"Bizə deyirlər ki, nazirləri, məmurları parodiya etməkdən qorxmursunuz? " - KVN-çi aktyorla MÜSAHİBƏ

"Bizə deyirlər ki, nazirləri, məmurları parodiya etməkdən qorxmursunuz? " - KVN-çi aktyorla MÜSAHİBƏ"Planet Parni iz Baku" KVN teatrının aktyoru və ssenari müəllifi olan Ələkbər Əliyev BiG.AZ-ın qonağı oldu. Müsahibimiz bir neçə filmin ssenari müəllifi və rejissorudur. Aktyorla müsahibəni təqdim edirik:

- Ələkbər müəllim, sizi tanımayanlara özünüzü necə təqdim edərdiniz, ssenarist yaxud aktyor?

- Məni tanıyanlar aktyor kimi tanıyır, tanımayanlar isə ssenarist kimi tanımırlar. Tamaşaçılardan çox az adam bilir ki, mən uzun illərdir ki, ssenarist kimi fəalliyət göstərirəm. Lakin nə aktyor, nə də ssenaristliyi heç vaxt əlimdə bayraq etməmişəm. Xarakterimə də uyğun deyil ki, gördüyüm işləri qabardım. Bilənlər aktyorluq bacarığıma da, yazdıqlarıma da bələddirlər. Aktyorluğa KVN-lə başladım. Elə ssenari yazmağa da orada başladım.

- "Planet Parni iz Baku" KVN teatrının aktyoru və ssenari müəllifisiniz, lakin sizin haqqınızda az məlumat var. Niyə digər həmkarlarınız qədər tanınmırsınız?

- Yaxın zamanda yeni filmimiz "Bəxt üzüyü 2"-ni tamaşaçılara təqdim edəcəyik. Tahir müəllim məndən soruşanda ki, filmdə ssenarist kimi adınız qeyd olunacaq, bir aktyor, rejissor kimi özünü necə təqdim olunmağını istəyərsən? Cavabında dedim ki, fərqi yoxdur. Əsas odur ki, film istədiyimiz nəticəni versin, adın önəmi yoxdur. Biz "Planet Parni iz Baku" komandasıyıq və bu adla bağlı deyil, uğur qaznırıqsa bu, komanda işinə görədir. Axırıncı yerdə gedən komandanın lideri olmaqdansa, 1-ci yerdə gedən komandanın arxa planında qalmağı üstün sayıram.

-"Planet Parni iz Baku"ya efir qadağası qoyulmuşdu yönümdə xəbərlər yayıldı və nədənsə bir müddət televiziyalarda sizləri görmədik.

-Bizim işlərimiz hər zaman yolunda gedib, indi də hər şey yaxşıdır. Komandanın bu qədər sevilməsində əsas nüanslardan biri də odur ki, burda hər kəs işini sevir və ona görədir ki, ilin bütün günü nizamla vaxtı vaxtında işlərimizi görüb, məşqlərimizi edirik. O ki qaldı efirlərə, indiki efirlərə çıxmasaq yaxşıdır. Konsertlərimizdə də bunu vurğulamışıq. Biz heç nə itirmirik. İndi sosial şəbəkələrin dövrüdür. Televiziyalarımıza hal-hazırda kimlər baxır? Müğənniləri görmək istəyənlər. Sosial-siyasi şou fərq etmir, müğənniləri qonaq kimi dəvət edirlər. Bu gün sabah xəbərləri də müğənnilər aparsa təəccüblənmərəm. Bizim kanallara baxan uşaqlar seyr etdiklərindən nəyi öyrənirlər? Hər gün eyni məşhurlar, eyni suallar eyni qalmaqallar, yeni heç nə yoxdur. Xaricdə məşhurlar içkili vəziyyətdə efirə çıxsa, ya nalayiq söz işlətsə, sonradan efirə çıxıb uşaqlardan üzr istəyirlər ki, örnək davranış göstərmədim. Bizdə saçyoldusu olur, söyüşlər söyülür, lakin kanal rəhbərindən üzr istəyirlər ki, birdən sabah o məşhuru bir də efirə dəvət etməzlər.

