3 uşaq atası 23 yaşlı qızı günlərlə tövlədə saxladı, dəfələrlə cinsi əlaqədə oldu və... - Yardımlıda

3 uşaq atası 23 yaşlı qızı günlərlə tövlədə saxladı, dəfələrlə cinsi əlaqədə oldu və... - YardımlıdaYardımlı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Niyazi Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Niyazi Təhməzov Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. Orta təhsilli olan Niyazi Təhməzov 3 azyaşlı uşaq atasıdır. O, Yardımlı Televiziya Yayım Stansiyasında elektrik montyoru işləyib, həmçinin istirahət və boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olub.

Tanışlıq

Niyazi Təhməzov taksi xidməti göstərməsi ilə bağlı tanış olduğu həmkəndlisi və qonşusu, 23 yaşlı Natəvan Babayeva ilə 2017-ci ilin yanvar ayından başlayaraq mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayıb.

Niyazi Təhməzov Natəvan Babayeva ilə telefon danışığı zamanı sevgi məzmunlu söhbətlər edib, onunla ikinci arvad kimi faktiki evlənmək barədə razılığa gəlib.

Sevgi münasibəti

Daha sonra Niyazi Təhməzov Natəvan Babayeva ilə müxtəlif vaxtlarda gizli görüşüb. O, Natəvanla qonşu rayonların birində kirayə ev tutub və birgə yaşamaları barədə qabaqcadan razılaşıblar.

Niyazi 6 aprel 2017-ci ildə, gecə saat 02-də Natəvan Babayevanın yaşadığı evin mətbəx otağının pəncərəsinə yaxınlaşıb. Sonuncu şəxsi istifadəsində olan geyim, bəzək və kosmetik əşyalarını yığdığı dörd ədəd çantanı özü ilə götürüb. Sonra o, Niyazi ilə həmkəndlisi Cavad Əbişova məxsus faktiki olaraq heç kimin yaşamadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən, döşəməsi samanla örtülü olan tövləyə gəlib. Onlar orada gizləniblər.

Cinsi əlaqə təklifi

Niyazi Təhməzov həmin günü saat 04-də Natəvanı tövlədə tək qoyub və səhəri günü geri qayıtmaq şərti ilə yaşadığı evə gedib. Ertəsi gün, saat 20-də tövləyə qayıdan Niyazi Natəvan Babayevaya anal cinsi əlaqəyə girməyi təklif edib.

Zorakılıq və cinsi əlaqə

Lakin Natəvan Babayeva onun bu təklifinə razı olmayıb. Niyazi isə cinsi ehtirasını təmin etmək üçün Natəvan Babayevanın üzərinə hücum edib, ona zor tətbiq edib. O, Natəvana xəsarət yetirərək, onunla cinsi əlaqədə olub.

Niyazi Təhməzov Natəvan Babayevanın onun ikinci arvadı olmağa razılıq verməsinə baxmayaraq, onunla anal cinsi əlaqədə olmaqdan imtina etməsindən, həmçinin ona qarşı fəal müqavimət göstərməsindən əsəbiləşib.

Qətl və ittiham

Buna görə də Niyazi Təhməzov Natəvandan qisas almaq niyyəti ilə həmin gün saat 22-də onu öldürmək qərarına gəlib. O, qadının boğaz nahiyəsindən tutaraq, onu boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Niyazi Təhməzova Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

18 il cəza və narazılıq

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyazi Təhməzov 18 il müddətinə həbs olunub. Hökmdən narazı qalan Niyazi Təhməzov apelyasiya şikayəti verib. Niyazi Təhməzov əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini istəyib. Zərərçəkmiş tərəf də Niyazi Təhməzovun cəzasının ağırlaşdırılması barədə apelyasiya şikayəti verib.

"Könüllü cinsi əlaqədə olmuşam"

Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Niyazi Təhməzov özünü Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilməyib: "Natəvan Babayevanı qətlə yetirməmişdən öncə ona qarşı cinsi ehtirasımı təmin etmək istəmişəm. Bu məqsədlə ona qarşı heç bir zor tətbiq etməmişəm. Anus dəliyi vasitəsi ilə onunla cinsi əlaqədə olmamışam. Onunla könüllü cinsi əlaqəyə girmişəm".

Niyazi Təhməzov ittiham olunduğu Cinayət Məcəlləsinin 150.1-ci maddəsinə xitam verilməsini, digər maddəni isə 120.1-ci maddəsinə tövsif edilməsini istəyib. O, həmin maddənin sanksiyasından nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

"Ömürlük cəza verilsin"

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi İntiqam Hüseynov bildirib ki, törədilmiş cinayət əməli insanlığa xas olmayan hərəkətdir: "Birinci instansiya məhkəməsi hökmünün cəza hissəsi dəyişdirilməli və məhkum edilmiş şəxs Niyazi Təhməzova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş etsək də, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə yüngül cəza təyin olunub. Belə ki, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsə aşağı həddə cəza verib".

Hakim heyəti tərəflərin şikayətini araşdırandan sonra qərarı açıqlayıb. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7943   Tarix: 26 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381