Binəqədi ilə Abşeron arasındakı yeni qəsəbənin yol dərdi — FOTOLAR

Binəqədi ilə Abşeron arasındakı yeni qəsəbənin yol dərdi — FOTOLARQəsəbə sakinləri bərbad vəziyyətdə olan yolla bağlı müvafiq qurumlardan kömək istəyirlər
"Biz - aşağıda imza edənlər bildiririk ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasəti yekdilliklə dəstəkləyirik. Dövlətimizin başçısının təşəbbüsü və əzmkarlığı ilə əldə olunan yüksək sosial-iqtisadi inkişafı ürəkdən alqışlayırıq. Sevindirici haldır ki, ölkə rəhbərinin təşəbbüsü və qayğısı sayəsində son illərdə Azərbaycanda bir çox yeni yollar salınıb. Bir sıra yollar isə əsaslı şəkildə təmir-bərpa edilərək istifadəyə verilib. Hətta bəzi bölgələrdə ən ucqar məntəqələrə də gediş-gəliş imkanı yaradılıb. Lakin təəssüflə qeyd edirik ki, bizim yaşadığımız qəsəbənin bərbad yolu bu sahədəki inkişafa kölgə salan faktlardandır. Halbuki, bu qəsəbə paytaxt Bakıya çox yaxın yerləşir. Bir hissəsi Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsinin, digər hissəsi isə Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindədir".

BiG.AZ xəbər verir ki, bu cümlələr, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ilə Abşeron rayonunun Masazır qəsəbəsi arasındakı yaşayış massivinin sakinlərinin "525-ci qəzet"in redaksiyasına ünvanladıqları şikayət məktubundandır.

Məktubda dərin təəssüflə qeyd edilir ki, əsasən qaçqın və məcburi köçkünlərin, eləcə də digər bölgələrdən buraya köçmüş vətəndaşların məskunlaşdıqları qəsəbənin cəmi bir kilometrdən azca artıq olan başlıca giriş-çıxış yolu az qala keçilməz vəziyyətə düşüb: "Qəsəbə yolunun Binəqədi Şosesindən, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsindən üzüyuxarı, "Cantəpə" adlanan ticarət-iaşə obyektinə qədərki hissəsi hazırda, demək olar ki, fəlakət həddindədir. Qəsəbənin yeganə ictimai nəqliyyatı olan 142 saylı avtobus da məhz bu bərbad yolla hərəkət etməyə məcburdur. Yolun bərbadlığı fərdi maşınların və marşrut avtobuslarının hərəkətinə problem yaratmaqdan əlavə, bir sıra başqa fəsad və təhlükələrə də səbəb olur. Səkilərin olmaması, quraq mövsümdə toz-torpaq, yağmurlu aylarda isə palçıq, lehmə dolu gölməçələr üzündən piyadalar da bu yolda çox çətinliklə hərəkət edirlər".
Qəsəbə sakinləri hazırkı şəraitdə bu problemin yerli icra orqanları, həmçinin, bələdiyyələrin imkanları ilə öz həllini tapacağına ümidlərini itiriblər. Çünki sakinlər indiyədək bu məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya, Biləcəri və Masazır bələdiyyələrinə müraciət ediblər. Lakin hələ də onlar tərəfindən problemin həlli yönündə tədbir görülməyib, sözügedən yolun təmiri ilə bağlı addım atılmayıb.

Bu səbəbdən də sakinlər çıxış yolunu Milli Məclisin sədri Oqtay Əsədova, baş nazirin müavini Abid Şərifova, Milli Məclisin deputatı Cavid Qurbanova və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədova müraciətdə görərək, onlara da məktublar ünvanlayıblar.

Müraciətə imza atmış yüzlərlə qəsəbə sakini adları çəkilən rəsmilərdən və müvafiq qurumların rəhbərlərindən sözügedən yolun abadlaşdırılmasına lazımi köməklik göstərilməsini xahiş edir: "Ümidvarıq ki, xahişimizi müsbət cavabsız qoymayacaq, bu addımınızla həm ölkənin ümumi inkişafına, həm də bizim qəsəbəyə layiqli töhfə verəcəksiniz".

Binəqədi ilə Abşeron arasındakı yeni qəsəbənin yol dərdi — FOTOLARBinəqədi ilə Abşeron arasındakı yeni qəsəbənin yol dərdi — FOTOLARBinəqədi ilə Abşeron arasındakı yeni qəsəbənin yol dərdi — FOTOLARBinəqədi ilə Abşeron arasındakı yeni qəsəbənin yol dərdi — FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1107   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862