Röya Ayxan: "... gözlərim doldu"

Röya Ayxan: Milli.Az xəbər verir ki, "Rəngarəng" komandası - rejissor Aynurə Tahirqızı ilə teleaparıcı Zaur Nəbioğlu tərəfindən Azərbaycanın fəxri, SSRİ-nin xalq artisti Zeynəb xanım Xanlarova haqqında hazırlanan "Yaşayan əfsanə" adlı veriliş izlənmə rekordu vuraraq əsl tamaşaçı rəğbəti qazanıb. Lider TV-də yayımlanmış proqramda Zeynəb xanım həmişə olduğu kimi, açıq şəkildə öz fikir və mülahizələrini bölüşüb. Sənətkarın fikrincə, hazırki gənc müğənnilərin əksəriyyəti səhnədə uzun müddət duruş gətirə bilməyəcək. O, gənclərdən Röyanı sevdiyini və dinlədiyini də söyləyib: "Qoy başqaları inciməsinlər, amma onları tərifləyə bilmərəm. Həmişə demişəm ki, Röyanın 50 qramlıq səsi, amma 1 tonluq ürəyi var".

Sahib olduğu səsi ilə dünyanın dörd bir tərəfində milyonlarla fanat ordusu qazanmış xanım Xanlarovanın dilindən səslənən xoş sözlərə cavab özünü çox gözlətmədi. Milli.Az-a eksklüziv açıqlamasında Röya Ayxan ürəyindən keçən təşəkkür dolu sözlərini belə izah etməyə çalışdı:

"Böyük sənətkarımız Zeynəb xanım Xanlarova zamanında "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısı ilə hamımızı xoşbəxt olmağa çağırırdı. Mənə ünvanlanan "bir tonluq ürəyi var" sözlərini eşidəndə isə gözlərim doldu. Uğurlarıma artıqlamasıyla dəyər verdiyi üçün nə qədər təşəkkür etsəm, az olar. Allah-Təala Zeynəb Xanlarovamızı sənət dünyamızdan əskik etməsin. Dünya durduqca yaşasın. O, həqiqətən, canlı əfsanədir. Və sənəti ilə nəinki mənim, özündə cürət tapıb səhnəyə çıxan müğənnilər üçün əvəzolunmaz məktəbdir. Zeynəb xanımın sözləri özümə əminliyimi daha da artırdı. Fəxr edirəm ki, adımı çəkib və nə qədər səhnədə olacağamsa, bu etibarı daha da doğrultmağa çalışacağam".

// Milli.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7509   Tarix: 27 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1090
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

05.05.2024 484
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 384
.

Ədalət Şükürovla xanımı - Foto

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyu olub. Axşam.az-ın məlumatına görə, müğənni xanımı ilə obyektivlərə tuş gəlib. Ə.Şükürovun həyat yoldaşı ilə fotosunu təqdim edirik:. Qeyd edək ki, Jalə Ənvər adlı bəylə ailə qurub. Ə.Şükürovun Emil adlı oğul övladı da var

11:40 905
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 376
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

10:27 644
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

05.05.2024 379
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 738
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 420