Siqaret çəkən şəxslər hansı qaydada cərimələnəcək? - Millət vəkili danışdı

Siqaret çəkən şəxslər hansı qaydada cərimələnəcək? - Millət vəkili danışdı"Siqaretin bağlı yerlərdə qadağası ilə bağlı qaydaların 3 ay müddətə hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verilib".

Bunu BiG.AZ-a Milli Məclisin deputatı Musa Quliyev deyib.

Siqaret çəkən şəxslər hansı qaydada cərimələnəcək? - Millət vəkili danışdıMusa Quliyev bildirib ki, bu qadağanın icra mexanizmi necə olacaq, cərimələr kimlər tərəfindən icra olunacaq bütün bunları Nazirlər Kabineti hazırlayacaq: "Buna qədər də inzibati xətalar məcələsinə dəyişikliklər nəzərdə tutulub. Nazirlər Kabineti qaydaları hazırladıqdan sonra cərimələr müəyyənləşəcək".

Deputat vurğulayıb ki, bütün dünya siqaretdən mübarizə aparır: "Siqaretdən törənən xəstəliklər ilbəil artır. Xərçəng və ürək damar xəstəliklərinin bir çoxu siqaretlə bağlıdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulub. Həmin konversiyanın tələblərindən biri də odur ki, buna qoşulan ölkələr həmin qaydaları hazırlasın. Artıq Azərbaycanda da belə bir qanun hazırlandı. Bağlı məkanlarda siqaret çəkilməsinə icazə verilmir. Maarifləndirmə işləri aparılır, gənclərin və yeniyetmələrin bu pis vərdişə qoşulmaması üçün tədbirlərin görülməsi də öz əksini tapıb. Bu qanun sosial sifarişdir. Cəmiyyətin xeyirinə hesablanıb".

Siqaret çəkən şəxslər hansı qaydada cərimələnəcək? - Millət vəkili danışdıMilli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov bildirib ki, yeni qanunun qəbul olunması və yaxud da müəyyən yasaqların tədbiq edilməsi müəyyən zəruriyyətlərdən yaranır. "İctimai yerlərdə siqaretin çəkilməsi insan sağlamlığı üçün zərəri vardı. Qapalı yerlərdə bu zərər daha da artır. Qadağanın qəbul edilməsinə əsas səbəbdə budur. Qəbul olunmuş qərarın insanlarımız arasında necə qarşılanacaq. Bu qanunun nə qədər effektli olacağı sual yaradır. Əlbəttə qanun siqaret çəkənlər üçün sakitçiliklə qarşılanmayacaq. Əlbəttə bu qanun siqaret çəkməyənlər tərəfindən alqışlanır. Çünki siqaret çəkməyənlər çəkənlərin qurbanına çevrrilir. İş yerlərində də problemlərə səbəb olur".

Ağasəlim Həsənov bildirib ki, yeni qanun qəbul ediləndə onun icra mexanizmi haqqında düşünülür: "Əgər bir yasaq tətbiq olunursa o necə icra olunacaq, efektivliyi nə qədər olacaq? Bu da təbii ki sual doğurur. Əlbəttə bu dövlətin əlindəki resurslar vasitəsilə həyata keçiriləcək. Bunu da müəyyən texnologiyalar vasitəsi ilə həyata keçirmək mümkün olacaq. Yəni hansısa obyektdə müşahidə komeraları quraşdırmaqla, qanunla bağlı yeni işçi konteksinin hazırlanması ilə həyata keçirilə bilər. Bu da əlbəttə dövlət üçün əlavə vəsait deməkdir. Qanun necə icra olunacaq hələki bilinmir. Amma inzibati yolla yüksək nailiyyət əldə etmək olmaz. Əlbəttə burada maarifləndirmə işlərinə ehtiyac var".

Sosioloq qeyd edib ki, siqaret çəkməyin zərərləri barəsində sosial reklamlar hazırlanmalıdır: "Təbliğatlar aparılmalıdır. Ola bilsin ki, bu qanundan xəbərsiz insanlarımız var. Sosial reklamlar və təbliğat vasitəsi ilə bu qanunu Azərbaycan vətəndaşına tədricən çatdırmaq lazımdır. Əlbəttə bu təbliğat ancaq kütləvi informasiya vasitələri ilə mümkündür. Biz bu təbliğatlarla insanlarımızı siqaretdən uzaqlaşdıra bilərik".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2723   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643