indi hamımız qara geyinməmişik. Lakin problemi unutmayaq. Xahiş edirəm ki, "Time's Up" saytına daxil olun, fondun hesabına pul keçirin", - Reyçel Brosnahen deyib.

Mərasimdə yaddaqalan anlardan biri Qal Qadot olub. O, obraza stereotip yanaşmanı alt-üst edən qadınlara verilən "See Her" mükafatını alıb.

"Critics' Choice Awards"ın qaliblərinin siyahısını təqdim edirik:

"Ən yaxşı film" - "The Shape of Water"

"Ən yaxşı aktyor" - Hari Oldman (Darkest Hour)

"Ən yaxşı aktrisa" - Frensis MakDormand, (Three Billboards Outside Ebbing, Missouri)

"Arxa planda ən yaxşı aktyor" - Sem Rokuell (Three Billboards Outside Ebbing, Missouri)

"Arxa planda ən yaxşı aktrisa" - Ellison Cenni (I, Tonya)

"Ən yaxşı rejissor" - Gilyermo del Toro (The Shape of Water)

"Ən yaxşı komediya" - "The Big Sick"

"Ən yaxşı komediya aktyoru" - Ceyms Franko (The Disaster Artist)

"Ən yaxşı komediya aktrisası" - Marqo Robbi (I, Tonya)

"Ən yaxşı dramatik serial" - (The Handmaid's Tale)

"Dramatik serialda ən yaxşı aktyor" - Sterlinq K. Braun, (This Is Us)

"Dramatik serialda ən yaxşı aktrisa" - Elizabet Moss (The Handmaid's Tale)

"Ən yaxşı komediya serialı" - (The Marvelous Mrs. Maisel)

"Komediya serialında ən yaxşı aktyor" - Ted Dgnson (The Good Place)

"Komediya serialında ən yaxşı aktrisa" - Reyçel Brosnahgn (The Marvelous Mrs. Maisel)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1917   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 224
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 115
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 153
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 98
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 130
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 268
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 336
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 165
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 133