Təhsil Nazirliyinin aqibəti: Parçalana bilər? - EKSPERT

Təhsil Nazirliyinin aqibəti: Parçalana bilər? - EKSPERTArtıq ölkənin strateji sahəsi olan təhsil nazirliyi postunun xeyli müddətdir boş qalması və onun səlahiyyətlərinin nazir müavininə verilməsi artıq sosial mediada və cəmiyyətimiz tərəfindən də müzakirələrə səbəb olub.

Müzakirələr içərisində nazirliyin ləğv ediləcəyi, başqa nazirliyə birləşdiriləcəyi və s. söyləntilər də var. Məsələyə aydınlıq gətirmək üçün təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq. BiG.AZ-ın suallarını cavablandıran Kamran Əsədov yaxın bir ay ərzində nazir postuna yeni təyinatın olmayacağını ehtimal etdiyini bildirib:

Təhsil Nazirliyinin aqibəti: Parçalana bilər? - EKSPERT"Ölkə başçısının sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri postundan uzaqlaşdırıldı və vergilər naziri təyin edildi. 20 gün vaxt keçməsinə baxmayaraq hələ də bu posta yeni təyinat yoxdur. Bu kifayət qədər ciddi və strateji bir postdur. Bu postun da uzun müddət sayılabiləcək qədər boş qalması və vəzifələrinin nazir müavini tərəfindən icrası müəyyən söz-söhbətlərin yaranmasına gətirib çıxardıb.

Danılmaz bir faktdır ki, Dövlət İmtahan Mərkəzinin, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin vahid bir qurumda birləşdirilməsi labüd və gözləniləndir. Əgər bu addım atılarsa bu heç də gözlənilməz olmayacaq. Çünki ölkənin bütün təhsil orqanlarının vahid mərkəzdən idarə olunması çevik və mobil idarəçiliyin yaranmasına gətirib çıxardacaq. Lakin mən düşünmürəm ki, hazırda birdən-birə bu addım atılsın.

Dövlət İmrahan Mərkəzinin müstəqil orqan olmadığı üçün Təhsil Nazirliyinə birləşdirilməsi şəxs olaraq mümkün olsa da, fəaliyyət olaraq mümkün deyil. Çünki nazirlik dövlətin bilavasitə icra orqanıdır və dövlət büdcəsindən maliyyələşir. Dövlət İmtahan Mərkəzi isə xidmətlər göstərir. DİM-nin nazirliyə birləşdirilməsi o halda ola bilər ki, DİM ləğv edilsin və nazirliyin tabeçiliyində qəbul imtahanlarını həyata keçirdən yeni bir qurum yaradılsın.

Nazir postuna yeni təyinatın olmamasının səbəbi ilin yükunu ilə əlaqədar ola bilər. Çünki bağlanmış müqaviələr və keçirilən layihələr məhz müqaviləyə əsasən eyni şəxslər tərəfindən həyata keçirillməlidir. Bu səbəbdən də hesabatların verilməsi və işlərin yekunlaşdırılması bir müddət zaman alacaq. Hesab edirəm ki, yaxın 10 gün ərzində, yanvar ayı ərzində belə yeni təyinatın olacağını düşünmürəm".

Təhsil Nazirliyinin hərhansısa bir nazirliyə birləşdirilmə ehtimalından danışan Kamran Əsədov birləşdirilmələrin deyil, əksinə parçalanmaların ola biləcəyini və yeni təyin olunacaq nazirin artıq birinci şəxs tərəfindən məlum olduğunu bildirib:

"Təhsil ölkənin strateji sahəsidir. Hesab etmirəm birləşdirilmə olsun, əksinə düşünürəm ki, burada ayrılmalar və parçalanmalar olacaq. Ali məktəblər üçün ayrıca Təhsil Nazirliyi, orta təhsil müəssisələri üçün isə ayrıca Təhsil Nazirliyi yaradıla bilər. Son illər Təhsil Nazirliyinin fəaliyyətinə nəzər salsaq görərik ki, nazirlik ali təhsil müəssisələri üçün heç də təsir gücünə malik deyildi. Demək olar ki, eyni səlahiyyətlərə malik idilər. Ona görə də nazirliyin iki hissəyə bölünməsi gözlənilə bilər. Hazırda bunun hüquqi bazası hazırlanır.

Nazirliyə təyin olacaq şəxsin kimliyi birinci şəxs tərəfindən artıq məlumdur. Bəlkə də hazırda həmin şəxsin görəcəyi işlər, fəaliyyət planı, idarəçilik strukturu müəyyənləşdirilir. Mənim gözləntilərim böyükdür, düşünürəm ki, təhsil sistemində inqilabi bir çevriliş baş verəcək, əsaslı şəkildə islahatlar aparılacaq".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2415   Tarix: 04 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 342
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

03.05.2024 671
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 180
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 429
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 371
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 53
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

03.05.2024 903
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 692
.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

03.05.2024 225