İstanbulda keçiriləcək "İlin ən yaxşıları" gecəsində Azərbaycandan SÜRPRİZ İSİMLƏR

İstanbulda keçiriləcək "İlin ən yaxşıları" gecəsində Azərbaycandan SÜRPRİZ İSİMLƏR

İstanbulda "İlin ən yaxşıları" seçiləcək.

BiG.AZ xəbər verir ki, hamının həyəcanla gözlədiyi mükafatlandırma gecəsinə bu il ilk dəfə olaraq Azərbaycan da qatılacaq.

BHS grup Atakan Taşur və Cem Özkök tərəfindən hər il təşkil edilən "İlin ən yaxşıları" mükafatlandırma gecəsində "ən yaxşılar" İstanbulda seçiləcək.

Azərbaycan-Türkiyə Qardaşlıq mükafatları gecəsinin Azərbaycan üzrə təşkilatçısı aktrisa, aparıcı Aysel Nazim və Tural Ozandır.

Gecəyə hər iki ölkənin sənət və siyasət dünyasından məşhur simalar qatılacaq.

"İlin ən yaxşıları" mükafatlandırma gecəsi bu ilin dekabr ayında İstanbulda yerləşən Lazzoni oteldə gerçəkləşdiriləcək.

Gecənin sürprizləri bitmək tükənmək bilmir. Belə ki, möhtəşəm tədbirdə məşhur sənətçilər Demet Akalın, Petek Dinçöz, İvana Sert kimi simalar iştirak edəcək.

Hamının dörd-gözlə gözlədiyi möhtəşəm gecəyə Azərbaycandan kimlərin mükafatlandırılacağı hələ ki sirr kimi saxlanılır.

Ruhi Muradova

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 801 Tarix: 09.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər