DİN-dən Goranboyda tapılan kimsəsiz qadınla bağlı AÇIQLAMA

DİN-dən Goranboyda tapılan kimsəsiz qadınla bağlı AÇIQLAMADaxili İşlər Nazirliyi (DİN) Goranboyda tapılan "104 yaşlı çeçen qadın"la bağlı məsələyə aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, bu barədə APA-nın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər.

Həmin qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib. Qadına 3 gün xəstəxanada tibbi yardım göstərilib, daha sonra "Təmiz Dünya" ictimai birliyinin Bakdakı sığınacağına təhvil verilib. Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirib. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb. Dağıstana və Çeçenistana müvafiq sorğular göndərilib. Rusiya hüquq-mühafizə orqanları sorğuya cavab olaraq bu təvəllüd, ad və familiyada vətəndaşlarının olmadığını bildiriblər. Qadının özü haqqında dediklərinin heç biri təsdiqini tapmayıb. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən ciddi problemlərin olduğu qənaətinin yaradıb.

E. Zahidov bildirib ki, Bütün bunlara baxmayaraq, həmin məsələ DİN-nin rəhbərliyinin nəzarətindədir. Hər gün DİN əməkdaşları sığınacaqda olan qadına baş çəkirlər. Hətta nazirliyin əməkdaşları həmin qadına ərzaq yardımı da aparıb, lakin sığınacaqda bu ərzaq yardımı qəbul edilməyib. Hazırda həmin qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1423   Tarix: 07 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995