Hansı qurumlar jurnalistlərdən QAÇIR - SORĞU

Hansı qurumlar jurnalistlərdən QAÇIR - SORĞUBu gün dövlət qurumlarından müraciətinə cavab almayan vətəndaş dərhal həmin problemi sosial platformalarda və internet resurslarında ictimailəşdiməklə çıxış yolu tapdığını düşünür. Hətta bəzən sosial şəbəkələrdə vətəndaşların problemlərini ictimailəşdirən qruplar və səhifələrlə rastlaşırıq. Həmin qrup və ya səhifələrin işi yerli və mərkəzi icra hakimiyyəti orqanlarından narazı qalan insanların şikayətlərini ictimailəşdirməkdən ibarətdir. Və yaxud da internet mediadan müşahidə edirik ki, vətəndaşlar qarşılaşdıqları problemlərin həlli üçün KİV-lərə müraciət edirlər. Həmin KİV-lər isə çox zaman qarşı tərəfin fikrini öyrənmədən vətəndaşın problemini ictimailəşdirməli olur. Səbəbini soruşanda isə, "müraciət etdik, lakin cavab almadıq" deyirlər. Göründüyü kimi, vətəndaşla yanaşı, KİV nümayəndələri də bir çox hallarda eyni problemi yaşamalı olurlar.

Günümüzdə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması baxımında jurnalistlərin rolu cəmiyyətdə əvəzedilməzdir. Jurnalistlər hansısa məlumatı qısa müddət ərzində ictimaiyyətə çatdırmağa çalışırlar. Bu məlumatları dəqiqləşdirmək istədikdə isə bəzən problemlərlə qarşılaşırlar. Jurnalist məlumatı dəqiqləşdirmək üçün ilk müraciət etdikləri ünvan təbii ki dövlət və özəl qurumların ictimaiyyətlə əlaqələr şöbəsi - mətbuat xidmətləridir. Bəzən həmkarlarımız haqlı olaraq bu şöbələrdən lazımı qədər faydalanmadıqlarını söyləyirlər.

BiG.AZ azadinform.az-a istinadən sorğunu təqdim edir:

"Aznews" İnformasiya Agentliyinin əməkdaşı Elgün Mənsimov razı və narazı qaldıqları mətbuat xidmətlərinin olduğunu bildirdi: "Daxili işlər, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Təhsil, Kənd Təsərrüfatı və Xarici İşlər nazirliklərinin, eləcə də "Azəryolservis", Respublika və Bakı şəhər Yol Polisi idarələrinin mətbuat xidmətlərindən çox razıyam. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti isə əsas narazı qaldığım ünvandır".

Əvvəlki illərlə müqayisədə hazırda dövlət qurumlarının mətbuat xidmətlərinin işə münasibətində xeyli inkişaf əldə olduğunu vurğulayan E.Mənsimov artıq əvvəlki kimi saymazyana münasibətlərə çox az hallarda rast gəlindiyini diqqətə çatdırıb. O, əlavə edib ki, hansısa nazirlik və təşkilatın mətbuat xidmətinin necə xidmət göstərməsi birbaşa o qurumun rəhbərliyindən asılıdır: "Bu cür məsələlərdə problemin kökünü tapmaq lazımdır, ayrı-ayrı mətbuat xidmətinin rəhbərlərini tənqid etməklə, qınamaqla iş düzələn deyil. Çünki mətbuat katibi ya ona deyilənləri deməli, ya da susmalıdır. Çox az mətbuat katiblər bu cür çətin durumlardan peşəkarlıqla çıxa bilir. Amma zaman-zaman belə sorğuların keçirilməsi, jurnalistlərə olan diqqətsizliyin gündəmə gətirilməsi ümumi işin xeyrinədir".

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Əziz Məmmədov bildirdi ki, qurumların mətbuat xidmətlərinin fəaliyyətindən razıdır: "Mətbuat xidmətlərinin fəaliyyəti şəxsən məni qane edir, çünki hələ ki, problemlərlə üzləşməmişəm!"

