İranda Xomeyninin portretləri yandırıldı - Atışmada SEPAH-çı öldürüldü

İranda Xomeyninin portretləri yandırıldı - Atışmada SEPAH-çı öldürüldüİranda ruhanilərin hakimiyyətinə qarşı altı gün əvvəldən başlanan kütləvi etirazlar ölkənin bütün iri və kiçik şəhərlərini bürüyüb. Cebhe.info-nun məlumatına görə, etirazçılar əsasən "Xamneyiyə ölüm" və "İslam Respublikasını istəmirik" şüarlarını səsləndirir. Yanvarın 2-də Türkiyənin NTV telekanalı İran İslam İnqilabının lideri Ayətullah Xomeyninin portretlərinin yandırıldığına dair görüntüləri yayımlayıb.

BiG.AZ xəbər verir ki, etirazlar, yanvarın 1-də Tehranın Firdovsi meydanında və paytaxtın digər bir neçə məntəqəsində davam edib və aksiyaçılar "Xamneyiyə ölüm", "Diktatora ölüm", "Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir", "İstiqlal, azadlıq, İran Respublikası", "Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək", "Suriyanı burax, bizə gün ağla" və digər şüarlar səsləndirərək hakimiyyətə etirazlarını bildiriblər. Paytaxtın bir neçə məntəqəsində etirazçılardan bəziləri polis tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

İsfahan əyalətinin Qəhderican şəhərində isə hökumət qüvvələri "Xamneyiyə ölüm" şüarı səsləndirərək bir polis qərargahına od vuran gənc aksiyaçılara odlu silahdan atəş açıblar. Atəş nəticəsində bir neçə nəfər ölüb, bir neçə nəfər isə ağır yaralanıb. Həmçinin həmin əyalətin Nəcəfabad şəhərinin Kəhrizsəng məntəqəsində "Sepah" qüvvələri ilə bəzi aksiyaçılar arasında atışma olub. Atışmada bir neçə aksiyaçı həyatını itirib, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (Sepah)-ın hava-kosmik qüvvələrinin əməkdaşı Səccad Şahsənayi etirazçılardan birinin ov tüfəngi ilə açdığı atəş nəticəsində həlak olub, ən azı daha 3 "Sepah"çı da yaralanıb.

Xamneyi rejiminə qarşı etirazlar, Kirmanşah, Sənəndəc, Ərdəbil, Dehloran və daha bir neçə şəhərdə davam edib. //Cebhe.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1157   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

07.05.2024 688
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

Sabah "ASAN xidmət" işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələ

08.05.2024 112
.

Rusiya: "Ukraynada Xarkov və Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Kislovka və Ukraynanın Donetsk vilayətində Novokalinovo qəsəbələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, açıqlamada Ukraynanın Rusiyanın enerji obyektlərinə ziyan vurmaq cəhdlərinə cavab verdiyi və bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələrini

08.05.2024 170
.

Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlə

08.05.2024 575
.

Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək. Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq. Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib

08.05.2024 193
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

08.05.2024 972
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

08.05.2024 136
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

08.05.2024 429