Kompüterin cana zərərləri

Kompüterin cana zərərləriBu gün özümüzü kompütersiz təsəvvür etmirik. Bunun sağlamlığa zərərli olduğunu necə, düşünürükmü? Monitor qarşısında keçirdiyimiz saatlar orqanizmimizə necə təsir edir?

"Media forum" saytına danışan oftalmoloq Fəridə Abbasova kompüterin gözdə quruluq yaratdığını deyir: "Normalda insan gözünü bir dəqiqədə 18-22 dəfə qırpmalıdır. Bu zaman gözün daxili mayesi bütün bəbəyə yayılır və gözdə quruluq yaranmır. Ancaq kompüterə baxanda qırpma hərəkətləri azalır və bu, gözə ciddi ziyan vurur. Bizə məhz bu problemlə müraciət edənlər çoxdur".

F.Abbasova kompüterdən müəyyən rejimlə istifadə etməyi məsləhət görür: "İş yerində bütün günü kompüterdən istifadə edənlər hər 40-45 dəqiqədən bir fasilə verməli, göz gimnastikası icra etməlidirlər. Tərkibi təbii göz yasından ibarət göz damcıları var, bu vasitədən istifadə olunması da məsləhətdir.

Uşaqların kompüterdən istifadəsinə xüsusi diqqət yetirilməlidir. Azyaşlılara gündə iki dəfə və hər dəfəsində 40-45 dəqiqədən çox olmamaq şərti ilə kompüterdən istifadəyə icazə vermək olar. Müəyyən yaşa qədər gözün inkişafı davam edir, ona görə də onların kompüterə və ya televizora uzun müddət baxması ciddi problemlər yarada bilər".

Göz ağrılarından şikayət edənlərə oftalmoloq göz idmanları, stolüstü tennis və topla hərəkətlər məsləhət görür: "Şəffaf rənglərə baxmaq da çox xeyirlidir. Bundan başqa, düzgün qidalanmaya da diqqət yetirmək lazımdır. Uşaqlar hər gün ən azı 150 qram ət yeməlidirlər. Qara ciyər, tərəvəzlər, çox yağlı olmayan balıqlar, dənli bitkilər, bir sözlə, tərkibində A və B vitaminləri bol olan qidalar gözə xeyirdir".

Professor Adil Qeybulla uzun müddət kompüter qarşısında oturmanın yuxu və sinir pozğunluğuna, yuxugörmələrə səbəb olduğunu qeyd edir: "Bu da nevroza gətirib çıxarır. Yatmazdan ən azı bir saat əvvəl kompüteri söndürmək lazımdır. Təmiz havada gəzib sonra yatmaq xeyirlidir. Gecə saatlarında kompüterdən istifadə uşaqlarda və bəzən hətta böyüklərdə də autizim (kiçik yaşlarda başlayan və ömür boyu sürən, ictimai ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlarla nəticələnən, beynin inkişafına mane olan xəstəlik) yaradır. Bu xəstəliyə tutulanlar özlərinə qapanır, saatlarla kompüter qarşısında oturur, evdəkilərlə ünsiyyətlərini, demək olar, tamamilə kəsirlər. Ona görə də valideyinlər uşaqlarının kompüterdən istifadəsinə müəyyən rejim çərçivəsində icazə verməlidirlər".

A.Qeybulla monitor seçimində diqqətli olmağı məsləhət görür: "Təcrübə göstərir ki, 87 tezlikdən yuxarı monitorlar gözü yormur. Ona görə də kiçik tezlikli monitorlardan istifadə etməmək lazımdır"

"Media forum"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8240   Tarix: 05 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882