-Ulu öndərimiz Heydər Əliyev konsertlərinizə tamaşa etməyə gəlirdi. O zaman deputatları, nazirləri də tamaşaçı kimi tez tez gördük. İndi də gəlirlərmi?

-Konsertlərimizdə nazirlər deputatlar indi də gəlirlər. Lakin ad çıxıb ki guya gəlmirlər. Bizə çox adam deyir ki, çəkinmirsiniz, qorxmursunuz məmurları, nazirləri parodiya edirsiniz. Burada axı qorxmalı nə var?! Demokratik ölkədə yaşayırıq. Böhtan atmırıq, yalandan nələrsə etmirik. Müəyyən nöqsanları yumor prizmasından göstəririk. Fikir verirdinizsə əvvəllər tez tez işıq-su problemlərini qabardırdıq. Lakin bu gün belə problemlər yoxdur. Əgər yumorlarımızdan kimsə özünə nəticə çıxardırsa, deməli, biz dünyanın ən xoşbəxt insanlarıyıq.

-Gənclərdən, ya üzdə olan şoumenlərdən sizə müraciət edib kömək istəyən və ya məsləhətləşmək istəyən olurmu?

-Baxmayaraq ki, çoxları sözdə deyir ki, biz gənclərə dəstəyik, lakin yeganə komandayıq ki, hər konsertimizdə bacarığı olan, yeni-yeni gəncləri dəvət edirik və onlara da rol veririk. İndivudual olaraq onlarla danışırıq, bacarığı varsa, qabağa çəkirik, niyə də kənarda qalsınlar? Hətta bunun üçün böyük bir televiziya layihəsi həyata keçirmişdik.

-Günü-gündən efirlərdə çoxalan bayağı zarafatların, reytinqlərdən düşməyən bəsit filmlərin qarşısını necə almaq olar?

-Belə deyək, bu istiqamətdə düzgün iş aparmaq üçün ilk növbədə xəbərlərə, verilişlərə ciddi şəkildə nəzarət olunmalıdır. Çünki informasiyanı tamaşaçıya çatdıran aparıcı düzgün danışmalı, qeyri-etik sözlərə yol verməməlidir. Əgər tələffüzdə nöqsan yaranarsa, əlbəttə ki bunu tamaşaçılar deyil də, bu sahədə işləyən insanlar biləcək. Bu zaman sözügedən nöqsana görə aparıcıya xəbərdarlıq olunacaq. Bu, bizim sənətimizdə də özünü göstərir. Özünü kloun kimi aparan şoumenlərə də eyni qayda ilə xəbərdarlıq olunsa, tamaşaçının zövqü korlanmasa, yəqin ki, bu cür bayağı zarafatlar aradan qalxar.

Bir də kanallarda peşakar prodüser qıtlığı var. Kanalların gedişini düzgün təyin etməlidirlər. Kimsə lahiyə hazırlayıbsa yaxınlaşmalıdır kanalın peşəkar prodüserinə, işini təqdim etməlidir. Məsələn, o desə ki, dörd nəfər adam düşəcəyik rayon-rayon gəzib ləhcə ilə danışacağıq, arada ağlayacağıq, kloun kimi geyinəcəyik. Bu zaman prodüser mədəni üsulla gəldiyi kimi də onları yola salmalıdır. Bu cür komediyalar keçən əsrin əvvəllərinə təsadüf edir. Çox təəssüflər olsun ki, qeyri-peşakar yazışılarımız da çoxdur. Eyni mövzular təkrarlanır, eyni obrazlar, eyni sözlər. "Planet Parni iz Baku" komandasında belə hal yolverməzdir. Mən çox istəyərdim ki, seminarlar təşkil edim və öz təcrübəmi bildiklərimi gənc yazıçılarla bölüşüm. Demirəm nömrə 1-əm və yaxud mən hər şeyi bilirəm, ən azından onların çoxundan daha çox kitab oxumuşam. Ən böyük bəlalardan biri də həmin insanların mütaliələrinin az olmasıdır.

-İndi komediya filmlər, "vine"lar yetəri qədərdir. Bu sahəyə maraq nədən qaynaqlanır? Gəlirli sahədir, yoxsa sadəcə məşhurluq istəyi?

-Gülüş sahəsində gəlir yaxşıdır. İnsanları həqiqətən güldürmək və yadda qalan zarafatlar etmək isə çətindir. Demək olar ki, "viner"lərin çoxlarını tanıyıram. Onların nəsə etmək istəməklərini müsbət qarşılayıram. Boş oturmurlar, çalışırlar özlərini tapsınlar. Amma məni qane etmir tərbiyəsiz "vine"lər. Məsələn, mən bu gün müsahibəmdə kimisə söyüm, siz də onu başlığa çıxardın, əlbəttə bu müsahibə çox oxunar ki, görün Ələkbər filankəsə nə dedi. Tərbiyəsiz "vine"lar da həmçinin o cürdür. Yəni hər şeyin öz yeri var.

-Bu gün qadın komediyaçılarımız azdır. Sizin fikrinizcə, qadından yaxşı komediyaçı alınarmı?

-Mən düşünürəm ki, qadından daha yaxşı komediyaçı çıxar. Çünki qadınlar daha praktik düşüncəyə sahibdirlər. Onların analiz bacarıqları kişilərdən daha üstündür. Qadınlar məsələyə kişilərin görmədiyi prizmadan baxa bilir. Ən çox satılan kitabların müəllifləri də qadınlardır.

-Yeni filmlər çəkilir və əksəriyyəti uğursuz olsa da çox təriflənir. Siz illərin ssenaristi kimi bu filmlərə necə rəy verərdiniz?

-Bəli, çox filmlər, seriallar çəkilir. Onlardan çox az hissəsi həqiqi mənada yaxşı çəkilib və yadda qalır. Buna səbəb isə ssenaristlər özlərinə əziyyət vermək istəmirlər. Primitiv ssenarilərdən istifadə edirlər. Kimsə sevgilisini satır, cütlüklər bir-birinə xəyanət edir, filmin sonunda da bir-birlərin öldürürlər. Yaxud yorulmadan xəstəliyi mövzu edirlər.

Bizdə film çəkməyə necə qərar verirlər məlumdur. Otururlar bir yerdə, deyirlər ki, 30 min pul tapmışam. Rejissorlar çox vaxt düşünürlər ki, artıq ssenarist var. 30 mini mən tapmışamsa özüm yazacam, oynayacam da, işığını da çəkəcəm v.s. Filmlərinə həsədlə baxdığımız Rusiya Türkiyə, Amerikada belə deyil. Onlar yüzlərlə ssenariyə baxırlar. Sonra götür-qoy edirlər, bu kino lazımdırmı, kim çəkilməlidir, baş rolda kim olacaq, musiqini kim yazacaq. Lakin bizdə özünü tanıtmaq, reklam etmək üçün kino çəkirlər.

-Hansı film və rejissorlarımızın işlərini bəyənirsiniz?

- "Pərdə 2" filmi çox gözəl filmdir. Çünki rejissor o filmdə aktyor seçimini düzgün etmişdi. Elxan Cəfərovun "Yarımçıq Xatirələr" filmi, Rüfət Həsənovun işləri çox yaxşıdır. Onların işinə baxdıqda peşəkarlığı görmək olar. Filmi çəkərkən özünü reklam etmək istəmədikləri də açıq-aşkar görünür. Emil Quliyev, Rüfət Həsənov, Elxan Cəfərov və barmaqla sayılası rejissorlar var ki, onların işlərinə baxanda bilinir ki, potensialları hələ tam açılmayıb. Bundan da artıq iş görə bilərlər. Təəssüflər olsun ki, indi keyfiyyətsiz filmlər çəkiləndə ətrafında olan dost-tanış başlayırlar tərifləməyə ki, əladır, hər şey superdir. Lakin onlar əsl dost deyillər. Mən çox sevinərəm ki, mənim işim zəif olsa dostum tanışım bunu mənə desin. Haqlı yerdə tənqid olunmağa da hazıram.

Maira Namazova

"Bizə deyirlər ki, nazirləri, məmurları parodiya etməkdən qorxmursunuz? " - KVN-çi aktyorla MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4179   Tarix: 09 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608