Azərbaycanda baş vermiş ən son kriminal xəbərlər

Azərbaycanda martın 9-da 47 cinayət faktı qeydə alınıb

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Gün.Az-a verilən məlumata görə, onların da 30-u "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 27 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.
Mingəçevirli oğru ruhi xəstəxanaya göndərildi

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərŞəki Apelyasiya Məhkəməsində oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Mingəçevir şəhər sakini Orxan Səfərəliyevin məhkəməsi başa çatıb.
Gün.Az-ın məlumatına görə, Orxan Səfərəliyev Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
O.Səfərəliyev 2010-cu il dekabrın 18-də Mingəçevir şəhəri ərazisində M.Maqomayev küçəsi 14-də yerləşən aptekin satıcısı Rəfael Mustafayevi bıçaqla hədələyərək 60 manat pulunu alıb. Onun daha bir neçə mağazanı qarət etməsi müəyyən edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Apelyasiya məhkəməsində hakim Namiq Məmmədovun elan etdiyi qərara görə, Səfərəliyev Orxаn Ağаsəf oğlu komisyon stаsionаr məhkəmə-psixiаtrik ekspertizаsındаn keçirilməsi üçün Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Penitensir Xidmətin 2 sаylı istintаq təcridxаnаsındаn Bаkı İstintаq təcridxаnаsınа ezam edilməlidir.
O, Bаkı şəhəri, Mаştаğа qəsəbəsi Axund Şeyx Hüseyn küçəsi 69-71 ünvаndа yerləşən Səhiyyə Nаzirliyinin 01 sаylı Psixiаtriyа Xəstəxаnаsı ərаzisindəki Məhkəmə Psixiаtrik Ekspertizаsı Mərkəzinə yerləşdirilməlidir.

Qobu sakini yaşadığı evin həyətində güllələnib

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərAbşeron rayonunda cinayət hadisəsi baş verib. Gün.Az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, ötən gecə Abşeron rayonunun Qobu qəsəbəsində 41 yaşlı Dadaşov Dadaş Baba oğlu yaşadığı evin həyətində naməlum şəxs tərəfindən güllələnib.
"D.Dadaşov aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil" - deyə, məlumatda bildirilir.
Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərMilli.Az Day.Az saytına istinadən bildirir ki, Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib. 5-6 avtomobil toqquşub. İlkin ehtimallara görə, buna səbəb yolun buz bağlaması ola bilər. Zərərçəkmişlər barədə hələlik məlumat verirlmir.
Qubada avtomobili qaçırmağa cəhd edən şəxs qəzaya uğrayaraq ölüb.

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərTrend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Qaraçay kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili 1974-cü il təvəllüdlü Əzizov Rauf Sabir oğlu tərəfindən qaçırılarkən idarəeməni itirərək ağaca çırpılıb.
Əzizovun sıxılmış meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Şirvanda ağır yol qəzası baş verib.

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərŞirvan Şəhər Polis Şöbəsindən APA-ya bildirilib ki, Ağayev Aqşin Aydın oğlu martın 10-da saat 22:45 radələrində yüksək sürətlə idarə etdiyi 90 KX 171 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobili Z.Hacıyev küçəsində yerləşən 46 saylı Şirvan Dairə Seçki Komissiyasının inzibati binasının dəmir hasarına çırpıb.
Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Avtomobildə olan dörd nəfərdən ikisi ağır yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan 1986-cı il təvəllüdlü Hacıyev Elnur İslam oğlu reanimasiya, digəri - 1986-cı il təvəllüdlü Aqşin Ağayev isə travmatologiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı avtomobili idarə edən Aqşin Ağayevin sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azərbaycanda minik maşını yük avtomobili ilə toqquşdu: 5 yaralı
Dağıstan sakinləri Siyəzəndə qəzaya uğradılar.

