Vaşinqton Fələstini hədələdi, Fələstin İsrailə müharibə elan etdi - FOTO

Vaşinqton Fələstini hədələdi, Fələstin İsrailə müharibə elan etdi - FOTOABŞ prezidenti Donald Trampın İsrailin paytaxtı qismində Qüdsü tanıması bütün dünyada ciddi reaksiya doğurub. Müsəlman ölkələrin tam əksəriyyəti təxminlənən təki davrandılar və Trampın qərarını şiddətlə, qətiyyətlə pislədilər.

Vaşinqtonun Avropadakı müttəfiqləri Ağ Evi dəstəkləmədilər. Bu gün BMT Təhlükəsizlik Şurasının təcili və fövqəladə toplantısı keçirilməlidir.

İordan çayının Qərb sahilində, Fələstində isə fələstinlilərlə yəhudilər arasında toqquşmalar başlanıb.

Artıq 25 nəfər yaralanıb.

ABŞ Fələstini vitse-prezident Mike Pence ilə danışıqları ləğv etməməyə çağırıb.

Vaşinqton Fələstini hədələdi, Fələstin İsrailə müharibə elan etdi - FOTORəsmi Vaşinqton bunun danışıqların zərərinə ola biləcəyini vurğulayıb.

BiG.AZ milli.az-a istinadən bildirir ki, Vaşinqton Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra Fələstin bildirib ki, Mayk Pensilə görüşdən imtina edir. ABŞ vitse-prezidenti bu ay Fələstinə səfər etməlidir.

Dekabrın 8-də Ağ Ev bildirib ki, vitse-prezident hələ də Mahmud Abbas və digər Fələstin liderləri ilə görüşmək niyyətindədir və görüşün ləğvi ilə bağlı hər hansı qərar səmərəsiz olardı.

Mayk Pens bu ayın ortalarında Fələstinlə yanaşı İsrail və Misirə də səfər etməlidir.

Ağ Ev birmənalı olaraq bəyan edib ki, Mayk Pensin səfəri və görüşləri ilə bağlı Fələstin rəhbərliyinin tutduğu mövqe "yanlışdır, zərərlidir".

Bu, Vaşinqtonun Fələstinə çox sərt xəbərdarlığı da sayıla bilər.

FƏTH funksioqneri Əzzam əl Əhməd isə bəyan edib ki, Fələstin rəbərliyi ABŞ-ın hakimiyyət dairələri ilə bütün əlaqələri kəsib.

Mahmud Abbas özü, hələ ki, bu məsələ ilə bağlı şərh verməyib.

Prezident Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra İsrail ordusu ilə fələstinli aksiyaçılar arasında toqquşmalar olub.

Hərbçilər təkər yandıran və daş atan etirazçılara gözyaşardıcı qaz və rezin güllələr atıblar.

Vaşinqton Fələstini hədələdi, Fələstin İsrailə müharibə elan etdi - FOTORəsmi Vaşinqton bunun danışıqların zərərinə ola biləcəyini vurğulayıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, Vaşinqton Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra Fələstin bildirib ki, Mayk Pensilə görüşdən imtina edir. ABŞ vitse-prezidenti bu ay Fələstinə səfər etməlidir.

Dekabrın 8-də Ağ Ev bildirib ki, vitse-prezident hələ də Mahmud Abbas və digər Fələstin liderləri ilə görüşmək niyyətindədir və görüşün ləğvi ilə bağlı hər hansı qərar səmərəsiz olardı.

Mayk Pens bu ayın ortalarında Fələstinlə yanaşı İsrail və Misirə də səfər etməlidir.

Ağ Ev birmənalı olaraq bəyan edib ki, Mayk Pensin səfəri və görüşləri ilə bağlı Fələstin rəhbərliyinin tutduğu mövqe "yanlışdır, zərərlidir".

Bu, Vaşinqtonun Fələstinə çox sərt xəbərdarlığı da sayıla bilər.

FƏTH funksioqneri Əzzam əl Əhməd isə bəyan edib ki, Fələstin rəbərliyi ABŞ-ın hakimiyyət dairələri ilə bütün əlaqələri kəsib.

Mahmud Abbas özü, hələ ki, bu məsələ ilə bağlı şərh verməyib.

Prezident Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyandan sonra İsrail ordusu ilə fələstinli aksiyaçılar arasında toqquşmalar olub.

Hərbçilər təkər yandıran və daş atan etirazçılara gözyaşardıcı qaz və rezin güllələr atıblar.
Vaşinqton Fələstini hədələdi, Fələstin İsrailə müharibə elan etdi - FOTOQəzza zolağında və İordaniya çayının qərb sahillərində azı 31 fələstinli yaralanıb.

Fələstindəki "Hamas" xalqı yeni üsyana çağırıb.

Israil Qərb sahilləri boyunca çoxlu qoşun yerləşdirir.

Vaşinqtonun bir çox müttəfiqi olan dövlətlər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə razılaşmayıb bu qərarı tənqid ediblər. BMT Təhlükəsizlik Şurası və Ərəb Liqası yaxın günlərdə bu məsələnin müzakirəsi üçün toplaşacaqlar.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı qismində tanıması, ilk növbədə, Birləşmiş Ştatların özü üçün çox ağır nəticələr verəcək. Belə ki, Vaşinqtonun ən yaxın müttəfiqləri belə, artıq anlayırlar ki, ABŞ-ın indiki hakimiyyəti heç bir halda təxminlənən və ehtimal olunan xarici siyasət üürtmür, üstəlik də dayanıqlı tərəfdaş sayıla bilməz.

Fələstində isə artıq qan tökülür.

Siyasəti şou kimi anlayan Donald Tramp yeni yanğına səbəb oldu.

İsrailin Müdafiə Nazirliyi "İordan çayının qərb sahilində ərazilərin müdafiəsi və asayişin qorunması üçün" həmin məkanlara əlavə alaylar yollayıb.

Ramalla, Tulkarm, Kalkilya və Hevronda fələstinlilərlə yəhudilər arasında toqquşmalar başlanıb.

"Əl Qüds" bildirir ki, Qüdsdəki Köhnə şəhərdə, Dəməşq darvazasının qarşısında, habelə İordan çayının Qərb sahilindəki bütün yaşayış məntəqələrində etiraz aksiyaları keçirilir.

Qüdsdəki əl Əqsa məscidinin önündə fələstinlilərlə İsrail şərbçilər arasında çox ciddi toqquşmalar olub.

İsraillə Qəzza bölgəsi arasındakı sərhəddə də vəziyyət gərginləşib. Toqquşmalarda bir neçə fələstinli yaralanıb.

Vaşinqton Fələstini hədələdi, Fələstin İsrailə müharibə elan etdi - FOTOABŞ-a gəldikdə isə, Vaşinqton, deyəsən, mövqelərini yumşaltmaq niyyətindədir.

Ağ Ev rəsmiləri bu gün ad çəkmədən rəsmi mövqeni açıqlayıblar.

"Donald Tramp İsrailin paytaxtı qismində Qüdsü tanıdığını bəyan etməyib. O, şəhərlə bağlı İsrailin ənənəvi olaraq istifadə etdiyi "vahid və bölünməz paytaxt" ifadəsini də işlətməyib. ABŞ prezidenti ölkəmizin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarın açıqlasa da, köçürülmənin konkret vaxtı barədə bir kəlmə də deməyib. Başqa sözlə desək, Vaşinqtonun rəsmi mövqeyi dəyişməyib və hələ uzun müddət dəyişən deyil", - açıqlamalarda deyilir.

Donald Trampın Qüdslə bağlı bəyanatı Fələstində yeni toqquşmaları körükləyib. İğtişaşlar, aksiyalar və hücumlar artıq başlanıb. Fələstinlilər üçüncü intifadanın, yəni üsyanın başlandığını anons ediblər.

İsrailə qarşı terror fəallığının artacağı, cihadçı və ekstremit qruplaşmaların sıralarına yeni axının başlanacağı şübhəsizdir.

Donald Tramp qərarı ilə İsrail-Fələstin münaqişəsinin nizamlanmasına yönəlmiş prosesi canlandıracağına ümid edirdisə, alınmayacaq.

Fələstinlilər birmənalı olaraq bu danışıqlarda ABŞ və ya İsrailin mövqelərinə doğru yaxınlaşmaq niyyətində deyillər.

Bəzi ölkələrin Fələstində səfirlik açmaq niyyətlərinə gəldikdə, İsrail artıq xəbərdarlıq edib.

Rəsmi Təl-Əviv bəyan edib ki, belə qərarlar İsrail-Fələstin münaqişəsinin nizamlanması barədə 1993-cü ildə Osloda əldə edilmiş razılaşmalara zidd olacaq: "Fələstinin Rəmalla şəhərində yalnız diplomatik nümayəndəliklər açıla bilər. Bu nümayəndəliklər səfirlik statusu ilə fəaliyyət göstərə bilməz. Hansısa dövlət Fələstində səfirlik açmaq fikrinə düşərsə, İsrail bu qərarı öz təhlükəsizliyinə təhdid qismində qəbul edəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1038   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Golf topu boyda albalı REKORD QIRDI, lakin... - VİDEO

İtaliyada bacı-qardaş öz fermalarında golf topu boyda albalı tapıbdılar. BİG.AZ-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, giləmeyvə 0.88 unsiya (25 q) çəki ilə dünya rekordunu yeniləyib. Qeyd olunur ki, 25 yaşlı Sebastiano Zanoni və onun 22 yaşlı bacısı Selena nəhəng albalını Treviso ştatının Pae

23.06.2020 2438
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799