Ruhani İran iğtişaşlarında ABŞ və İsraili ittiham etdi: "İstəyirsiniz ki..."

Ruhani İran iğtişaşlarında ABŞ və İsraili ittiham etdi: "İstəyirsiniz ki...""Bəzi problemlərin həlli üçün zamana ehtiyac var"

İran prezidenti Həsən Ruhani ölkədə bəzi problemlərin həlli üçün zamana ehtiyac olduğunu bəyan edib.

BiG.AZ-ın apa-ya istinadən məlumatına görə, bu gün H. Ruhani İran Şura Məclisinin xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında deyib ki, xalqın etirazı bir fürsətdir, təhlükə deyil.

H. Ruhani ötən 10 ildə ölkədə yağıntıların miqdarı 55 faiz azaldığını, ölkənin müxtəlif bölgələrində zəlzələlər baş verdiyini, ölkədə havanın çirklənmə səviyyəsi ilə bağlı problemin də olduğunu qeyd edib. İran prezidenti bildirib ki, havanın çirklənməsi problemini 2 günə, bir ilə, 5 ilə həll etmək mümkün deyil, bunun üçün proqram həyata keçirilməlidir. ABŞ və İsrailin İranın uğur qazanmasını istəmədiklərini, rəsmi Tehranın regional siyasətinin bu qüvvələri narahat etdiyini vurğulayan İran prezidenti ABŞ və İsraili İranda gərginlik yaratmağa çalışmaqda ittiham edib: "İstəyirsiz onlar intiqam almasın? Ölkə daxilində bəzi şəxsləri gərginlik yaratmaq üçün qızışdırmasınlar? Biz özümüzü bu problemlərlə üzləşməyə hazır etməliyik. Onlar öz dilləri ilə deyib ki, biz bu problemi Tehrana çəkəcəyik. Bu analiz deyil, bunu açıq aşkar elan ediblər. İran xalqı möhkəm iradəsi ilə bu problemlərin öhdəsindən gələcək. İslam İnqilabının dəyərlərinə hörmətsizlik edən, xalqın istəyinə və qanunlara zidd hərəkət edən, xalqın malına ziyan vuran kiçik bir qrupun əl-ayağını yaxşıca bağlaycağıq".

H. Ruhani etiraz aksiyalarında iştirak edənlər arasında aldadılanların da olduğunu söyləyib: "Onlar öz tələblərində haqlıdırlar, problemlərinin həllini istəyirlər. Hökumətə aid olmayan bəzi qanunsuz müəssisələr və korporasiyalar mənimsəmələrə yol verib, onları aldadıb. Həmin müəssisələrin Mərkəzi Bankdan lisenziyası belə olmayıb. Hökumət bu problemləri həll etmək üçün indiyədək 11 milyard tümən pul ayırıb. Bu hökumətin çiynində ağır bir yükdür, amma bizə aidiyyatı olmasa da, biz bunu etdik. Bəziləri qanunsuz müəssisələrə inanaraq aldadılıb, pulu hökumət ödəyir. Hökumət indiyədək həmin müəssisələrdə aldadılan insanların 98 faizinin problemini həll edib. Ola bilər ki, itirdikləri məbləğ böyük olduğu üçün o insanlardan 2 faiz hələ qalıb, lakin hökumət onların da probleminin həlli üçün çalışır".

H. Ruhani qeyd edib ki, işsizlik probleminin köklü həlli üçün hələ çox işlər görülməlidir: "Xalqın problemləri var, bu, təbiidir. Problemlər həll olunmalıdır. Əgər bir neçə nəfər etiraz edirsə, tənqid edirsə, onların bunun üçün hüquqları var. Qanun yolla öz tənqid və etirazlarını bildirməlidirlər. Bəziləri bundan su istifadə edərək gərginlik yaratmağa çalışır"

H. Ruhani ölkə xalqını və məsul şəxslərini birliyə çağırıb: "Parlament və hökumət xalqa məxsusdur, əl-ələ verib xalqın problemlərini həll etməliyik. Düşünürəm ki, vəhdət və birliklə bu problemlərin öhdəsindən gələ bilərik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1051   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 470
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 489
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 348
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 690
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 318
.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

03.05.2024 485
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 151
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 792
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 300