Ögey qardaşı ilə intim münasibətindən şübhələndi, arvadının başını kəsdi - VİDEO

Ögey qardaşı ilə intim münasibətindən şübhələndi, arvadının başını kəsdi - VİDEOBakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun icraatında olan prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən Murad Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il mayın 22-də Qubanın Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya balta ilə 5 dəfə zərbə endirib. Qısqanc ər daha sonra arvadının başını kəsib. Murad Ələsgərov könüllü olaraq Quba rayon polis şöbəsinə gedərək, istintaqa təslim olub. Murad Ələsgərov həyat yoldaşının ögey qardaşı Şeyda Ələsgərovla aralarında intim münasibətləri olmasından şübhələndiyini deyib.

Murad Ələsgərov ittiham üzrə özünü qismən təqsirli bilib:

"Ulduzla 2009-cu ildə ailə qurmuşuq. 3 övladımız var. Evləndiyimiz gündən bəri heç bir problemimiz olmayıb. Təxminən 1 il bundan qabaq Rusiyada yaşayan ögey qardaşım Şeyda deportasiya olunub rayona qayıtdı və bizimlə birgə yaşamağa başladı. Şeyda bizimlə qalandan sonra onunla münasibətim pis idi. Bir də qayınatamın ünvanına ağır söz işlətdiyi üçün onunla dalaşmışdım. Birlikdə yaşadığımız müddətdən sonra həyat yoldaşımın Şeyda ilə isti münasibətlərini sezdim, aralarında intim münasibətin olmasından şübhələndim. Başladım onları izləməyə. Onlar bunu başa düşüb, nəzərəçarpan hərəkətlər etmirdilər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə evin arxasındakı samanlıqda gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən 10 dəqiqədən sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb, tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb özünü itirdi, geri dönüb küçəyə tərəf getdi. Sonra bir gün günorta işləmək adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə, başqa yoldan fırlanıb, qonşunun bağına keçib, ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə də Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm ki, Şeyda eyvandadır, Ulduz isə halsız halda taxtın üstündə uzanıb".

mənbə: yenicag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3406   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 133
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 232
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 366
.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO

Azərbaycanda müğənni ağır qəzaya düşüb. -ın əldə etdiyi məlumata görə, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib

11:25 814
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 271
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 121
.

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir. Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib. "Ukrayna rəsmilər

04.05.2024 212
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 193
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 123