5 nəfərin ölümünün 3 il üstüörtülü qalması dövlət orqanlarının məsuliyyətsizliyidir - İlham İsmayıl

5 nəfərin ölümünün 3 il üstüörtülü qalması dövlət orqanlarının məsuliyyətsizliyidir - İlham İsmayılXəbər verdiyimiz kimi Salyan rayonu Tale Davudzadə küçəsində ağır cinayət hadisəsinin üstü açılıb. Belə ki, Fərhad Əliyev və oğlu Fəqan Əliyev anasını və 4 bacısını öldürməkdə şübhəli bilinərək tutulub.

5 nəfərin ölümünün 3 il üstüörtülü qalması dövlət orqanlarının məsuliyyətsizliyidir - İlham İsmayılHadisənin üzərində 3 il keçməsinə baxmayaraq bu günə qədər cinayətin üstünün örtülü qalması hüquq-mühafizə orqanlarının, eləcə də aidiyyatı dövlət qurumlarının məsuliyyətsizliyinin bir göstəricisi kimi də qiymətləndirilə bilər. Bu barədə BiG.AZ-a danışan ləğv edilmiş MTN-nin istefada olan polkovnik-leytenantı İlham İsmayıl məsələnin səhlənkar araşdırıldığını, həmin şəxslərin isə mütləq şəkildə cəzalandırılmasının vacibliyini vurğulayıb: "Ölüm işləri ilə adətən prokurorluq orqanı məşğul olur. Müstəntiq və işi aparan şəxs tərəfindən ompleks tədbirlər planı hazırlanır. Eləcə də əməliyyat tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyi, say çox olduğuna görə hətta Dövlət Təhlükəsizlik Xidməti də məlumatlandırılmalı idi. Bu məsələyə bir müddət keçəndən sonra səthi yanaşılıb. Onlar ailədə sağ qalan adamdan da şübhələnməli idilər. Əgər iddia olunur ki, onlar xaricə, Türkiyəyə gediblərsə Dövlət Sərhəd Xidmətindən bunu asanlıqla öyrənmək olardı. Getməyiblərsə demək ki, ailə başçısından şübhələnməli idilər. Burada sadəcə yarıtmaz əməliyyat işi qurulub. Çox təəssüf edirəm ki, 5 nəfərin ölümünə belə soyuqqanlılıqla yanaşılıb. Bundan nəticə çıxardıb kimlərisə cəzalandırmaq lazımdırsa cəzaandırılmalıdır. Bu işi Daxili İşlər Nazirliyi ilə Prokurorluq müştərək aparmalı və dərhal cinayətin üstü açılmalı idi".

-Əgər bununla bağlı Hüquq Mühafizə Orqanlarına müraciət daxil olmayıbsa o zaman bu cinayət hadisəsinin üstü uzun illər örtülü olaraq qalacaqmı?

-Buna səhlənkar münasibət deyək. Bu məsələyə qarşı məsuliyyətsizlik, səhlənkar yanaşılıb. Demək olar ki, bu məsələdə araşdırılma aparılmayıb. Bu çox ciddi faktdır, birdən-birə 5 nəfərin yoxa çıxması və məsələnin araşdırılmaması səhlənkarlığın göstəricisidir. Necə ola bilir Rüstəm İbrahimbəyovun ölkəyə neçə dəfə daxil olduğunu öyrənib dəqiqləşdirmək olur, 5 nəfərdin birdən-birə yoxa çıxmasını öyrənmək olmur? Sadəcə elementar əməliyyat tədbirləri görməklə bu hadisənin üstünü isti izlərlə açmaq olardı. Sadəcə qeyri-ciddi iş görülüb, bu işlə də kimlər məşğul olubsa onlar barədə cəza təbirləri görülməlidir.

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6680   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870