Etirazlarla müşahidə olunan TAP və TANAP lahiyələri uğurla icra edilir və gələn il işə düşəcək

Etirazlarla müşahidə olunan TAP və TANAP lahiyələri uğurla icra edilir və gələn il işə düşəcəkXəbər verdiyimiz kimi İtaliyanın cənubundakı Leççe şəhərində minlərlə adam Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilən TAP qaz kəmərinə qarşı küçələrə çıxıb.

Etirazlarla müşahidə olunan TAP və TANAP lahiyələri uğurla icra edilir və gələn il işə düşəcəkMəlumdur ki, Azərbaycanın qazını Avropaya çıxartması bir çox qaz ixracatçısı olan ölkələr tərəfindən paxıllıq və qısqanclıqla qarşılanır. Bununla bağlı BiG.AZ-a açıqlama verən millət vəkili Fazil Mustafa bu aksiyaların birbaşa qaz ixracatçısı olan ölkələr tərəfindən təşkil olunduğunu və bunun nəticəsiz qalacağını bildirib: "Bu qonşu ölkələrin siyasi maraqlarına uyğun gəlməyən layihə olduğuna görə bunu əngəlləmə və gözdənsalma yollarına əl atırlar. Bu əhalinin istəyi deyil, bu siyasi qüvvələrin provakativ addımlarıdır. Qonşu ölkələrin öz resurslarını satması üçün öz kanallarının inkişafını bu yolla inkişaf etdirirlər. Onlar bizim yolumuza maneə olmaqla buna nail olmağa çalışırlar, təbii ki, bu səmərəli yol deyil. Çünki belə etirazlar Avropada çox olur.

Bunun arxasında qaz ixracatçısı olan ölkələr dayanır. ONlar istəmirlər ki, bizim qazımız Avropaya ixrac edilsin, onlar buna qısqanclıq və paxıllıqla yanaşırlar. Burda konkret adlar da ortadadır. Qonşu ölkələrdən İran və Rusiya qaz ixracatçısıdır. Məlum məsələdir ki, bu ölkələrin burada marağı var. Konkret hansı ölkənin bu aksiyalarda izi var deməkdə çətinlik çəkirəm amma bu ölkələr ehtimalediləndir".

Etirazlarla müşahidə olunan TAP və TANAP lahiyələri uğurla icra edilir və gələn il işə düşəcək"Rusiyanın Nəzərdə tutduğu Türk axını və Şimal2 qaz kəmərlərinə alternativ olan TAP-a qarşı İtaliyanın cənubunda Leççe şəhərində etirazlar bir başa Rusiyadan idarə olunur" bu sözləri isə BiG.AZ-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, bu layihə bəzi təxribatçı qüvvələr tərəfindən etirazla qarşılansa da TAP və TANAP lahiyələri uğurla icra edilir və gələn il işə düşəcək: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir və qitənin enerji xəritəsinin şaxələndirilməsində əsas tərəfdaş ölkədir. Qeyd edim ki, Avropanın qaz bazarında əsas oyunçu olan Rusiya öz enerji siyasətində Avopa ölkələrinə qarşı təzyiq kimi istifadə edir.

Ondan əlavə, Rusiyaya qarşı iqtisadi sanksiyalar və Şərqi Avropada Kremlin işğalçı siyasəti Avropanın əlavə enerji mənbələrinə çıxış taparaq Rusiyanın qaz aslılığına son vermək istəyir. Əsas alternativ mənbələrdən olan TANAP və TAP qaz kəmərinin çəkilməsi istiqamətində Azərbaycana ciddi dəstək verir. Azərbaycan qazının Avropaya çatdırılmasında TANAP və TAP kəmərlərinin çəkilişi davam edir. Avropa bu boru xətti vasitəsi ilə Mərkəzi Asiyanın karbihidrogen ehtiyatlarını Trans Xəzər vasitəsilə TANAP-la daşımağı planlaşdırır. Rusiyanın Nəzərdə tutduğu Türk axını və Şimal2 qaz kəmərlərinə alternativ olan TAP-a qarşı İtaliyanın cənubunda Leççe şəhərində etirazlar bir başa Rusiyadan idarə olunur.

Rusiya Mərkəzi Asiyanın qazını Qazprom vasitəsi ilə Avropaya daşınmasına çalışır. Bu da yenə də Avropaya Rusiyadan asılı bir vəziyyət yaradır. Göründüyü kimi Rusiyanın TAP və TANAP qarşı təzyiqləri İtaliyada davam etsədə ciddi nəticə olmayacaq. İtaliyanın cənubunda zeytunlar bağından keçən TAP-a qarşı bu etirazın başında Rusiyaya bağlı şoumen-siyasətçi Beppe Grillonun başçılıq etdiyi "No TAP" ictimai komitəsi durur. Halbuki boru kəmərinin çəkilən hissəsində zeytun ağacaları çıxardılaraq təhlükəsiz yerə köçürülüb. Ekoloiji mühiti bəhanə gətirərək davam edən bu etirazlar, Kreml tərəfindən idarə olunsada demək olar ki, perspektivsiz bir etirazdı. Artıq TAP və TANAP lahiyələri uğurla icra edilir və gələn il işə düşəcək".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1388   Tarix: 09 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 228
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 290
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 90
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 206
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 389
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 225
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 262
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 197
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

05.05.2024 177