Hesablama Palatası: "Şahdağ" Turizm Mərkəzi qiymət siyasətinə yenidən baxmalıdır

Hesablama Palatası: "Şahdağ" Turizm Mərkəzi qiymət siyasətinə yenidən baxmalıdırHesablama Palatası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzi QSC-yə mövcud resurslardan səmərəli istifadə olunmasını, əsas fəaliyyətdən olan gəlirlərin artırılmasını, xərclərin azaldılmasını və optimallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməsini təklif edib.

Bu barədə BiG.AZ -a palatasdan məlumat verilib.

Bundan başqa, dövlət büdcəsindən mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsi üzrə yaranan zərərin örtülməsi məqsədi ilə verilən subsidiyanın ünvanlı istifadəsi və müəyyən olunan təyinat üzrə xərclənməsinə cari nəzarətin təmin olunması məqsədilə kassa icrasının xəzinədarlıq vasitəsi ilə həyata keçirilməsi tövsiyyə olunub.

Palatadan bildirilib ki, vəsaitdən istifadənin səmərəliliyinin daha da artırılması məqsədi ilə satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin orta bazar qiymətinə uyğunluğuna nəzarət artırılmalıdır. Ərzaq məhsullarının baha qiymətə alınması, tələbatdan artıq tədarük edilməsi, silinməsi, uçotun qeyri-qənaətbəxş aparılması və daxili istehlaka yönəldilməsi göstərilən iaşə xidmətlərinin maya dəyəri üzrə çəkilən xərclərin əldə olunan gəlirlərin məbləğindən yüksək olmasına səbəb olması kimi hallar nəzərə alınmalıdır.

Hesablama Palatasının rəyinə görə, "Şahdağ" Turizm Mərkəzi dövlət büdcəsindən asılılığını azaltmaq və mənfəətliyini təmin etmək məqsədi ilə tətbiq edilən qiymət siyasətinə yenidən baxmalıdır.

Qeyd edək ki, "Şahdağ" Turizm Mərkəzi QSC büdcədən zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsait hesabına 2016-cı ili əsas fəaliyyəti üzrə 1 805,2 min manat mənfəətlə başa vurub. Zərərin ödənilməsi üçün büdcədən 17 991 400 manat vəsait ayrılıb. Mərkəz üzrə 2016-cı ilin 31 dekabr tarixinə təqdim olunan məlumatlara əsasən, satışın maya dəyərinin tərkibində ən yüksək çəkiyə əməyin ödənişi üzrə xərclər (37,7%) və amortizasiya ayırmaları (30,7%) təşkil edib. Qeyd olunub ki, əmək haqqı və sosial sığorta ayırmaları üzrə xərclər satışın maya dəyərində yüksək xüsusi çəkiyə malik olmaqla yanaşı, əsas fəaliyyət üzrə gəlirlərdən 1003,0 min manat (35,9%) çox olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 241
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 180
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1009
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 157
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 224
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 163
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 174
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 172
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 147