Yeni nəsil şəxsiyyət vəsiqələrinin əlavə üstünlükləri açıqlandı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin əlavə üstünlükləri açıqlandıYeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" sertifikatlarının daxil edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) infrastruktur hazırlanıb.

BiG.AZ xəbər verir ki, bunu apa-ya açıqlaması zamanı MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov bildirib.

Onun sözlərinə görə, bu infrastruktur növbəti illərdən təqdim olunması nəzərdə tutulan vəsiqələr üçün "elektron imza" sertifikatlarını təmin edəcək.

"Ümumilikdə, bu infrastruktur, bu həllər vətəndaşlarımıza sığorta xidmətləri, internet bankçılıq, elektron sifariş və müqavilələr, elektron ödənişlər, ümumiyyətlə, "elektron hökumət" portalında fəaliyyət göstərən dövlət qurumlarının təqdim etdiyi xidmətləri əldə etmək üçün açar rolunu oynayacaq. Bu xidmətlərin əldə olunması hər bir vətəndaşımız üçün əlçatan olacaq. Çünki "elektron imza"ların vəsiqələrə tətbiq olunması nəzərdə tutulduğu üçün hər bir vətəndaşımız bu imkanlardan yararlanacaq. Bundan başqa, yeni nəsil şəxsiyyət vəsiqələrində "elektron imza" sertifikatlarının olması hər bir vətəndaş üçün qurulacaq infrastruktur sistemində şəxsi kabinet olmasına da səbəb olacaq ki, bu şəxsi kabinetdə hər birimiz haqqında məlumatlar var. Artıq "e-id.az" portalı tərəfimizdən hazırlanıb, istifadəyə tam hazırdır. Portalda özünəxidmət funksiyaları yerləşdirilib, hansı ki, şəxsi kabinet modellərində həmin informasiyalar cəmlənib. Hər bir şəxs portala daxil olduqda özünə aid olan məlumatları görəcək", - deyə H.Abbasov qeyd edib.

Qurum rəsmisi əlavə edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib olan vətəndaş heç bir quruma getmədən öz əməliyyatlarını həyata keçirə biləcək: "Məsələn, abituriyentlər məktəbi bitirib universitetə daxil olarkən real praktikada müəyyən kağız sənədlər formalaşır ki, bunlar da universitetlərə təqdim olunmalıdır. Bu sistemlər tam formalaşdıqdan sonra universitetlərə getmədən belə sistem üzərindən şəxsiyyət vəsiqəsində olan "elektron imza" vasitəsilə müvafiq qurumlara təqdim oluna biləcək. Bundan başqa, qanunvericiliklə 10-15 yaşına qədər olan vətəndaşların imza qoymaq səlahiyyəti olmadığından bu yaş qrupundan olan vətəndaşlar üçün autentifikasiya sertifikatları yazılacaq. O yaşdan yuxarı vətəndaşlarımız üçün isə imza və autentifikasiya sertifikatı tətbiq olunacaq. Çünki sənədlərin imzalanması üçün imza sertifikatları tələb olunur, şəxsi kimliyin informasiya sistemlərində tanınması üçün isə autentifikasiya sertifikatları vacibdir. Bunun üçün də hər iki sertifikat çipdə öz əksini tapacaq".

Yeni vəsiqələrdə tətbiq olunacaq elektron imzaların digər dövlətlərdə tanınmasına gəlincə, MHM mütəxəssisi qeyd edib ki, artıq bununla bağlı işlər görülür: "Biz vəsiqələrdə olacaq "elektron imza"lardan xarici dövlətlərdə istifadəsi olunmasını nəzərdə tuturuq. Eyni zamanda, qonşu dövlətlərin imzalarının bizdə tanınması üçün artıq infrastruktur qurulması planlaşdırılır. Növbəti illərdə qonşu dövlətlər, Türkiyə, Qazaxıstan, Rusiya, İran, Gürcüstanla körpü mərkəz formalaşdırılacaq ki, bununla da istənilən vətəndaşımız öz evində oturaraq Türkiyədə hansısa bank hesabı aça, etibarnamə göndərə biləcək. Bizim formalaşdırdığımız elektron sənədin və ona əlavə olunan elektron imzanın qarşı tərəfə tanınması üçün bu istiqamətdə işlər həyata keçirilib, növbəti illərdən real praktikada tətbiqi nəzərdə tutulub. Türkiyə tərəfi ilə danışıqlar aparılır və beynəlxalq standartlara tam şəkildə cavab verməsi üçün texnoloji tərəfləri araşdırılır".

Qeyd edək ki, gələn ildən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. Vəsiqələrdə xüsusi çiplər olacaq ki, bu çiplərdə də "elektron imza" sertifikatları tətbiq ediləcək. Təqdim olunan elektron imzaların müddəti 5 ildir, vəsiqələrin müddəti isə 10 illikdir. 5 ildən sonra vətəndaş kartını sistemə daxil etməklə elektron imzanı avtomatik yeniləyəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1060   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 287
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 478
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 546
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 543
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1627
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 478
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 369
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 258
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 287