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərBu gün Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü, Xaçmaz rayonu sakini Məmmədov Ramin Nadir oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili 1976-cı il təvəllüdlü, Qəbələ rayon sakini Surxayev Namiq Miriyyədin oğlunun idarə etdiyi "Mitsubishi" yük avtomobili ilə toqquşub. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq-təhqiqat şöbəşinin təhqiqatçısı Rauf Səfərovun verdiyi xəbərə görə, hadisəyə səbəb minik avtomobili sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi olub. Belə ki, yük maşınının sürücüsü zolaqda dayanıb dönmə əməliyyatını etmək istəyərkən "Mercedes" arxadan ona çırpılıb.
"Mercedes"də olan sərnişinlər Rusiya Federasiyasının vətəndaşları olub. Onlar Dağıstan Respublikasına gedirmişlər. Qəza nəticəsində yüngül xəsarət alan "Mercedes"in sürücüsü və onun sərnişinləri - Xasıxanov Xusein (1981), Aliaxmedova Ayşe (1982), Taisumova Rövzan (1982) və Abilkasımova İmarət (1961) Siyəzən Regional Tibbi Diaqnostika Müalicə Mərkəzinə aparılıblar. Onlara ilkin tibbi yardım göstərilib. Sonra Dağıstan sakinləri yollarına davam ediblər.
Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.

Azərbaycanda baş vermiş ən son kriminal xəbərlərAPA-nın məlumatına görə, hadisə martın 10-da gecə saatlarında qeydə alınıb. Şəhərin Vəli Hüseynov küçəsindəki 2 saylı beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki 41 saylı mənzildə qeydə alınıb. Rus əsilli kimsəsiz yaşlı qadınların kirayə yaşadıqları mənzildəki yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hadisə zamanı ikiotaqlı evin 20 kvadratmetrlik bir otağı məişət əşyaları ilə birgə yanıb. Yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 21377   Tarix: 12 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Keniyada məktəbdə yanğın olub, azı 15 şagird ölüb

Keniyada məktəbdə baş verən yanğın nəticəsində azı 15 şagird ölüb. Bu barədə "Reuters" agentliyi yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə gecə saatlarında Keniyanın Rift Valley bölgəsindəki qızlar məktəbinin yataqxanasında baş verib. Yanğın zamanı azı 15 şagird həyatını itirib

15:45 162
.

Cəlilabadda canavarlar təsərrüfata hücum edib

Son günlər Cəlilabad rayonunda canavarların təsərrüfatlara hücumlarının artdığı bildirilir. "Report"un Muğan bürosunun məlumatına görə, vəhşi heyvanlar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur. Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatınd

20:15 1
.

"Axios": ABŞ və İran razılığa gəlib, Trampın yekun təsdiqi gözlənilir

ABŞ və İran atəşkəsin uzadılmasına razılığa gəlib, lakin Trampın yekun təsdiqinə ehtiyac var. Bu barədə "Axios" iki ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ və İran atəşkəsin uzadılması, İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün 60 günlük çərçivə razılaşmasın

19:45 1
.

Britaniya Kralı İlham Əliyevi təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı II Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik mesajı ilə bağlı Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial media hesabında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik

18:30 94
.

Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib

Peru Konqresində fəaliyyət göstərən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin təşəbbüsü ilə bu ölkənin Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə dünya azərbaycanlılarına ünvanlanan təbrik bəyanatı qəbul edib. Bu barədə -a Azərbaycanın Perudak

19:00 76
.

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4.18 ABŞ dolları və ya 3.92 % azalaraq 102.3 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 106.48 ABŞ dolları olub

11:45 195
.

Ukrayna və İsveç müdafiə sahəsində yeni sazişlər hazırlayır

Ukrayna və İsveç böyük müdafiə yardımı paketi və "Gripen" qırıcıları barədə qərar hazırlayır. "Report"un məlumatına görə, bu barədə İsveçə işgüzar səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bildirib. "Biz Ukrayna üçün böyük müdafiə yardımı paketi və döyüş aviasiyamız

16:00 170
.

Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma

Çin və ABŞ ikitərəfli ticarət şurası çərçivəsində ən azı 30 milyard dollar həcmində qarşılıqlı tarif endirimlərini müzakirə edəcəklər. xəbər verir ki, bu barədə ÇXR-in Ticarət Nazirliyi məlumat verib. "Tərəflər ticarət şurası çərçivəsində ekvivalent həcmli mallara qarşılıqlı tarif endiriminə dai

16:30 164
.

"Reuters": Qara dənizdə Türkiyə sahillərində 3 tanker hücuma məruz qalıb

Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında 3 tankerə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar qeydə alınıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Tribeca" gəmiçilik agentliyi bildirib. Məlumata görə, Palau bayrağı altında üzən "James II"

14:00 190
.

TOP MP3