Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏDİM inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay - 9 fevral 2018-ci il tarixinədək davam edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il saat 18:00 dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Qeyd edək ki, ən çox vakansiya aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunmuşdur:

- Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə): BA3 altqrupu üzrə - 21, BA4 altqrupu üzrə - 4, BB1 altqrupu üzrə - 27, BB2 altqrupu üzrə - 5, BB3 altqrupu üzrə - 295, BB4 altqrupu üzrə - 99;

- Əmlək Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə): BA3 altqrupu üzrə - 2, BA4 altqrupu üzrə -15, BB1 altqrupu üzrə - 11, BB2 altqrupu üzrə - 18, BB3 altqrupu üzrə - 21, BB4 altqrupu üzrə - 73;

- Dövlət Statistika Komitəsi (78 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 9, BB2 altqrupu üzrə - 42, BB3 altqrupu üzrə - 8, BB4 altqrupu üzrə - 18;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə): BA4 altqrupu üzrə - 6, BB2 altqrupu üzrə - 4, BB4 altqrupu üzrə - 65;

- Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə): BA3 altqrupu üzrə - 1, BA4 altqrupu üzrə - 3, BB1 altqrupu üzrə - 3, BB2 altqrupu üzrə - 1, BB3 altqrupu üzrə - 17, BB4 altqrupu üzrə - 29;

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə): BB3 altqrupu üzrə - 11, BB4 altqrupu üzrə - 21.

Müsahibəyə çıxarılmış vakant vəzifələrin tutulması üzrə iş stajına dair tələblər "Ümumi şərtlər"ə uyğun olaraq aşağıda göstərilən qaydada müəyyən edilmişdir:

İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

BA3 vəzifə altqrupu üzrə:

baş mühasib - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı;

baş məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

böyük məsləhətçi - vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

BA4 vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

BB1 vəzifə altqrupu üzrə :

baş mühasib- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;

baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

böyük məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

BB2 vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

BB3 vəzifə altqrupu üzrə:

baş mühasib, baş məsləhətçi- vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

böyük məsləhətçi - tələb müəyyən edilmir;

BB4 vəzifə altqrupu üzrə:

aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi - iş stajı tələb edilmir.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 105
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 1160
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

11:01 701
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 292
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

14:48 208
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

15:26 190
.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 162
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 275
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

17:09 93