Hamamda başqa kişi ilə tutduğu arvadını bıçaqladı: "Mənim yerimə hansı kişi olsaydı..."

Hamamda başqa kişi ilə tutduğu arvadını bıçaqladı: "Mənim yerimə hansı kişi olsaydı..."Arvadını mobil telefon işlətdiyi və başqa şəxslə danışdığı üçün bıçaqlayan şəxsin şikayəti qismən təmin edilib. Onun cəzası azaldılıb.

Arvadını bıçaqlamaqda təqsirləndirilən Anar Mustafayev yenidən hakim qarşısına çıxarılıb. A.Mustafayevə qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən A.Mustafayev apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

İttihama əsasən A.Mustafayev 1986-cı il təvəllüdlü arvadı Tünzalə Mustafayevaya mobil telefondan istifadə etməsinə icazə vermədiyi halda, sonuncunun kənar şəxsdən telefon aldığından şübhələnib və kirayədə yaşadıqları evin hamamında telefonla danışdığını görüb.

Telefonu onun əlindən alıb və kiminlə danışdığını soruşub. Tünzalə Mustafayeva iş yoldaşı ilə danışıb, sabah işin olub-olmayacağını soruşduğunu deyib. Amma Anar Mustafayev buna inanmayıb və telefonu Tünzalənin əlindən alıb. Onun telefonda tanımadığı kişi ilə danışdığını bilib və onu hədələyib.

Tünzalə Mustafayeva qorxaraq 11 yaşlı qızı ilə qonşuluqdakı ev sahibinin yanına qaçıb. Həmin gecə oradanda azyaşlı qızı ilə naməlum istiqamətə gedib. Anar Mustafayev isə 14 və 10 yaşlı oğlanlarını götürərək Şamaxı rayonuna gedib.

Daha sonra arvadının fəhlə işlədiyi Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən kərpic sexində olduğunu öyrənib və oraya gedib.

İttihama görə, A.Mustafayev qısqanclıq zəminində arvadını qəsdən öldürmək qərarına gəlib və sexə yollanıb. A.Mustafayev azyaşlı qızını otaqdan çıxardıqdan sonra arvadına bir neçə bıçaq vurub. Səsə gələn fəhlələr A.Mustafayevi otaqdan çıxarıb və yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra qızını götürərək polis bölməsinə gedib və təslim olub.

A.Mustafayev apellyasiya şikayətində törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində üç azyaşlı uşağının olmasını və ailəsində yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını və ona daha yüngül cəza təyin edilməsini xahiş edib.

A.Mustafayev özünü qismən təqsirli bilib və söyləyib ki, arvadını öldürmək niyyəti olmayıb. Əgər bu məqsədi olsa idi, arvadını bir saniyənin içərisində öldürə bilərmiş.

Anar Mustafayev deyib ki, ailədə baş verən söz-söhbətlərə arvadının telefon işlətməsi səbəb olub: "Mən fəhləlik edib ailəmi saxlamışam. Son vaxtlarda səyyar ticarətlə məşğul olurdum. Ailə dolanışığımız çətin olduğu üçün Tünzalə də işləməyə başladı. Uşaqları səhər məktəbə aparıb, mən də işə gedirdim. Tünzalə də sexdə işləyirdi. Sonra Tünzalənin telefon işlətdiyini bildim. Bizdə nəsillikcə belə şey olmayıb. Mən istəsəydim, ona telefon alardım. Bir gün səhər Tünzalə işə gedəndə gördüm ki, dayanacaqda telefonla danışır. Mən çatmaq istəyəndə işin maşınına minib getdi. Axşam evə gəldim. Gizli şəkildə hamamda telefonla danışdığını eşitdim. Gedib soruşdum ki, danışdığın kimdir? Birinci dedi ki, iş yoldaşım Günaydır. Mən kişi səsi eşitmişdim. Sonra da dedi ki, "Günayın əridir, telefonu o, açıb". Telefonu əlindən alıb, zənglərə baxdım, mesajları gördüm. Bunlar istintaq materiallarında da var. Sonra qızımı evdən götürüb qaçdı".

A.Mustafayev ifadəsinin davamında bildirib ki, bir müddət arvadından və qızından xəbər tuta bilməyib: "Tünzalənin atasına zəng edib olanları dedim. Onu axtarmağa başladım. Mən ailəmi dağıtmaq istəyən adam olmamışam. Üç uşaq atasıyam. Əgər ailəmi dağıtmaq istəsəydim, ya ailə qurmazdım, ya da bunu çoxdan edərdim. Hər kəsdən, bütün qohumlardan Tünzaləni soraqlaşdım. Amma tapa bilmədim. Bir müddət işinə getdim, tanışlardan soruşmaqla axtarmağa davam elədim. Bir gün xəbər tutdum ki, Tünzalə işlədiyi sexə qayıdıb. Onu görmək üçün sexə getdim. Evdən çıxanda da cibimə bıçaq qoydum".

Heç bir kişinin bu xəyanəti bağışlamadığını deyən A.Mustafayev arvadını öldürmək məqsədi ilə sexə getmədiyini deyib və cibinə bıçaq qoymasının səbəbini belə izah edib: "Cibimə bıçaq qoydum ki, birdən orda üstümə təcavüz edərlər. Tünzaləni nə öldürmək, nə də vurmaq fikrim var idi. Həm də qızım da orada idi. Onun yanında bunu etməzdim".

A.Mustafayev hadisələrin bu şəkildə baş verməsində arvadının günahı olduğunu deyib: "Mən Tünzalənin yanına çatanda elədiklərinin izahını soruşdum. Mənə dedi ki, "Taleh məni alıb, saxlayacaq. Özünə arvad edəcək". Bu sözlərdən sonra beynim çöndü, özümü idarə edə bilmədim. Cibimdən bıçağı çıxarıb onu vurdum. Öldürmək fikrim yox idi. Sadəcə qorxutdum. Əgər onu öldürmək istəsəydim, elə hamamda ilk dəfə tutanda bir saniyənin içində boğub öldürərdim. Bıçaqla vuranda da məni heç kim sakitləşdirmədi. Özüm ondan əl çəkdim. Belə niyyətim olsa idi, sona qədər işimi tamamlayardım".

Məhkəmə tərəfləri dinlədikdən sonra A.Mustafayevin cəzasını 9 il 6 aydan 7 il 10 aya endirib.

mənbə: musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6303   Tarix: 17 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 203
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 349
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 0
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 212
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 206
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 231
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 410
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

05.05.2024 15252
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 213