"BakuBus"un avtobusu Bakıda qəza törətdi

"BakuBus"un avtobusu Bakıda qəza törətdi

"BakuBus"MMC-yə məxsus avtobus qəza törədib.

BiG.AZ report-a istinadən xəbər verir ki, qəza Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev küçəsində baş verib.

Belə ki, 14 saylı marşrut üzrə hərəkət edən 99-JX-279 dövlət nömrə nişanlı avtobus minik avtombili ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin və sığorta şirkətinin əməkdşaları gəlib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Oxunub: 780 Tarix: 04.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol