Bakıda metro kartları qəhətə çıxıb?

Bakıda metro kartları qəhətə çıxıb?Bakı Metropolitenində metrodan istifadə üçün gediş kartı qəhətə çıxıb. ANS TV-nin məlumatına görə, bir müddət əvvəl metro kartını əldə etmək nə qədər asan idisə, indi sərnişinlər bunun üçün az qala dəridən qabıqdan çıxırlar. Çünki heç bir stansiyada metro kartı satılmır.

Metrodan istifadə edən Nurəngiz Ağayeva deyir ki, ona da kassada kart olmadığı deyilib.

Digər sərnişin İlkin Həsənovun sözlərinə görə, kart ala bilmədiyindən, iki nəfərə bir kart işlədirlər.

Kart əldə edə bilməyən metro istifadəçiləri, hər dəfə yeraltı nəqliyyatdan istifadə edərkən kartı olan şəxslərə 20 qəpik verməklə metroya düşmək imkanı əldə edirlər. Hər dəfə kiməsə ağız açmaqdansa iki manat verib şəxsi kart almaq daha məqsədəuyğun deyilmi? Təbii ki, belədir və bunu hər kəs, lap metrodan ayda-ildə bir dəfə istifadə edən də almaq istəyərdi. Əlbəttə ki, kart olsa. Görəsən, metro kartı niyə belə qəhətə çıxıb? Bunu öyrənmək üçün metropolitenin bir neçə stansiyasında olduq. Əvvəlcə "İçərişəhər" stansiyasında.

Kassadan kart istəyirik...
- Yoxdu.
- Niyə?
- Bilmirik. Bizə də deyən yoxdu.
- Bəs mən necə keçim?
- Bir adama 20 qəpik verib keçin.
- 20 qəpik bu gün verib keçdik, sonra necə olsun?
- Bilmirəm, deyirəm yoxdu da...

Növbəti ünvan metronun Elmlər Akademiyası stansiyası oldu. Fikirləşdik ki, bəlkə burada metro kartı tapa bildik. Nə də olmasa, paytaxtın ən gur stansiyalarından biri, bəlkə də elə birincisidir.

- Kart yoxdur.
- Haradan alım bəs?
- Bilmirəm, bizdə yoxdur.
- Niyə?
- Yoxdur da. Gəlmir. Olsa, satarıq da.

Bu dəfə yolumuzu metronun 28 May stansiyasından salırıq. Amma eşitdiyimiz cavab eyni olur

- Kart var?
- Yox.
- Niyə?
- Olsa satarıq da, evə aparmayacağıq ki..

Metronun İnşaatçılar stansiyasında bir kart tapa bilirik. Amma təzə yox, vaxtilə istifadə olunub və sonra geri qaytarılıb. Metropolitenin əməkdaşından öyrəndik ki, satışa yeni kartlar çıxarılmadığından kimsə gediş kartını qaytaranda onu yenidən satırıq. Amma belə hallar da hərdənbir olur. Kart böhranının yaşanmasının səbəblərini öyrənmək üçün Bakı Metropoliteni ilə də əlaqə saxladıq. Metropolitenin rəisi Tağı Əhmədov dedi ki, əvvəllər kartların hazırlanması Bakı Metropoliteninin səlahiyyətləri daxilində idisə, bu il kartların hazırlanması üçün tender keçirilib. Tenderdə qalib gələn şirkət isə yeni kartları hazırlamağı yubadıb. Belə ki, yeni kartlar dövriyyəyə mart ayının 5-dən tez buraxılmayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3461   Tarix: 01 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554