Unikal.org saytının əməkdaşı Amid Əyyuboğlu bu barədə danışmağın bir az çətin olduğunu bildirdi: "Bu çətinlik nə ilə bağlıdır? Dövlət qurumlarının mətbuat xidmətləri rəhbərinin hər birindən açıqlama almaq imkanım var. Bəzən lazım olan xəbəri dəqiqləşdirmək üçün bütün günü jurnalistlərlə bir yerdə olan mətbuat xidmətindən bunu öyrənə bilmirik. Hətta zənglərə belə cavab verməkdən yayınırlar. Səbəb ona görədir ki, mətbuat xidmətinin də öz rəhbəri var. Rəhbərlik mətbuat xidmətinə nəyin danışılıb, nəyin deyilməyəcəyi barədə göstəriş verir. Bəzən jurnalistlər buna görə mətbuat xidmətlərini qınayır. Ancaq bunu düzgün hesab etmirəm. Bu gün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev demək olar ki, hər bir jurnalistlə dostluq etməyi bacarır. Amma o da imkanları daxilində jurnalistlərə açıqlama verir. Bəzi həmkarlarından fərqli olaraq, o bu işi peşəkarlıqla görməyi bacarır. Bir neçə gün bundan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlı mətbuatda infarkt keçirməsi xəbəri yayılmışdı. Dərhal bütün jurnalistlər mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdılar. Lakin istəklərinə müvəffəq ola bilmədilər. Demək olar ki, hər kəs bu qurumun mətbuat xidmətinin rəhbərini pislədi. Amma çox vaxt telfonlara cavab verməyən Hacıbala müəllim mənim zəngimi dərhal açdı və bildiridi ki, sağlamlığında heç bir problem yoxdur. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, bu qurumun mətbuat xidmətinin rəhbərini Hacıbala müəllim danışmağa özü icazə vermir".

Nazirliklərin mətbuat xidmətinin mediaya münasibəti, mətbuata açıqlığı, almaq istədiyi informasiyanı vaxtında vermə tempinə gəldikdə isə A.Eyyuboğlu əlavə edib ki, bu onların rəhbərlərindən aslıdır: "Dəyişməyən isə xəbər qıtlığıdır".

"Şərq" qəzetinin redaktoru Ayyət Əhməd də mövzu ilə bağlı qeyd etdi ki, şəxsən özü də bu məsələ ilə bağlı araşdırma aparıb və öz həmkarlarının fikirlərini öyrənib. A.Əhməd mətbuat işçiləri tərəfindən belə məsələlər gündəmə çıxarıldıqdan sonra qurumların mətbuat xidmətlərinin fəaliyyətində aktivlik müşayiət etdiyini bildirib: "Mədəniyyət və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, "Qərb" Universiteti, "Təffəkür" Universiteti və s. bu kimi qurumların mətbuat xidmətləri ilə asanlıqla əlaqə saxlayıb istədiyimiz məlumatı anında ala bilirik. Həmçinin, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi jurnalistlərlə çalışmağı bacaran qurumlardan biridir. "Azəriqaz" İstehsalat Birliyindən İbrahim Kərbaliyev də günün hansı saatından aslı olmayaraq zəng elədiyimiz zaman bizə istədiyimizi məlumatı anında çatdırır. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistlərlə əlaqədə olmağı bacarır".

