Yalnız Bakıda: Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilər

Yalnız Bakıda: Avtobus üçün zolağı ödənişli dayanacağa çevirdilərBakının mərkəzində, Füzuli küçəsində ictimai nəqliyyat üçün xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.

Xüsusi zolaqda təşkil edilən dayanacaqda duran avtomobillər isə avtobusların hərəkətinə mane olaraq, tıxaca səbəb olurlar.

Qeyd edək ki, Füzuli küçəsində avtobusların hərəkəti üçün ayrılan zolaqda təşkil edilən ödənişli dayanacağın yaxınlığında, yəni Qış parkı adlanan ərazidə iri tutumlu avtomobil dayanacağı mövcuddur.

Yol nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün xüsusi zolağın ödənişli avtomobil dayanacağına çerilməsini Bakı şəhərində yol hərəkəti sahəsində biabırçılıq adlandırıb.

"Ödənişli dayanacaq nişanını ora kim qoyubsa, özbaşına qoyub. Qanun çərçivəsində belə şeyə heç bir halda yol verilə bilməz. Ümumi nəqliyyat vasitəsi üçün ayrılmış xüsusi hərəkət zolağına, yəni avtobus zolağına ödənişli duracaq nişanı qoyduğu üçün həmin qurumun rəhbəri İnzibati Xətalar Məcəlləsinin 350.2 maddəsinə (Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) uyğun olaraq fiziki şəxs 30 manatdan 50 manata qədər cərimə olunmalıdır, onu edən konkret vəzifəli şəxs isə 150 manatdan 200 manata qədər cərimələnməlidir".

Ekspertin sözlərinə görə, yüksək ehtimalla, həmin ödənişli dayanacağı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi qoyub: "O nişan dərhal həmin ərazidən götürülməlidir. Həmin ödənişli dayanacaq ləğv olunmalıdır. Bu, özbaşınalıqdır".

Ə. Hüseynovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı olmadan Azərbaycanda heç yerə yol nişanı qoyula bilməz: "Həmin komissiya keçən il qərar qəbul edib ki, Füzuli küçəsində avtobuslar üçün xüsusi zolaq ayrılsın, o zolaq da ayrılıb. İndi o qərardan sonra komissiya orada elə bir nişan qəbul edə bilər?"(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 889   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 227
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 967
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

02.05.2024 128
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

02.05.2024 791
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335