"DəmirBank"ın gecikən iflasının səbəbləri — Ekspertlər açıqlayır

"DəmirBank"ın gecikən iflasının səbəbləri — Ekspertlər açıqlayırAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib.
Maraqlıdır ki, Azərbaycan Banklar Assosiasiyası 2017-ci ili banklar üçün uğurlu il olduğunu bəyan edib. Bundan əlavə dəfələrlə Maliyyə Bazarlarına Nəzarət Palatasını artıq bankların bağlanmayacağını deyib. Palata problemləri bankları birləşməyə çağırsa da, banklar bu addımı atmayıb.

Bank sektorundakı vəziyyət, "DəmirBank"ın lisenziyasının ləğvi barədə iqtisadçı ekspertlər Əkrəm Həsənov və Vüqar Bayramov ölkə.az-a açıqlamalar veriblər.

Əkrəm Həsənov Azərbaycan Banklar Assosiasiyasının səsləndirdiyi fikirə münasibət bildirirək deyib ki, Azərbaycan Banklar Assosiasiyası Maliyyə Bazarlarına Nəzarət Palatasının mövqeyini dilə gətirir:

"Ötən ilin əvvəlində 6 bank bağlanmışdı. Bu ilin ilk rübündə Maliyyə Bazarlarına Nəzarət Palatası bildirdi ki, bundan sonra Azərbaycanda heç bir bank bağlanmayacaq. Ancaq iyul ayında palata 4 bankı bağladı. 4 bank bağlanandan sonra palata yenə bildirdi ki, heç bir bank bağlanmayacaq, oktyabr ayında "Bank Standart" bağlandı. Bundan sonra Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası bəyanat verdi ki, artıq bank sektorunda sabitlikdir, narahatçılığa əsas yoxdur. İl boyu deyirdim ki, proses bitməyib, əslində ölkədə xeyli pis vəziyyətdə olan banklar var. Çağırışlar edirdim ki, pis vəziyyətdə olan bankları bağlamaq lazımdır. Bunlar yaxşı bankların fəaliyyətinə mane olacaq".

Son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatasının "DəmirBank"la yanaşı bir neçə banka qarşı sanksiya tətbiq etdiyini deyən iqtisadçı ekspert qeyd edib ki, banklar əmanət qəbul edə bilmirdi:

"Bütün bunlarla bağlı məndə dəqiq məlumat var idi. Hesab edək ki, xəstə can verir, sən də ona dərman qəbul etməyə qoymursan. Problemləri olan banklar da bildirirdi ki, bundansa bankı bağlayın. Sən mənə əmanət qoymağa icazə vermirsənsə, bu o deməkdir ki, mənim vəziyyətimi daha da pisləşdirirsən. Bu vəziyyət çox davam edə bilməzdi. Sadəcə olaraq gözləyirdim ki, "DəmirBank"ın bağlanmasını növbəti ilə saxlayacaqlar, ancaq son anda bu qərar verildi.

İyun ayından Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsinə dəyişiklik olub. Lisenziya məsələlərini dövlət başçısı ilə mütləq razılaşdırmalıdırlar. "DəmirBank"ın lisenziyasının ləğvi ölkə rəhbərliyi ilə razılaşdırılıb. Yəqin ki, ölkə rəhbərliyinə məlumat çatıb ki, "DəmirBank"ın vəziyyəti pisdir, ancaq palata bu məsələni uzadır. Problemli banklar fəaliyyət göstərir, bu da yaxşı bankların fəaliyyətinə pis təsir edir".
Prosesin davam etməli olduğunu deyən Əkrəm Həsənov qeyd edib ki, vəziyəti pis olan bankları bağlamaq lazımdır:

"Ola bilsin ki, 1-2 həftəyə bir neçə bank da bağlandı. Onsuzda problemli banklar bağlanacaqlar. Bunu uzatmağın mənası yoxdur. Bankların pulu yoxdur artıq. Kreditlər veriblər, onları yığa bilmirlər".

"Dəmirbank"ın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlamasında Vüqar Bayramov deyib ki, "Dəmirbank"ın bağlanması gözlənilən qərardır:

"Çünki artıq xeyili müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi. Ötən həftə "axsayan banklardan" yazanda bildirmişdim ki, öz fəaliyyətlərini yerinə yetirə bilməyən banklar var və onların sağlamlaşdırılması lazımdır. Belə bankların sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanması uzun müddətdir ki, təklif etməyimizə baxmayaraq, təəssüf ki, palata tərəfindən bu istiqamətdə hələlik real addımlar atılmayıb.

Yeni bir bankın müflis elan edilməsi bank sektoruna inamın azalması kimi mənfi təsirlər ilə yanaşı, bankların konsolidasiyasının, demək olar, mümkün olmadığından xəbər verir. Halbuki konsolidasiya prosesi dəstəklənməli və eləcə də belə bankların sağlamlaşdırılması müflis elan olunmaların və xüsusən də bank sektoruna olan inamın azalmasını qarşısını alar.

Əmanətlərin aqibətinə gəldikdə isə iqtisadçı ekspert bildirib ki, müflis olan bankların sayı artdıqca qorunmayan əmanətlərin qaytarılması şansları azalır:

"Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Fondun məlumatına görə, əvvəl müflis elan edilən 11 bank üzrə 747 milyon 938 min manat kompensasiya ödənilib. Bu yaxşıdır. Amma qorunmayan əmanətlərin taleyi necə olacaq? Müflis olan bank onu qaytarmaq öhdəliyi götürüb və həmin puldan istifadə edərək gəlir əldə edib. Müflis olunduqdan sonra isə qorunmayan əmanət sahibinə qaytarılmır. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənilməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir. Bütövlükdə isə, son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara və eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 23 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

20:40 0
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1521
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 137
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

17:30 89
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 180
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 140
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

18:30 0