A.Əhməd narazı qaldığı mətbuat xidmətlərinin də adlarını çəkdi: "Elə qurumların mətbuat xidmətləri var ki, məsələni bir şöbədən digərinin üstünə atırlar. Sonda bizə tapşırırlar ki, bu əlaqə nömrəsini bizdən aldığını bilməsinlər. Təhsil Nazirliyi ilə əlaqə yarada bilmirik. Cəsarət müəllim dostumuz olmağına baxmayaraq, ondan hər hansı bir məsələ ilə bağlı münasibət öyrənə bilmirik. Müdafiə Nazirliyi ilə də əlaqəmiz heç də ürəyaçan deyil. Sonuncu daha fəal xidmət göstərməlidir. Lakin biz lazımi məlumatlar barədə nazirlik tərəfindən gec məlumatlandırılırıq. Özüm şahid olduğum bir faktı qeyd etmək istərdim. Mənim həmyerlim olan şəxs şəhid olmuşdu. Belə bir hadisənin baş verməsi barədə mənə kəndimizdən məlumat verdilər. Mən bu xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün rayonda yaşayan dostumdan xahiş elədim ki, həmin adamın yaşadığı ünvana getsin və bu məsələni dəqiqləşdirsin. Əfsuslar olsun ki, xəbər doğru çıxdı və mənə bildirdilər ki, şəhidin nəşi 2 saata qədər ailəsinə təhvil veriləcək. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlasam da mənə bu xəbərin dəqiqləşmədiyini bildirdilər. Daha sonra xəbər gəldi ki, 1 yox 4 nəfər şəhid olub. Yenə bu məsələ media tərəfindən gec işıqlandırıldı. Çünki Müdaifə Nazirliyi tərəfindən məsələ ilə bağlı açıqlama gec verilmişdi. Bütün bunlara baxmayaraq şəhidin yaxınları sosial şəbəkələr vasitəsi ilə məlumatı cəmiyyətə çatdırdılar. Belə olduqda sosial şəbəkələr mediayaya qalib gəlirlər."

A. Əhməd bildirdi ki, internet erası olan bu dövrdə hər hansı məlumatı ictimaiyyətdən gizləmək mümkün deyil: "Elə qurumların mətbuat xidmətləri var ki, vacib xəbəri olduqca gec yayımlayırlar. Bəzən elə olur ki, gizlətməyə belə çalışırlar. Hətta media işçilərini qınayırlar ki, məlumat yaymağa tələsirlər. Bəs jurnalist məlumatı hardan alsın? Jurnalistlər hər hansı bir məlumatı dəqiqləşdirmək üçün mətbuat xidmətlərinə müraciət edir. Bəzi mətbuat xidmətləri də ya dəqiq məlumat vermir, ya da məlumatı təkbiz edirlər. Lakin sonradan bu xəbərin doğru olduğu üzə çıxır. Vacibi məlumatları ictimaiyyətə çatdırmaq təcrübəsini boğmaqla heç nəyə nail olmaq olmur. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin junalistlərə qarşı münasibətindən də narazıyam. Dəfələrlə əlaqə yaratmağa çalışdığımıza baxmayaraq, heç bir nəticə əldə edə bilməmişik. Cəmi bir dəfə əlaqə yarada bilmişik. Məsələ ilə bağlı azca məlumat alsaq da, sonda yenə xahiş elədilər ki, danışdıqlarını da yaymayaq. Elə mətbuat xidmətlərinin rəhbərlərinə rast gəlirik ki, özünün jurnalistikadan o vəzifəyə getməsinə baxmayaraq bizimlə məmur kimi danışırlar."

Jurnalist nəzərə çatdırdı ki, bütün bunlara baxmayaraq ötən illərə nisbətən mətbuat xidmətlərinin fəaliyyətində aktivlik yaranıb: "5-10 il bundan əvvələ nəzər saldıqda bu sahədə, qurumların mətbuat xidmətlərinin media ilə əlaqəsində inkişaf müşayiət edirik. Əlbəttdə ki, bu inkişaf Prezident İlham Əliyevin media nümayəndələrinə göstərdiyi qayğı, hazırlanan qanun layihələri və s. bu kimi tədbirlərin keçirilməsi nəticəsində yaranıb".

"Həftəiçi" qəzetinin reportyoru Tural Turan sorğumuza cavab olaraq qeyd etdi ki, bu məsələ onların yaralı yeridir. İcra hakimiyyətlərinin mətbuat xidmətlərinin demək olar ki, iflic vəziyyətdə olduğunu deyən T.Tural nazirliklərin sözçülərinin adətən ayrı-seçkilik etdiklərini də bildirdi: "Müdafiə Nazirliyinin mətbuat xidmətindən tamamilə narazıyam. Adekvat deyillər. Münasibət bildirməyə çox vaxt gecikirlər. Bu da öz mənfi fəsadlarını zaman -zaman göstərib".

Metropoliten, səhiyyə və təhsil nazirliklərinin aktivliyindən razı qaldığını bildirən jurnalist polis və prokurorluğun sözçülərini qınayıb: "Onların qəbuluna düşmək qeyri-mümkündür. Onlar əsasən media holdinqlərlə əməkdaşlıqda maraqlı olduqlarını dəfələrlə sübut edirlər".

"Palitra" qəzetinin əməkdaşı Tural Tağıyev sorğumuza cavab olaraq bildirdi ki, mətbuat xidmətlərinin fəaliyyətində operativlik vacib amildir: "Jurnalistlər üçün isə bu xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox hallarda bizim işimizin uğurlu olması onların necə işləməsindən, mətbuata açıqlığından asılı olur". T.Tağıyev qeyd edib ki, bu il ərzində bəzi dövlət orqanlarının mətbuat xidmətləri operativ işləsə də, elə mətbuat xidmətləri də oldu ki, fəaliyyətləri əvvəlki illərdən fərqlənmədi: "Bəzən hər hansı bir məsələ ilə bağlı mətbuat xidməti rəhbərlərinin fikrini öyrənmək istədikdə ya onları tapmaq müşkülə çevrilir, ya da ki, cavab qənaətbəxş olmur. Bu da yəqin ki KİV-lə əlaqələrdə onların maraqlı olmamasından irəli gəlir". T.Tağıyev ümumilikdə ilboyu bir neçə mətbuat xidməti rəhbəri ilə problemsiz əlaqə saxlayaraq istədikləri məsələyə münasibət öyrənə bildiklərini də nəzərə çatdırıb.

"Ən çox da özəl şirkətlərin mətbuat xidmətləri bu işdə operativ davranırlar. Konkret olaraq ad çəksəm - "Veysəloğlu", ƏƏSMN, "Bakı Metropoliteni", bir neçə ali təhsil müəssisəsi bəzi bankların mətbuat xidmətlərinin rəhbərlərini göstərə bilərəm. Amma dediyim kimi, hələ də bəzi qurumların mətbuata münasibəti ürəkaçan deyil. Hətta elə mətbuat xidməti rəhbəri də var ki, ilboyu onun səsini eşitmirik, nəinki ondan hansısa məlumat almaq ola..." - deyə T.Tağıyev sözlərinə əlavə etdi.

Yaxşı, bəs, mətbuat xidmətlərinə ünvanlanan suallar onları qane edirmi? Razı və narazı qaldıqları məqamlar hansılardır?

Mövzu ilə bağlı müraciət etdiyimiz Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev ixtisasca jurnalist olduğunu və uzun müddət - 16 ilə yaxın tele-jurnalist kimi fəaliyyət göstərdiyini nəzərə çatdırdı: "Bunu nəzərə alaraq mənim jurnalistlərdən - mənə doğma və əziz olan insanlardan inciməyə haqqım yoxdur. Bəzən həmkarlarım tərəfindən verilən suallarla bağlı müəyyən anlaşılmazlıqlar olur. Lakin buna baxmayaraq, qarşılıqlı fikir mübadiləsi çərçivəsindən bu anlaşılmazlıqlar aradan qaldırırlır". M. Ağayev onu da qeyd edib ki, özü şəxsən və çalışdığı quruma daxil olan vətəndaş müraciətlərinin eləcə də jurnalist sorğularının vaxtında, eyni zamanda obyektiv araşdırılaraq cavablandırılmasına xüsusi önəm verir: "Odur ki, günün istənilən saatında mən müraciətləri qəbul edib cavablandırmağa hazıram. Jurnalist dostlarımız 24/7 prinsipi ilə mənə həm facebookda, həm də digər əlaqə vasitələrimlə müraciət edə bilər."

"Veysəloğlu" Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə bildirdi ki, ölkə mediasında çalışan jurnalistlərlə kifayət qədər sağlam münasibətləri var: "Əlbəttə, hamı hər şeyi bilə bilməz. Uzun müddət mətbuatda çalışan adam kimi çalışıram ki, jurnalistləri fəaliyyətimizlə bağlı dolğun məlumatlandıram. Belə olan halda problemlər də azalır. Digər tərəfdən, şirkətlərimizin rəsmi internet səhifələri aktiv fəaliyyət göstərir, sosial platformalarda - facebook, twitter, linkedin, instaqram və youtubda səhifələrimiz, kanallarımız var. Demək olar ki, bütün media orqanlarının sorğularına vaxtına cavab veririk. Yazılı və elektron media ilə yanaşı, sosial mediada da hər zaman KİV-lə sıx əməkdaşlıq edir, onları maraqlandıran sorğuları cavablandırırıq. Biz daxil olan bütün sorğuları aidiyyatı üzrə cavablandırır və bu işi mümkün qədər peşəkar səviyyədə həyata keçirməyə çalışırıq".

İ.Məmmədzadə bildirdi ki, bəzən jurnalistlər tərəfindən təmsil olunduğu şirkətin fəaliyyət sahəsinə aid olmaya sorğular daxil olur: "Əlbəttə, bu sorğunu ünvanlayan KİV nümayəndəsinə müvafiq izahat verərək aidiyyatı üzrə yönləndiririk".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bildirdi ki, verilən suallar, qabardılan mövzular bəzi hallarda onu qane etmir: "Lakin münasibət bildirmək mənim işim - vəzifə borcumdur. Əgər sual düzgün qoyulmayıbsa onu düzəltməyə çalışıram. Əlbəttə, bu vaxt qarşımdakı insanı incitmədən bunu etməyə üstünlük verirəm. Heç vaxt düzgün sual ünvanlamadığına görə jurnalisti qınamaq, təhqir etmək tərəfdarı olmamışam". Onun sözlərinə görə, bu məsələ onların problemli yerləridir: "İxitsaslaşmış jurnalistlərimiz çox azdır. Əlbəttə, mən də istəyərdim ki, mənimlə əməkdaşlıq edən jurnalistlər metro haqqında hərtərəfli biliklərə sahib olsunlar. İnandırım sizi, belə olsa bəzən yersiz yerə şikayət edən sərnişinlərin cavabını elə onlar verər və mənə sual ünvanlamağa ehtiyac qalmaz. Təsəvvür edin, metroda gediş haqqının Tarif Şurası tərəfindən müəyən edildiyini bilə-bilə mütəmadi bu sualları eşitmək məcburiyyətində qalıram."

Son olaraq:

KİV nümayəndələri və vətəndaşların müraciətlərinə baxılması işinin keyfiyyətinin yaxşılaşdırılmasında son illərdə dövlət hakimiyyəti orqanlarında tətbiq edilən yeniliklər, idarəetmənin müasir forma və metodları böyük rol oynamışdır. Operativ idarəetmə mərkəzləri, elektron informasiya köşkləri, videoqəbul sistemi və digər elektron xidmətlərin geniş tətbiqi nəticəsində müraciətlərin tərkibində elektron müraciətlərin sayı çoxalmışdır ki, bu da qaldırılan məsələlərin daha operativ və ətraflı təhlil edilməsini, bütövlükdə müraciətlərə baxılması işinin səmərəsini artırmışdır. Lakin bütün görülən işlərə baxmayaraq həyat davam edir və zamanın tələbinə uyğun olaraq insanların ehtiyacları da tükənmir. Ölkə vətəndaşları zaman-zaman qarşılaşdıqları bu və ya digər problemlərin həlli ilə bağlı dövlət qurumlarına müraciət edirlər. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxsləri tərəfindən yerinə yetirilməsinə nəzarət gücləndirilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 648   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477